VƏTƏNDAŞ

I
сущ. гражданин, гражданка:
1. лицо, принадлежащее к постоянному населению данного государства. Azərbaycan Respublikasının vətəndaşı гражданин Азербайджанской Республики, vətəndaşların əsas vəzifələri основные обязанности граждан
2. взрослый человек (мужчина, женщина, а также форма обращения к ним). Vətəndaş, sizdən soruşmaq olar? гражданин (гражданка), можно у вас спросить?
II
прил. гражданский. Vətəndaş müharibəsi гражданская война
VƏTƏN
VƏTƏNDAŞLIQ
OBASTAN VİKİ
Finlandiya vətəndaş müharibəsi
Finlandiya vətəndaş müharibəsi — Finlandiyada Finlandiya knyazlığından müstəqil dövlətə keçid mərhələsi ərzində ölkədəki hakimiyyəti ələ almaq üçün 1918-ci ildə başlayan vətəndaş müharibəsidir. Toqquşmalar Avropada Birinci Dünya müharibəsindən (Şərq cəbhəsi) sonra yaranan milli, siyasi və sosial qarışıqlıq zəminində baş vermişdir. Müharibədə Sosial Demokrat Partiyasının bir qolu tərəfindən idarə olunan Qırmızılar və konservativ əsaslı Senat və Almaniya İmperiyası tərəfindən idarə olunan Ağlar döyüşmüşdür. Sənaye və təsərrüfat işçilərindən ibarət yarımhərbi Qırmızı Qvardiya cənubi Finlandiyanın şəhər və sənaye mərkəzlərini idarə edərkən, fermerlərdən, orta və nisbətən üst sinif təbəqədən təşkil edilən yarımhərbi Ağ Qvardiya kənd mərkəzlərinə və şimali Finlandiyaya nəzarət edirdi. Münaqişədən əvvəl Finlandiya cəmiyyətində əhalinin sürətli təbii artımı, sənayeləşdirmə, şəhərləşmə və hərtərəfli işçi hərəkatının yüksəlişi qeydə alınmışdı. Ölkənin siyasi və hökumət sistemləri demokratikləşmə və modernləşmənin qeyri-sabit mərhələsində idilər. Ölkədəki sosio-iqtisadi durum və əhalisinin təhsil səviyyəsindən başqa, milli düşüncə də zamanla inkişaf etdi, mədəni həyatda oyanış yaşandı. Finlandiyada iqtidar boşluğuna səbəb olan Birinci Dünya müharibəsi Rusiya İmperiyasını çöküşə aparmış və ardınca hakimiyyət mübarizəsi üçün militarizasiyanı və sol yönümlü işçi hərəkatı ilə mühafizəkarlar arasında artan krizi özüylə gətirmişdi. Sovet Rusiyası tərəfindən silahlandırılan Qırmızılar 1918-ci ilin fevralında uğursuz ümumi hücum təşkil etmişdi. Apreldə Almaniya İmperiyasının dəstək qüvvələriylə güclənən Ağlar martda əks hücuma başladı.
Göytürk vətəndaş müharibəsi
Göytürk vətəndaş müharibəsi - Taspar xaqanın ölümündən sonra baş vermiş hakimiyyət uğrunda daxili savaş idi. Taspar xaqan ölümündən öncə Muğan xaqanın oğlu Apa xaqanı vəsiyyət etsə də onun belə bir hüququ olmadığı üçün Qurultay buna qarşı çıxdı və Amrak xaqanı seçdi. Apa xaqanın taxta çıxmasını İstəmi xaqanın oğlu Tardu, Amrak xaqanı isə İşbara dəstəkləyirdi. İşbara xaqan Ötükəndə qərarlaşmışdı.Tardu Qərb zonasında hakimiyyətdə idi. Amrak xaqan indiki Ulan Bator ətrafında, Apa isə daha şimalda idi. Apa İşbaraya qarşı Bumın xaqanın qardaşları Tardu və Tamqanın simasında müttəfiq tapdı.İşbara xaqan bu gücə qarşı gələ bilməyəcəyini bildiyi üçün Suy imperiyası ilə ittifaq bağladı. 584-cü ildə İşbaranın orduları Apanın çadırlarına basqın etdi və onun anası da daxil olmaqla bir çox adamı öldürdü. Apa məğlubiyyətdən sonra Tardunun dəstəyini itirdi və Buxaraya çəkildi. 587-ci ildə isə İşbara və Apa ikisi də öldü. Dövlət iki yerə bölündü.
Gürcüstan vətəndaş müharibəsi
Gürcüstan vətəndaş müharibəsi (gürc. საქართველოს სამოქალაქო ომი) — Cənubi Osetiya (1988-1992) və Abxaziya (1992-1993) bölgələrində etnik qruplar arasındakı qarşıdurmalardan başqa 1991-ci ilin Dekabr ayının 22-dən, 1993-cü ilin Dekabr ayının 31-ə qədər davam edən şiddətli hərbi zərbələrdən ibarət olan hərbi münaqişə. Etnik azlıq separatçı hərəkatlərı başda Osetinlər və Abxazlar olmaqla 1990-cı illərin əvvəllərində yeni nizam içində tanınmağı tələb etdi. Yeni qazanılan milli imtiyazlarını müdafiə edən Gürcüstan, separatizmi zorla məhdudlaşdırmaq üçün hərbi təşəbbüslərlə cavab verdi. 1991-ci ilin Yanvar ayının 5-də Gürcüstanın Milli Gözətçiləri, Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə daxil oldu və şəhər içində döyüş baş verdi. Gürcüstan-Cənubi Osetiya münaqişələri, Qamsaxurdiya hökumətinin qarşılaşdığı ilk böyük böhran idi. SSRİ-nin dağıldığı zaman, Amerika Birləşmiş Ştatları hökuməti (Franklin Delano Ruzvelt həmən ilin axırlarında Kreml ilə diplomatik əlaqələr qurmuşdur) ölkənin 1933-cü ildəki sərhədlərini qanuni olaraq tanıyır. Çünki bu, Corc Herert Uoker Buş administrasiyası Baltik ölkələrinin SSRİ-dən ayrılmasını dəstəkləyirdi, amma Azərbaycan, Gürcüstan, Ermənistan habelə Qafqaz haqqında bitərəf idi və bunu SSRİ-nin daxili işləri olaraq hesab edirdi. Müxalifətin Zviad Qamsaxurdiya hökuməti əleyhinə olan fəaliyyəti, 1991-ci ilin payız fəslində, sonradan şiddətli vuruşmalara çevrilən kəskin bir siyasi mübahisə yaratdı. 2 sentyabrda Tbilisidə reallaşan geniş bir müxalifət nümayişinin polis tərəfindən dağılmasının ardından bir neçə müxalif həbs olundu və müxalifət tərəfdarı qəzetlər bağlanıldı.
