Qaradağlı (Şəki)

QaradağlıAzərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd.[1]

Qaradağlı
41°10′21″ şm. e. 47°00′47″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 266 nəfər
Xəritəni göstər/gizlə
Qaradağlı xəritədə
Qaradağlı
Qaradağlı

Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[2]

XX əsrin 60-cı illərindən başlayaraq Əyriçayın üzərində suanbarı quruldu. Qaradağlı kəndində 10-dan artıq yaşayış evləri, orta məktəb və s obyektlər su anbarının altında qaldı.

Kəndə 9 illik orta məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi var.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qaradağlı kəndi Şəki şəhərindən 16–17 km cənub-qərbdə, Əyriçayın sahilində yerləşir.

Kənddə 45-50 ev var.Kəndin əhalisi 266 nəfər təşkil edir ki, onun da 122 nəfəri kişi, 144 nəfəri isə qadındır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən tütünçülük, taxılçılıq, tərəvəzçilik, heyvandarlıq ilə məşğul olur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. Qaradağlı (Şəki) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.