VOLFRAM

I. i. kim. tungsten

II. s. kim. tungsten; ~ lampası tungsten lamp; ~ filizi tugsten ore

VOLEYBOLÇULUQ
VOLT
OBASTAN VİKİ
Volfram
Volfram (W) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 74-cü element. Ən yüksək ərimə temperaturuna malikdir. Söz alman mənşəlidir: Wolfram. Bu ad ilə mineral Almaniyada lap çoxdan məlum idi. Bu, dəmir-manqan qarışıq volframatdır xFeWO4 ∙ yMnWO4. Ağırlığına görə onu çox vaxt qalay filizi hesab edirdilər, amma, bu filizdən heç bir metal əridilmirdi. Mədənçilərin bu daha bir "şeytan" flizinə şübhəli münasibəti onun adında da əks olundu: Wolf almanca "canavar". Bəs "ram" nədir? Orta əsrlər alman dilində ram — "qrum", onda volfram — "canavar qurumu" deməkdir (volframit mineralı qara rənglidir və qara iz buraxır). Güman ki, Wolfram latınca lupus — "canavar" və spuma — "köpük" sözlərindən düzəlib.
Stiven Volfram
Stiven Volfram (ing. Stephen Wolfram; d. 29 avqust 1959, London, İngiltərə, Böyük Britaniya) — proqramçı, riyaziyyatçı, fizik və yazıçı; O, Mathematica kompüter cəbri sistemi və WolframAlpha bilik bazası və hesablama alqoritmləri (ing. computational knowledge engine) dəstini hazırlayıb. == Həyatı == Stiven Volfram 1933-cü ildə Almaniyanın Vestfali regionundan İngiltərəyə mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib. Onun atası, Hüqo Volfram yazıçı olub və anası Sibill Volfram, Oksford Universitetində fəlsəfə üzrə professor kimi fəaliyyət göstərib. Təhsildə inanılmaz uğurlarına görə uşaqlıqda vunderkind Stiveni "kiçik Eynşteyn" adlandırıblar. O, İton kollecində təhsil alıb. Volfram 15 yaşında olarkən elementar zərrəciklər fizikası haqqında məqaləni dərc etdirir, 17 yaşında Oksford Universitetinə daxil olur. Bir il sonra ağır kvarkların istehsalı üzrə böyük marağa səbəb olan işini nəşr etdirir.
Volfram Eberhard
Volfram Eberhard (17 mart 1909 –15 avqust 1989) Qərbi, Mərkəzi və Şərqi Asiya cəmiyyətləri və onların tarixinə dair tədqiqatlar aparmış Berkli Kaliforniya Universitetinin sosiologiya üzrə professoru idi. == Həyatı == Eberhard Almaniya İmperiyasının Potsdam şəhərində anadan olub. Onun ailəsi astrofizik və astronomlarla zəngin məşhur bir ailə idi. O, Qərbi, Mərkəzi və Şərqi Asiyanın cəmiyyətləri və populyar mədəniyyətləri üzrə ixtisaslaşaaraq, bu mövzular barədə müxtəlif fənləri tədris etmişdir. O, xüsusilə Çin folkloru, xalq ədəbiyyatı, türk tarixi, Çindəki azlıqlar və yerli mədəniyyətlər, çinlilərlə Orta Asiya xalqları arasındakı əlaqələrlə bağlı araşdırmalar aparmışdır. Eberhard 1927-ci ildə Berlin Universitetinə daxil oldu və burada diqqətini klassik Çin və Sosial Antropologiyaya yönəltdi. Eberhardın oxuduğu Berlin Universitetində Çin dili ilə bağlı geniş dərslər keçirilmədiyi üçün Eberhard gizli şəkildə paralel olaraq Şərq Dilləri Seminarına yazılır. Şərq Dilləri Seminarında o , Ferdinand Lessinqlə birgə təhsil almışdır. O, gizli şəkildə qeydiyyatdan keçməli oldu. Çünki o vaxt Berlin Universitetinin professorları və klassik Çin dili müəllimləri onun müasir şərq danışıq dillərinə olan marağını bəyənmirdilər.
Dəlidağ volfram təzahürü
Volfram (VI)xlorid
Volfram (VI) xlorid – qeyri-üzvi birləşmə, volfram və xlorid turşusunun duzudur. == Fiziki xassələri == Volfram (VI) xlorid tünd bənövşəyi kristallardı.180 °C-ə qədər olan temperaturda α-modifikasiyası sabitdir, triqonal sistem, hüceyrə parametrləri a = 0,658 nm, α = 55°-dir. Spirtlərdə, efirdə, benzolda, karbon disulfiddə, karbon tetraxloriddəhəll olunur. == Alınması == 1. Volfram və xlorun reaksiyası nəticəsində alınır: W + 3 C l 2 → 500 − 800 o C W C l 6 {\displaystyle {\mathsf {W+3Cl_{2}\ {\xrightarrow {500-800^{o}C}}\ WCl_{6}}}} 2. Tetraxlormetanın volfram(VI) oksidə təsiri nəticəsində: W O 3 + 3 C C l 4 → 450 o C , p W C l 6 + 3 C C l 2 O {\displaystyle {\mathsf {WO_{3}+3CCl_{4}\ {\xrightarrow {450^{o}C,p}}\ WCl_{6}+3CCl_{2}O}}} == Kimyəvi xassələri == 1. Qızdırıldıqda parçalanır: 2 W C l 6 → 350 o C 2 W C l 5 + C l 2 {\displaystyle {\mathsf {2WCl_{6}\ {\xrightarrow {350^{o}C}}\ 2WCl_{5}+Cl_{2}}}} 2. Su ilə reaksiyaya daxil olur: 2 W C l 6 + 3 H 2 O → W O C l 4 + W O 2 C l 2 + 6 H C l {\displaystyle {\mathsf {2WCl_{6}+3H_{2}O\ {\xrightarrow {}}\ WOCl_{4}+WO_{2}Cl_{2}+6HCl}}} W C l 6 + 3 H 2 O → W O 3 ↓ + 6 H C l {\displaystyle {\mathsf {WCl_{6}+3H_{2}O\ {\xrightarrow {}}\ WO_{3}\downarrow +6HCl}}} 3. Durulaşdırılmış qələvilərlə reaksiyaya daxil olur: W C l 6 + 8 N a O H → N a 2 W O 4 + 6 N a C l + 4 H 2 O {\displaystyle {\mathsf {WCl_{6}+8NaOH\ {\xrightarrow {}}\ Na_{2}WO_{4}+6NaCl+4H_{2}O}}} 4. Hidrogenlə reduksiya olunur: 2 W C l 6 + H 2 → 150 − 200 o C 2 W C l 5 + 2 H C l {\displaystyle {\mathsf {2WCl_{6}+H_{2}\ {\xrightarrow {150-200^{o}C}}\ 2WCl_{5}+2HCl}}} 3 W C l 6 + 2 A l → 450 o C 3 W C l 4 + 2 A l C l 3 {\displaystyle {\mathsf {3WCl_{6}+2Al\ {\xrightarrow {450^{o}C}}\ 3WCl_{4}+2AlCl_{3}}}} 5. Hidrogen floridlə reaksiyaya daxil olur: 6. Volfram(VI) oksidlə reaksiyaya daxil our: W C l 6 + 6 H F → t W F 6 + 6 H C l {\displaystyle {\mathsf {WCl_{6}+6HF\ {\xrightarrow {t}}\ WF_{6}+6HCl}}} W C l 6 + 2 W O 3 → 400 o C 3 W O 2 C l 2 {\displaystyle {\mathsf {WCl_{6}+2WO_{3}\ {\xrightarrow {400^{o}C}}\ 3WO_{2}Cl_{2}}}} 7. Üzvi volfram birləşmələrinin sintezi üçün xammal kimiistifadə olunur. Məsələn, dimetilcivə ilə reaksiyaya girərək metilpentaxlorvolfram alınır: == Tətbiqi == Volfram (VI) xlorid qeyri-metal səthlərdə örtük kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Volfram fon Rixthofen
Volfram "Ulf" Karl Lüdviq Morits Hermann Frayherr fon Rixthofen (alm. Wolfram "Ulf" Karl Ludwig Moritz Hermann Freiherr von Richthofen; 10 oktyabr 1895, Bartsdorf, Sileziya — 12 iyul 1945, Bad İşl, Avstriya) — alman hərbiçisi, aviasiya general-feldmarşalı (1943).
Volframit
Volframit — Gübnerit (MnWO4) — ferberit (Fe WO4) izomorf sırasının minerallarıdır; volframit gübneritlə ferberit arasında tərkibcə orta mövqe tutan mineral növüdür. Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – volframitin – qonuru-qara, gübneritin – sarımtıl - və qırmızımtıl-qəhvəyi, qəhvəyi-qara; Mineralın cizgisinin rəngi – volframitin – qəhvəyi-qara, gübneritin – qırmızımtıl-qəhvəyi, sarımtıl-qonur; Parıltı – yağlı, qatranı, ayrılma müstəvilərində – şüşə parıltısındın yarımmetal və metal parıltısınadək; Şəffaflıq – volframit qeyri-şəffaf, gübnerit yarımşəffaf, şəffaf; Sıxlıq – volframitin – 7,14-7,54, gübneritin– 7,14-7,25; Sərtlik – volframitin 4,0-4,5, gübneritin – 5,0-5,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Bölünmə – bəzən {100} və {102} üzrə; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: prizmatik, iynəvari, qalın- və nazik lövhəvari; İkiləşmə: sadə, nisbətən az polisintetik; {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: dənəvər bütöv, lövhə formalı, vərəq - və pulcuqvari, radial-şüalı kütlələr, püruzlar, şeyelit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Qranitoidlərlə əlaqədar olan yüksək temperaturlu hidrotermal damarlar üçün səciyyəvidir. Tez-tez qreyzenlərdə qeyd edilir. Hərdənbir az miqdarda qranit peqmatitlərində, skarnlarda, alp tipli damarlarda, bəzən aşağıtemperaturlu hidrotermal yataqlarda rast gəlir. Çox vaxt səpintilərdə toplanaraq, bəzən iri yataqlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kassiterit, şeyelit, sinnvaldit, topaz, beril, turmalin, flüorit, kvars, molibdenit, arsenopirit, pirit və b. Mineralın tapıldığı yerlər: Ta-yu, Kit-an, Pan-Yan (Çin); Sanq-Don (Koreya yarımadası); Akenobe (Yaponiya); Zabaykalyedə Nerçin r-nu, Uzaq Şərq (Rusiya); Qazaxıstan; Altenberq, Pextelqrün (Almaniya); Cənubi Dakota, Kolorado, Nevada ştatları (ABŞ) və b.

Digər lüğətlərdə