Laos vətəndaş müharibəsi
Laos Vətəndaş Müharibəsi, 1953-cü ildən 1975-ci ilə qədər davam edən kommunist “Patet Lao” partiyası ilə Laos Hökuməti arasında Laos bölgəsində baş verən bir vətəndaş müharibəsidir. Laos Krallığı, Vyetnam Müharibəsi ərəfəsində atəşkəs və anlaşma imzalamışdır. Laos, müharibədə anlaşma bağlanmış və 22 Oktyabr 1953 tarixində Fransa ilə Laos arasında bir müqavilə imzalanmışdır. Laos Vətəndaş Müharibəsi, 1975-ci ildə “Patet Leo” partiyasının zəfəri ilə nəticələnmişdir. Cenevrə Konfransı ilə Laosun tərəfsiz bir dövlət olması tələb olunmuşdur. Vyetnam Xalq Ordusu, Laosun şimal-şərq bölgəsində böyük bir hərbi əməliyyat başlatmışdır.
Livan vətəndaş müharibəsi
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية‎) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000–230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976–90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi.
Livanda vətəndaş müharibəsi
Livan vətəndaş müharibəsi (ərəb. الحرب الأهلية اللبنانية‎) 1975-ci ildən müharibənin başa çatdığı 1990-cı ilə qədər Livanda təxminən 150.000–230.000 insanın ölümünə səbəb olmuşdur. Təxminən 350.000 şəxs yaralanmış, bir milyondan çox insan da ölkəsini tərk etmişdir. Soyuq müharibə Livana ciddi şəkildə təsir etdi və 1958-ci ildəki siyasi böhran ancaq ABŞ-nin Beyruta daxil olması ilə başa çatmışdır. İsrailin qurulması və yüz minlərlə fələstinli qaçqının Livana yerləşməsi (fələstinli qaçqınlar 1976–90 illəri arasında əhalinin 35 %-ni təşkil edirdi) dini mübarizələri artırdı. Silahlı FAT partizanlarının ölkəyə girişi ciddi siyasi problemlərə səbəb oldu. FAT-ın gəlişi, fələstinli qaçqınların silahlanması fərqli qruplar arasındakı sürtüşməni sürətləndirdi. 1976-cı ildə əksəriyyəti müsəlman Livan Cəbhəsi və Milli Komitə arasında mübarizələr başlandıqdan qısa müddət sonra Ərəb Dövlətləri Liqası və Suriya ortaq nöqtə tapdılar, fələstinli-livanlı müharibəsi daha çox Cənubi Livanda cəmləşdi. FAT buranı 1969-cu ildən bəri idarə edirdi. Qahirə müqaviləsi imzalanaraq bu bölgədən çəkildi.
Liviya vətəndaş müharibəsi
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
Nepal vətəndaş müharibəsi
Nepal vətəndaş müharibəsi (1996–2006) — 13 fevral 1996-cı ildə ölkənin qərbindəki Maoistlərin silahlı dəstələrinin başlatdığı Maoistlər və Nepal kral hakimiyyəti arasında silahlı qarşıdurma. Maoistlər "Nepal Xalq Cümhuriyyəti" təsis etmək məqsədi ilə "Nepal xalq müharibəsi" elan etdilər və tədricən ölkənin bir hissəsinə nəzarəti qurdular. 2001-ci ildə kral Maoistlərə qarşı ordunun istifadəsini əmr etdi (əvvəllər yalnız polis hərbi əməliyyatlarda iştirak edirdi). 11.500-dən çox insan öldü və 100.000–1000.000 nəfər evlərini tərk etmək məcburiyyətində qaldı. Ancaq qanunsuz silahlı dəstələrin dağıdılması nəticəsiz qaldı. Münaqişə yerli iqtisadi inkişafı iflic etdi və Nepal cəmiyyətində dərin dəyişikliklərə səbəb oldu. Monarxiya sistemi və cəmiyyətin kasta bölgüsü ilə mübarizə bəhanəsi ilə inqilabi qruplar meydana gəldi (baxmayaraq ki, qonşu Hindistanda bu qruplar əvvəllər çoxpartiyalı demokratiyada yaranmışdı). Bəziləri xaricdən Mao Tszedun ideologiyasını və metodlarını, həmçinin silahları borc aldı. Nəticədə hökumət bir sıra təcrid olunmuş ərazilərə nəzarəti itirdi. Oradakı qanuni hakimiyyət məhv edildi və kənd əhalisi orada terror rejimini quran yaraqlıların göstərişlərini yerinə yetirməyə məcbur oldu.
NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı (N!DA kimi üslublaşdırılmışdır) — Bakıda bir qrup gənc tərəfindən 2011-ci ilin fevral ayında qurulmuş vətəndaş hərəkatı. N!DA — Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında birliyidir. Hərəkat 5 nəfərdən ibarət idarə heyəti tərəfindən idarə olunur. Hərəkatın məqsədi Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin demokratikləşdirilməsi; İctimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin ve tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılmasıdır. Hərəkat yarandığı 2011-ci ilin 17 aprel tarixində Bakının mərkəzində etiraz aksiyası keçirib. 2011-ci il 13 oktyabr N!DA Vətəndaş Hərəkatı yeni veb saytının təqdimatını keçirib. 2011-ci il 8 dekabr Bakıda qiymət artımına etiraz olaraq stiker aksiyası təşkil olunub. 2011-ci il 13 dekabr N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Kitab oxumağı necə təbliğ etmək olar?" adlı tədbir təşkil edilib.
