Qırxbulaq (Şəki)

Qırxbulaq (əvvəlki adı: Vayvay) — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Orta Zəyzit kənd inzibati-ərazi vahidi tərkibindəki Vayvay kəndi Qırxbulaq kəndi adlandırılmışdır.[2]

Qırxbulaq
41°10′ şm. e. 47°15′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qırxbulaq xəritədə
Qırxbulaq
Qırxbulaq

Kəndin əvvəlki adı Qırbulaq olmuş, bir müddət Vayvay adlandırılmış, sonra tarixi adı bərpa olunmuşdur.

Bu kəndin tarixi Şəki şəhərinin tarixi kimi qədimdir. Kənddə eramızdan əvvəlki əsrlərdə ilk yaşayış məskənləri salınmışdır. Erkən orta əsrlərə (4-5 əsrlər) aid olan və hazırda zədələnmiş halda qalan Qədim Alban məbədi və onun ətrafında tapılan qəbir abidələri Qırxbulaq kəndində qədim alban tayfalarının yaşadıqlarını sübut edir. Tikinti və şum zamanı müxtəlif qəbirlərin tapılması, sel daşqınları nəticəsində torpağın yuyulması ilə üst-üstə (3 qəbir) qəbirlərin üzə çıxması kəndin ərazisində qədim insan məskənlərindən xəbər verir. Kəndin üç tərəfdən uca dağlarla əhatəyə alınması qədim insanlar üçün əlverişli yaşayış məskəninə çevrilmişdir. Sel daşqınları nəticəsində yaranan yarğanların birindən tapılmış saxsı küpün içərisindəki çoxsaylı sasani pulları kəndin Sasani dövlətinin ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Tapılmış qəbir abidələri həm İslamdan əvvəlki, həm də islamdan sonrakı dövrlərə aiddir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qırxbulaq kəndi Şəkidən 10 km məsafədə, Şəki-Oğuz yolu üstündə yerləşir.

Hazırda 100 evdən ibarət olan Qırxbulaq kəndində 454 nəfər yaşayır ki, onun da 233 nəfəri kişi, 221 nəfəri isə qadındır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən maldarlıqəkinçiliklə məşğul olur. Kəndin yuxarı hissəsində dərələrdən cıxan bulaqlar əhalinin su təminatını qismən ödəyir.

Kənddə klub və kitabxana fəaliyyət göstərir.

Kənddə həkim məntəqəsi mövcuddur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.