Baqqal (kənd)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Baqqal
41°20′12″ şm. e. 46°59′25″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 408 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Baqqal xəritədə
Baqqal
Baqqal

BaqqalAzərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd.[1] Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir.

Tarixi

1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib.[2] 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib.[3] 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.[4]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. 1910 il üçün Elisavetpol quberniyasının xatirə kitabçası. Bölmə III
  3. 1915-ci il üçün Qafqaz təqvimi. Statistika şöbəsi. Səh 95
  4. Azərbaycan kənd təsərrüfatı siyahıyaalması 1921-ci il. Nəticələr. Nuxa qəzası