Vətəndaş
Vətəndaş – dövlət-hüquqi münasibətlər mənasında deyil, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, vətəndaşların birliyi və s. kontekstində cəmiyyətin üzvü kimi başa düşülür. Vətəndaş — müəyyən dövlətlə siyasi-hüquqi münasibətlə bağlı olan fərd. Bu bu münasibətlərə malik olmayan digər cəmiyyət üzvlərinə nisbətən müəyyən hüquqlara və vəzifələrə malik olmağa imkan verir. Öz hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Aydoğan Vətəndaş
Aydoğan Vətəndaş (türk. Aydoğan Vatadaş) — Türk yazıçı, jurnalist və tədqiqatçı. 1974-cü ildə İstanbulda anadan olub. 1993-cü ildə Dəniz Litseyindən məzun olub. 1995-ci ildə Dəniz Hərbi Məktəbindən ayrılıb. 1997-ci ildə başladığı Fateh Universiteti İngilis dili və ədəbiyyatı fakültəsindən 2001-ci ildə məzun olub. 1995-ci ildə Aksiyon dərgisində jurnalistlik peşəsinə başlayıb. 1995-2000-ci illərdə Aksiyon dərgisində müxbirlik, redaktorluq və köşə yazarlığı edib. 2000-2004-cü illərdə Zaman qəzetində müxbirlik, redaktorluk və köşə yazarlığı edən müəllif, 2002-2004-cü illərdə Qaraqutu verilişinin rejissor və aparcısı olmuşdur. 1997-ci ildə Timaş nəşriyyatında nəşr olunan ilk kitabı Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi) əsəri ilə diqqət çəkib.
Vətəndaş 13660
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.
Vətəndaş Keyn
Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi. Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır. Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır. Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir.
Vətəndaş cümhuriyyətçiliyi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyəti – dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera. Bazar – öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasibətlərinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar: İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünüidarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil K.İ.V. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi. Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar: İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
Vətəndaş elmi
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş jurnalistikası
Vətəndaş jurnalistikası — internetin inkişafı ilə geniş yayılmış jurnalistika növü və ya alternativ media formasıdır. Vətəndaş jurnalistikası bəzən aşağıdakı kimi də adlanır. iştirakçı jurnalistikası; partizan jurnalistikası; küçə jurnalistikası; demokratik jurnalistika. Vətəndaş jurnalistikası adi vətəndaşların informasiyanın yığılması, təhlili və yayılması prosesində fəal iştirakına əsaslanır. Qeyri-peşəkar müəlliflərin fəaliyyətini nəzərdə tutan vətəndaş jurnalistikası yeni rəqəmsal texnologiyalar ilə qarışdırılmamalıdır. Vətəndaş jurnalistikasının nümayəndələri ya ənənəvi medianın diqqətindən kənarda qalan hadisələri, ya da geniş müzakirə olunan məsələləri daha ətraflı işıqlandıra və ya birinci eşitdiyi mənbədən əldə etdikləri məlumatı (hadisə yerindən video çəkilişlər, şahid ifadələri) verə bilərlər. Vətəndaş jurnalistikasının inkişafına əsasən öz istifadəçilərinə “əsas etibarilə yeni qarşılıqlı əlaqə və interaktiv iştirak mexanizmləri” təqdim edən yeni media kömək edir. İnternet və sosial şəbəkələr sayəsində bu gün məlumatı yaymaq, maraq doğuran məlumatları tapmaq, həmçinin ictimaiyyətin diqqətini müəyyən problemlərə cəlb etmək xeyli asan və rahatdır. Vətəndaş jurnalistikasının nümayəndələri hekayələrini media vasitələri ilə yayaraq müəyyən onlayn auditoriyanı cəlb edə bilirlər. Vətəndaş jurnalistikasının yaxşı, hərtərəfli tərifini sərbəst jurnalist Mark Qlasser verir.
Vətəndaş müharibəsi
Vətəndaş müharibəsi eyni dövlət (və ya ölkə ) daxilində mütəşəkkil qruplar arasında olan müharibədir. Bir tərəfin məqsədi ölkəyə və ya bölgəyə nəzarəti ələ keçirmək, bir bölgə üçün müstəqilliyə nail olmaq və hökumət siyasətini dəyişdirmək və ya devirmək ola bilər. Bu termin eramızdan əvvəl 1-ci əsrdə Roma Respublikasının müxtəlif vətəndaş müharibələrinə istinad etmək üçün istifadə edilən kalka lat. bellum civile sözündəndir. Müasir vətəndaş müharibələrinin əksəriyyəti kənar qüvvələrin müdaxiləsi nəticəsində baş verir. Amerikalı professor, politoloq Patrik M. Reqan "Vətəndaş müharibələri və xarici güclər" (2000) kitabında qeyd etmişdir ki, İkinci Dünya Müharibəsinin sonu ilə 2000-ci il arasında 138 dövlətdaxili münaqişənin təxminən üçdə ikisi beynəlxalq müdaxilə ilə həyata keçirilib. Vətəndaş müharibələri çoxlu sayda insan itkisi və əhəmiyyətli resursların istehlakı ilə nəticələnə bilər. 20-ci əsrin birinci yarısında eyni vaxtda beşdən çox vətəndaş müharibəsi baş vermədiyi halda Soyuq Müharibənin sonuna yaxın 20-dən çox eyni vaxtda vətəndaş müharibəsi baş verdi. 1945-ci ildən bəri vətəndaş müharibələri 25 milyondan çox insanın ölümü, milyonlarla insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Vətəndaş müharibələri çox vaxt iqtisadi çöküşlə nəticələnir.
Vətəndaş respublikaçılığı
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Rəqəmsal vətəndaş
Rəqəmsal vətəndaş — insanların onlayn mühitlərdə öz hüquq, vəzifə və öhdəlikləri haqqında məlumatlı olması, bu şüurla internet texnologiyalarından istifadə etmək və onlayn sosial işlərdə iştirak etmək bacarığı. "Rəqəmsal Vətəndaşlıq: İnternet, Cəmiyyət və İştirak" kitabının müəlliflərindən biri olan Karen Mossberger tərəfindən verilən tərifə görə, rəqəmsal vətəndaşlar "internetdən müntəzəm və səmərəli istifadə edənlərdir". Bu mənada rəqəmsal vətəndaş cəmiyyət, siyasət və hökumətlə məşğul olmaq üçün informasiya texnologiyalarından (İT) istifadə edən şəxsdir. Konsepsiyanın daha yeni işlənib hazırlanması zamanı rəqəmsal vətəndaşlıqda vətəndaşlıq ideyasının gücləndirici və demokratikləşdirici xüsusiyyətləri vurğulanmışdır. Bu, rəqəmsal texnologiyalardan istifadə vasitəsilə insanların cəmiyyətdəki rolunun öz-özünə həyata keçirilməsi kimi müəyyən edilmişdir. Bu nəzəriyyələr müasir cəmiyyətlərin getdikcə artan datafikasiyasını nəzərə almağı hədəfləyir. Nəticədə "alqoritmik cəmiyyət" də adlanan "məlumatlı cəmiyyətdə (rəqəmsal) vətəndaş olma"nın mənası kökündən şübhə altına alınır. Bu, sosial həyatın artan datafikasiyası və müşahidə praktikalarının geniş yayılması ilə səciyyələnir. Datafikasiya vətəndaşlıq anlayışı üçün mühüm problemlər yaradır. Belə ki, məlumatların toplanması artıq yalnız məxfilik məsələsi kimi görünmür: Rəqəmsal vətəndaşlıq onlayn əlaqə yaratmaq, etibarlı mənbələr tapmaq və insan hüquqlarını qorumaq və təşviq etmək üçün texnologiyadan məsuliyyətlə və hörmətlə istifadə etməkdir.
Vətəndaş texnologiyası
Vətəndaş texnologiyası — xalq və hökumət arasındakı əlaqəni kommunikasiyalar, qərarların qəbulu, xidmətlərin göstərilməsi və siyasi proses üçün proqram təminatı ilə gücləndirən texnologiya. Bura könüllülər, qeyri-kommersiya təşkilatları, məsləhətçilər və özəl şirkətlərdən ibarət icmanın rəhbərlik etdiyi komandalar tərəfindən qurulmuş proqram təminatı, eləcə də hökumət daxilində işləyən texnoloji qruplar ilə hökuməti dəstəkləyən informasiya və kommunikasiya texnologiyaları daxildir. Elektron hökumət xidmətləri vətəndaş və onların hökuməti (C2G), hökumətlər və digər dövlət qurumları (G2G), hökumət və vətəndaşlar (G2C), hökumət və işçilər (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. ABŞ qeyri-kommersiya təşkilatı olan "Knight Foundation"dan 2013-cü il hesabatı vətəndaş texnologiya məkanında müxtəlif fokusların xəritəsini tərtib etməyə çalışır. Bu, vətəndaş texnologiyası layihələrini geniş şəkildə iki kateqoriyaya ayırır: açıq hökumət və icma fəaliyyəti. İndiki dövrdə vətəndaşlara sosial media vasitəsilə də öz nümayəndələrinə çıxış imkanı verilir. Onlar "Twitter" və "Facebook" kimi platformalar vasitəsilə öz narahatlıqlarını birbaşa hökumət rəsmilərinə bildirə bilirlər. Keçmişdə onlayn səsvermənin yerli seçkilər üçün səsvermə variantı olması halları olmuşdur. Məsələn, 2000-ci ildə Arizona seçkilərində bu üsul tətbiq olunduqda, əvvəlki seçkiyə nisbətən iki dəfə çox fəallıq müşahidə edildi. Hökumətdə vətəndaş texnologiyasının yaxşı idarəetmə texnikasını təmin etdiyi, lakin ədalətli demokratik təmsilçiliyi təmin etmək üçün yetərli olmadığı iddia edilir.
Vətəndaş millətçiliyi
Vətəndaş millətçiliyi — vətəndaş millətinin dəyəri ətrafında qurulan və siyasi azadlıq, liberal demokratiya, siyasi plüralizm, tolerantlıq, tolerantlıq, bərabərlik və insan hüquqları kimi ənənəvi liberal dəyərlərə sadiq qalan millətçiliyin əhatəli forması. Vətəndaş millətçiləri milli kimliyin dəyərini müdafiə edərək, insanların mənalı, muxtar həyat sürməsinin zəruri olduğunu və demokratiyaların düzgün fəaliyyət göstərməsi üçün buna ehtiyac olduğunu müdafiə edirlər. Vətəndaş millətçiliyi çox vaxt etnik millətçiliklə ziddiyyət təşkil edir. Ernest Renan erkən vətəndaş millətçilərindən hesab olunur == Vətəndaş milləti == Vətəndaş milləti — müəyyən bir dövlətdə ortaq vətəndaşlıq ətrafında qurulmuş siyasi kimlikdir. Beləliklə, vətəndaş milləti onun dili və ya mədəniyyəti ilə deyil, vətəndaşlarının dəstəkləməyə söz verdiyi siyasi institutlar və liberal prinsiplər ilə müəyyən edilir. Vətəndaş millətinə üzvlük bu dəyərləri bölüşən hər kəs üçün açıqdır. Nəzəri olaraq, vətəndaş xalqı və ya dövləti bir mədəniyyəti digərindən üstün tutmağa çalışmır. Alman filosofu Yurgen Habermas iddia edirdi ki, liberal demokratik dövlətdə immiqrantlar qəbul etdikləri ölkənin mədəniyyətinə assimilyasiya edilməməli, ancaq ölkə konstitusiyasının prinsiplərini qəbul etməlidir. Liberal millətçiliyin daha müasir tərifini Yuli Tamir özünün klassik Liberal Millətçilik kitabında və həmçinin onun daha yeni kitabında “Niyə Millətçilik” kitabında təklif edir. Hər iki kitab iddia edir ki, müasir demokratiyalar xalqın özünü idarə etməyə layiq siyasi varlıq kimi özünü müəyyən etməsinə imkan verən milli çərçivə olmadan yaşaya bilməz.
Suriya vətəndaş müharibəsi
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb.
Dünya vətəndaşı (film, 2008)
Ermənistan vətəndaşları üçün viza tələbləri
Ermənistan vətəndaşları üçün viza tələbləri — digər dövlətlərin hökumətləri tərəfindən Ermənistan vətəndaşlarına tətbiq olunan inzibati giriş məhdudiyyətlərdir. Henley Passport İndeksinə əsasən, 7 yanvar 2020-ci il tarixinə qədər Ermənistan vətəndaşları səyahət azadlığı üzrə 81-ci yeri tuturlar, onlar 62 ölkə və əraziyə vizasız və ya vizanı girişdə almaqla daxil ola bilərlər.
Ermənistan vətəndaşlığı
Ermənistan vətəndaşlığı — şəxsin Ermənistanla onların qarşılıqlı hüquq və vəzifələrinin məcmusunda ifadə olunan sabit hüquqi əlaqəsi. Ermənistan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Vətəndaşlıq haqqında qanun 1995-ci il noyabrın 6-da qəbul edilib və 2007-ci ildə Ermənistanda ikili vətəndaşlığa icazə verilib. Ermənistan vətəndaşlığı alınır: vətəndaşlığın tanınması yolu ilə; doğuşla; naturalizasiya nəticəsində; vətəndaşlığın bərpası nəticəsində; vətəndaşlığa qrup qəbuluna görə; Ermənistan vətəndaşları tərəfindən övladlığa götürülməsi ilə əlaqədar; Ermənistanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş digər əsaslarla. Konstitusiyaya görə, Ermənistan xaricdə yaşayan ermənilərə vətəndaşlıq hüququ verir. Doğuşdan Ermənistan vətəndaşının alınması: doğulan zaman hər iki valideyni Ermənistan vətəndaşı olan şəxs; doğulan zaman valideynlərindən biri Ermənistan vətəndaşı, digər valideyni isə naməlum və ya vətəndaşlığı olmayan şəxs. Aşağıdakılar Ermənistan vətəndaşları kimi tanınırlar: Ermənistan ərazisində daimi yaşayan, Konstitusiyanın qəbuluna qədər başqa dövlətin vətəndaşlığını almamış və ya bu vətəndaşlıqdan çıxmış Ermənistan SSR-in keçmiş vətəndaşları; SSRİ-nin digər respublikalarının keçmiş vətəndaşları və ya Ermənistan ərazisində daimi yaşayan və 2003-cü il dekabrın 31-dək Ermənistan vətəndaşlığı üçün müraciət etmiş vətəndaşlığı olmayan şəxslər; Ermənistandan kənarda yaşayan və başqa dövlətin vətəndaşlığını almamış Ermənistan SSR-in keçmiş vətəndaşları. Ermənistan vətəndaşlığı olmayan şəxsə aşağıdakı şərtlərlə vətəndaşlıq verilə bilər: ən azı 18 yaşının olması; qanuni əsaslarla Ermənistan ərazisində ən azı 3 il daimi yaşamaq; erməni dilini bilmək; Ermənistan Konstitusiyasını bilmək. Ermənistan vətəndaşlığı Ermənistanda ən azı 3 il yaşamaq şərti olmadan aşağıdakı hallarda verilə bilər: Ermənistan vətəndaşı ilə nikah və ya digər valideyni Ermənistan vətəndaşı olan uşağın doğulması; Vətəndaşlıq üçün müraciət edənin valideynlərindən biri və ya hər ikisi keçmişdə Ermənistan vətəndaşlığına malik olmuş və ya Ermənistan ərazisində anadan olmuş və 18 yaşına çatdıqdan sonra 3 il ərzində Ermənistan vətəndaşlığı üçün müraciət etmişlər; Ermənistan ərazisində yaşamaq və erməni mənşəli olması. Ermənistan vətəndaşlığını qəbul edən şəxs andın ermənicə mətnini oxumalı və imzalamalıdır.
Gürcüstan vətəndaşlığı
Gürcüstan vətəndaşlığı — Gürcüstanda dövlətin üzvü olma statusu. Vətəndaşlıq almaq üçün, Gürcüstanın vətəndaşlıq qanununa əsasən xarici ölkə vətəndaşları kimi standart qaydada vətəndaşlıq üçün müraciət edə bilərlər. Standart üsulla Gürcüstan vətəndaşlığına müraciət etmək istəyənlər minimum 5 il Gürcüstanda yaşamalıdırlar. Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Gürcüstan vətəndaşı eyni zamanda başqa ölkənin vətəndaşı olub oranın pasportunu daşıya bilməz. Vətəndaşlıq sənədlərini yalnız Gürcüstan Prezidenti imzalayır və ikili vətəndaşlıq yalnız elə şəxslərə verilir, hansılar ki, Gürcüstan qarşısında xüsusi mahiyyətə malikdirlər və ya Gürcüstan vətəndaşlığına nail olmaq milli maraq daşıyır. Repatriant statusunu əldə etdikdən sonra iki il ərzində sadələşdirilmiş qaydada Gürcüstan vətəndaşlığını almaq imkanı təklif edir. 2007-ci il, İyulun 7-də, Gürcüstan Parlamenti qanun qəbul etdiI: "20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçkün edilmiş xalqların repatriasiyası" haqqında. Bu qanunun əsas məqsədi 20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçgün edilmiş xalqların qayıtması üçün qanuni mexanizmlər yaratmaqdır. Bu qanunla yaranmış repatriasiya sistemi tarixi ədalətin bərpa edilməsinə və layiqli və könüllü qayıdış prinsiplərinə əsaslanır və addım-addım repatriasiya edilməyi nəzərdə tutur.
Kanada vətəndaşlıq testi
Kanada vətəndaşlıq testi — Kanada immiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi tərəfindən idarə olunan bir imtahandır və vətəndaşlığı üçün əsas tələblərə cavab verən 18 ilə 54 arasında Kanada vətəndaşlığı üçün müraciət edənlər üçün tələb olunur. Test Kanadanın rəsmi dillərində olan fransız və ingilis dillərində mövcuddur. Test ümumiyyətlə yazılır, lakin bəzi hallarda şifahi ola bilər və müsahibə şəklində aparıla bilər. İmtahan 30 dəqiqə davam edir və 20 çoxsaylı sualdan ibarət yazılı bir testdir. Vətəndaşlıq üçün müraciət edənlər ən azı 15 suala düzgün cavab verməlidirlər - sualların ümumi sayının 75% -i . Test tamamilə rəsmi Kanadanı tanıyın: Vətəndaşlığın hüquqları və vəzifələri " -" Kanadanı kəşf edin. Vətəndaşın hüquq və vəzifələri ”. 2010-cu ildə «Discover Canada» dərsliyi yenidən yazıldı, testlər daha ciddi olanlara dəyişdirildi və imtahan daha da çətinləşdi. O vaxtdan bəri, test immiqrantlara Kanadanın tarixi, mədəniyyəti, hüququ və siyasəti haqqında daha dolğun məlumat verən yeni bir rəsmi iş kitabçası üzərində quruldu. Eyni zamanda, immiqrantlardan imtahandan keçmək üçün artıq bir çox faktı, ad və tarixləri əzbərləmələri tələb olunur.
Kapitan Amerika: Vətəndaş müharibəsi (film, 2016)
Kapitan Amerika: Vətəndaş müharibəsi (ing. Captain America: Civil War) — Marvel Comics-in Vətəndaş müharibəsi komiksinə əsaslanan Marvel Kinematoqrafiya Kainatının on üçüncü filmi.
Kolumbiya vətəndaş müharibəsi (1851)
Kolumbiya vətəndaş müharibəsi (1851) Münaqişə Yeni Qranada Respublikasında baş vermişdir.Müharibə tərəfləri Liberallar və Kolumbiya Konservativ Partiyası olmuşdur. 1851-ci ilin 22 may -10 sentyabr zaman kəsiyini əhatə edir. 1851-ci ildəki seçgilərdə Liberal Xose İlqario lopes qalib gəlir.O öz vəzifəsində Tomas Kiprian Moskeranı əvəzləyir.Kolumbiya Liberal Partiyası avropasayağı inqilabi hərəkatı Yuxarıların müharibəsində məğlub olurlar.Moskera onları əhv edirki bunun nəticəsində Liberallar öz güclərini bərpa edirlər.Liberallar hakimiyyətə qəldikdən sonra islahatlar həyata keçirməyə başlayırlar.Bu islahatlar Konservanların etirazına səbəb olur.İslahatlar kilsə əlehinə yönəlmişdi.18 may 1850-ci ildə iezuitlər ölkədən qovulur.1851-ci ildə konstutsiyaya dəyişiklik edilir: siyasi çinayətlərə görə ölüm hökmü ləğv edilir,azad mətbuat və sərbəst toplaşma hüququ verilir.Kilsə məhkəmələrinə aid məcəllə qəbul edilir və bu yepiskopun etirazina səbəb olur.21 may 1851-ci ildə kökumət quldarlığı ləğv edir.Bu addım bir tərəfin lehinə idisə digər tərəfin əlehinə idi .Bu konsrvatların qəti etirazına səbəb olur. Konservatlar ölkənin cənub və qərbində mərkəzləşmişdilər.22 may 1851-ci ildə üsyançılar Patiyo və Timbio şəhərlərini tuturlar.Pasto şəhərində isə məğlubiyyətə uğrayırlar.Bu məğlubiyyətdən sonra Arboledo Ekvadora danışığa gedir.Ekvadora sərhəd bölgəsindən gələn gəlir güzəştə gedilir,əvəzində isə üsyançılara silah-sursat verilməlidir.Kouka,Sako və Antokiya ştatlar bu fikiri dəstəkləyir.Digər üsyanlar Saqomoso ,Marikita,Quatavita və Quamoda baş verir.1 iyulda ölkənin cənubunda xüxusi ilə Popayan,Posta və Kali fərqlənirdi.Hökumət cənub ərazilərinə ordu komandanı Xose Obandanı təyin edir.General Manuel Mariya Franko Ekvadora oradansa Peruya gedir.Hədəf isə qulları satmaq olur.Antokiyada federal hökumət təşkil edilir və mərkəzi hökumətdən ayrıldığını bildirir.Bunun üçün Eysebio Borrero 800 nəfərdən ibarət qoşun təşkil edərək Medelini ələ keçirir.General Tomas Errera Solominə irrəliləyir və burada Braulio Enaonun qüvvələri ilə toqquşur. 1 avqust 1851-ci ildə milli qvardiya qüvvələri ilə Mariano Rodriqesın qüvvələri ilə vuruşur və bu toqquşmadan 20 gün sonra Rodriges həbs edilir.10 sentyabrda Rioneqroda general Errera Borreraya qalib gəlir.Borrera Yamaykaya göndərilir və üsyan isə yatırılır. Liberallar öz mövqelərini gücləndirir.1850 ci ildən başlanan islahatlar 1853-ci ildə yeni konstutsiyanın qəbulu ilə nəticələnir.Müharibədəki məğlubiyyatdən sonra Konservantlar Liberalların islahatrından ağır itki verməli olurlar.
Kolumbiya vətəndaş müharibəsi (1854)
Kolumbiya vətəndaş müharibəsi 1854. Müharibə 1854-cü ilin 17 aprel -dekabr müddəti ərzində Yeni Qranada Respublikasının ərazisində baş vermişdir. Melonun çevrilişinə qarşı Kolumbiya Liberal Partiyası və Kolumbiya Konservativ Partiyası birgə mübarizə aparırdılar. Müharibənin baş verməsinin əsas səbəblərindən biri Liberalların proteksionizdən azad ticarətə keçməsi ilə bağlı idi. Liberallar iki hissəyə bölünür, azad ticarət tərəfdarları "Golgotas>>, proteksioniz qaydalarının tərəfdarları isə <<Draconianos" adlanırdı. Digər tərəfdən hərbçilər, aristokratlar və sənətkarların maraqlarının toqquşması. Orduya general Melo başçılıq edirdi . O xalq arasında dəstək axtarırdı , bunun üçün sənətkarlara müraciət edərək, onlarla ittifaqa girir. Melo proteksioniz tarifi bərpa etmək istəyirdi. Ölkədə keçirilən prezident seçkilərində Xose Mariya Obanda seçilir.
Kolumbiya vətəndaş müharibəsi (1860-1862)
Kolumbiya vətəndaş müharibəsi 1860-1862.Vətəndaş müharibəsi 1860-1862 ci illərdə Kolumbiyada Liberallar və Kolumbiya Konservativ Partiyası arasında baş verir.Mərkəzləşdirmə və Federallaşma tərəfdarlarının müharizəsi kimi də qiymətləndirmək olar.Müharibənin nətincəsində Qranada Konfederasiyası ləğv edilərək Birləşmiş Kolumbiya Ştatları ilə əvəzlənir. Kolumbiya tarixi ərzində əsasən mərkəzləşdirmə tərəfdarları və yerli icra orqanlarının səlahiyyətlərinin artırılması tərəfdarları arasında daima mübarizə ilə zəngindir.1853-ci ildəki konstitsiya federallaşmaya imkan yaradırdı.Bunun sayəsində ölkə vilayyətləri birləşərək ştatlara çevrilir.Ştatlar müstəqilləşmə xətdi götürür.1858-ci ildə konstutsiya dəyişilir dövlət Qranada Konfederasiyaı adlandırılır.Bir müddətdən sonra prezident Ospina mərkəzləşdirmə xəttini götürür.Kongres 1859-cu ildə yeni qanun qəbul edilir:Prezidentə ştat rəhbərlərini dəyişmək və yenisini təyin etmək hüququ verirdi.Növbəti qanunda isə prezidentə ştatlarda icra organları yaratmaq və həmin orqanlarla ştat resurslarının xərclənməsinə nəzarət etmək hüququ verirdi.Buna cavab olaraq Liberallar qanunu konnstutsiyaya zid olduğunu bildirirlər. 8 may 1960-cı ildə Kauka ştatının qubernatoru Tomas Sipriano de Moskera müstəqilliyini elan edərək mərkəzi hökumətə qarşı cıxır.Onu bir çox başqa ştatlarda eyni addımlar atır.Üsyançılar 18 iyulda paytaxt Boqotanı tutaraq prezidenti həbs edirlər.Birləşmiş Yeni Qranada Ştatları yaradıldığı elan edilir.Paytaxtın itirilməsinə baxmayaraq hökumət mübarizəni davam etdirirdi.Ölkə xaosa yuxarlanırdı .Ekvadorda münaqişəni əlverişli bilərək mübahisəli əraziləri özünə birləsdirmək məqsədi ilə münaqişəyə qoşulur.Hərbi əməliyyatlar 1862-ci ildə bitir. 4 fevral 1863-cü ildə Rioneyroda konfrans çağrılır və yeni konstutsiya qəbul edilir.Konfederasiya ləğv edilərək yerinə Birləşmiş Kolumbiya ştatları yaradılır.
Kolumbiya vətəndaş müharibəsi (1964-2016)
Kolumbiya vətəndaş müharibəsi — 1964-ci ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.. Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948-1958-ci illərdə baş vermişdir . Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir . Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir . Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər .
Kolumbiya vətəndaş müharibəsi (1964 - davam)
Kolumbiya vətəndaş müharibəsi — 1964-ci ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir.. Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948-1958-ci illərdə baş vermişdir . Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir . Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir . Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər .
Liberiyada Birinci Vətəndaş müharibəsi
Liberiyada Birinci Vətəndaş müharibəsi — 1989-1996-cı illərdə Liberiyada 200 mindən çox insanın öldüyü daxili qarşıdurma. Münaqişə yalnız BMT və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin müdaxiləsindən sonra həll edildi. 1980-ci ildə Samuel Dou, Uilyam Riçard Tolbertə qarşı bir çevrilişlə hakimiyyətə gəldi və Liberiyanın ilk Amerikalı olmayan Liberiya prezidenti oldu. Doe bir hərbi rejim qurdu və əvvəlcə azad edilmiş Amerika kölələri tərəfindən 1847-ci ildə ölkənin qurulmasından bəri iqtidara çıxışı xaric edilən Liberiya yerli qəbilələrinin geniş dəstəyini aldı. Dounun ölkəni islah edəcəyinə dair ümidlər tez bir zamanda azaldı və Dow, paranoyaya qədər ona qarşı bir çevriliş qorxusu ilə müxalifəti yatırmağa başladı. Söz verdiyi kimi, Dou 1985-ci ildə seçkilər keçirdi və ikinci turdan qaçmaq üçün prezident seçkilərində bir fərqlə qalib gəldi. Lakin beynəlxalq müşahidəçilər bu seçkiləri saxtalaşdırılmış hesab etdilər. Liberiyada vətəndaş müharibəsi başa çatan kimi, yerli əhali israrla əmanət olaraq yığdıqları pulları milli valyutaya keçirməyə çalışırdılar. Burada Liberiyanın milli valyutası qismində isə Liberiya dolları və amerikan dolları çıxış edir. Ölkədə baş verənlər öz növbəsində küçələrdə dollar rəsmlərindən ibarət küçə incəsənətinin yaranmasına təkan verdi.
Liviya vətəndaş müharibəsi (2011)
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
Monqolustan Vətəndaş Müharibəsi (1260-1264)
Monqolustan vətəndaş müharibəsi — Məngu xanın ölümündən sonra iki qardaşı Arıq Buğa və Xubilay arasında baş vermiş müharibə (1260-1264). Müharibədə Bərkə xan Arıq Buğanın, Hülaku xan isə Xubilay xanın tərəfini tutmuşdur. 1258-ci ildə Məngu Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Məngunun ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.
Monqolustanda vətəndaş müharibəsi (1260-1264)
Monqolustan vətəndaş müharibəsi — Məngu xanın ölümündən sonra iki qardaşı Arıq Buğa və Xubilay arasında baş vermiş müharibə (1260-1264). Müharibədə Bərkə xan Arıq Buğanın, Hülaku xan isə Xubilay xanın tərəfini tutmuşdur. 1258-ci ildə Məngu Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Məngunun ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.
Paraqvay vətəndaş müharibəsi (1922-1923)
Paraqvay vətəndaş müharibəsi (1922-1923) (isp. Guerra Civil Paraguaya de 1922-1923) .Bu Paraqvayda 1922-1923 ci illərdə ictimayi və siyasi qüvvələrin hərbi toqquşması olmuşdur.XX əsrdə ölkə ikinci dəfə Paraqvay vətəndaş müharibəsi (1947) baş verir. Paraqvay Respublikası 20 əsrin əvvəlində o digər Cənubi Amerika ölkələri arasında ən geri qalmış ölkə idi.Milli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi.İxrac yox həddində idi.İxracatın əsası paraqvay çayı idi.Geriliyin səbəbi Paraqvay müharibəsi olur ki ,bu müharibə dövlətin kişi əhalisinin 90% həyatına son qoyur. Bununla belə ölkədə müxtəlif siyasi qüvvələr vardı.Siyasi elitanın əsasını iri torpaq sahibləri və Bankirlər idi.Dövlət idarəçiliyinə hərbi zabitlər güclü təsir göstərirdi.20-əsrin ilk on illiyi Liberal (Partiyası) on iliyi kimi düşür.Avqust inqilabı dövründə (1904-1922 ci illər ərzində) ölkədə 15 prezident və 21 hökumət dəyişikliyi baş verir.Mübarizə əsasən <radicoles> və <sivicos> arasında gedirdi.Paraqvay silahlı qüvvələri də bu mübarizəyə qoşulurdu. Paraqvay ordusu 5000 nəfərdən təşkil edilmişdi.Quru qoşunları 4batalyon ,kavalerlər və ayrı jandarm eskadronundan ibarət idi.Üstəlik iki artilleriya batalyonu vardı.Donanma isə iki Kanoner qayığı və bir necə hərbi katerdən təşkil edilmişdi.Hərbi bölgü baxımında ölkədə dörd vilayət vardı:Enkanasone ,Paraquari,Vilyapine və Konsepone.Ordunun ən böyük rütbələri bir general və 5 pokovnik idi.Zabitlər əsasən Asunson hərbi ucilişində yetişdirilirdi.Orduya almanların təsiri hiss olunurdu. 1911-ci ildə Manuel Qondra artıq hakiniyyətdən getməki olur.Hərbi nazir olan Albino Xaray dönəmində dörd prezident dəyişikliyi baş verir.Eduardo Şerera prezident seçildikdən sonra Qondra hərbi nazir olur.Ancaq radikallar iki frakiyaya bölünür:Şereraçılar və Qondraçılar.1920-ci ildə Qondra yenədə prezident seçilir.Şereraçılar ona qarşı cıxır.29 oktyabr 1921-ci ildə hərbi nazir Adolfo Cirife quru qoşunlarının batalyonlarından istifadə edərək Qondranı istefa verrməyə vadar edirlər.Ancan vitse prezident Filiks Payva Cirifeni paytaxdan uzaq bölgəyə təyinat verir.Zabitlərin böyük əksəriyyəti Cirifeni dəstəkləyirlər.Cirifeni demək olarki bölgə ordu komandanlar:Mendosa və Bresuela dəstəkləyirdilər.Hərbi nazir Roxas və hərbi ucilişin rəhbəri Skenoni isə köküməti dəstəkləyirdi. 1922-ci ilim mayında Şirife ordunu paytaxta istiqamətləndirilir.Üsyançılar özlərini "Konsitutsyaçılar,hökuməti və onun tərəfdarlarını "Loyalistlər" adlandırırlar.İlk əvvəl üstünlük üsyançıların əlində idi.Üsyançılar 2quru qoşunları batalyonu,iki kavalerlər eskadronu,arılmıs quru qoşun bolüyü və iki dağ silahları ilə təhciz olunmuş batareya ümumulikdə 1700 nəfərə malik idilər.Ancaq ordu səpələnmiş olaraq ölənin müxtəlif bölgələrində idi.Hökumət qüvvələri isə plomyot vzvodu ,2 kavalerlər eskadronu və quru qoşunları bateryasına sahib olaraq 600 nəfər təşkil edirdi.Qüvvələr əsasən Asunsonda cəmləşmişdi. İlk toqquşmalar 8 iyun 1922-ci ildə baş verir.Loyalıstlər kavalerlərin bütün gücündən istifadə edərək üsyançıları geri oturtmağa müvvəfəq olur.Həncinin şəhərin müdafisində həmkarlar ittifaqının təşkilatlığı ilə 1000 könüllünün köməyi də az rol oynamırdı.Bu toqquşmadan sonra üsyançılar ölkənin cənub-şərqinə sıxışdırılır (Yaquron və Paraquari şəhərləri).Şirife əlavə quru qoşunları batalyonun gəlməsini gözlədiyi halda Hökumət bunun qarşısını almaq üçün döyüşdə ilk dəfə olaraq aviasiyanı tətbiq edir.Onun 1 qırıçı SPAD Herbemont S.XX,2 kəşfiyyat təyyarəsi SMAL A:3,2 Qırıçı Bonbardımançı Alonso SVA 5 və Bonbardımançı Alonsa SVA 10 vardı ki,onları ingilis və italyan təyyarəçilər idarə edirirdi.Hökumət ordu quruçuluğuna başlayır.Quru,kavalerlər və artilleriya hissələri yaradılır.31 iyul 1922-ci ildə Loyalistlər Vilyarika şəhərinə qoşun yeridir.Avqust ayında loyalistlərin ordusunda 190mm li topları ilə təhciz edilmiş zirehli vaqonlar peyda olur.Cirife tərəfində Argentinaya məxsus 3 təyyarə iki Ansoldo SVA 5,bir Ansaldo 10 vuruşurdu.Bu təyyarələrdə ikisi Loyalistlər tərəfindən ələ keçirilir.1923-ci ilin 18 mayında Cirişe ölür ,onu Mendosa əvəz edir.O isə Leolistlərin əlində olan şəhərləri dolanaraq Asunsona daxil olma planını irəli sürür.Bu plan 9 iyul 1923 -ci ildə gecə vaxtı həyata keçirilir.Şəhər ələ keçirilsədə bütün silah-sursat əvvəlcədən cıxarılır.Şəhər azad edilərək düşmən Argentina sərhədinə sıxışdırılır.Konstitutsiyaçılar silahı yerə qoyaraq təslim olurlar və bununlada müharibə bitir. Vətəndaş müharibəsi nəticəsində iqtisadiyyata ağır zərbə vurulur.Ancaq qüclu ordu yaranır.Müharibə Parqvay ordusunda təcrübəli zabitlər yetişir.10-il sonra baş verən və güclü düşməni Boliviya ilə Chaco Müharibəsində Paraqvayın qalibiyyətinə təsir göstərir.

Digər lüğətlərdə