Bideyiz

BideyizAzərbaycan Respublikasının Şəki rayonunun Baş Küngüt kənd inzibati ərazi dairəsində kənd.[1] Şəki şəhərindən təqribən 20 km uzaqlıqda yerləşir.

Bideyiz
41°07′43″ şm. e. 47°18′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 685 m
Saat qurşağı
Əhalisi
Əhalisi 1.258 nəfər
Xəritəni göstər/gizlə
Bideyiz xəritədə
Bideyiz
Bideyiz

Küngüt çayının (Əyriçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Yerli əhalinin rəvayətlərinə görə itmiş izin tapılması zamanı deyilən "Budu iz" sözündən yaranmışdır. Yunan dilində Budeyis sözünün mənası üç tərəfi bağlı deməkdir, həqiqətəndə kəndin ətrafı üç tərəfdən bağlı dağlardan ibarətdir. Qonşu kəndlərdən ziyalıların savadlı adamların çoxluğuna görə fərqlənir. 1917-ci ildə Bideis variantında qeydə alınmışdır[2].

Kəndin yaxınlığındakı dağlıq ərazidə Alban kilsəsi yerləşir.. Min ildən artıq tarixi olan bu kilsə öz möhkəmliyini qoruyub saxlamışdır. Həmin kilsədən xeyli sayda tarixi əşyalar tapılmışdır. Kilsə ətrafında yerləşən düzənlik ərazilərdə küp qəbirlərə rast gəlinmişdir. Bideyiz Şəkinin ilk ən qədim dörd kəndindən biridir. Kəndin yuxarısında dağın ətəyində iki yüz ildən artıq tarixi olan su dəyirmanı mövcuddur, kənd əhalisi ona Xası kişinin dəyirmanı da deyir. Kəndin mərkəzində 400 şagird tutumu olan Bideyiz kənd tam orta məktəbi, məktəbin yaxınlığında kənd məscidi yerləşir. Həmçinin kənddə tibb mərkəzi də mövcuddur. Azərbaycan filmi olan "Arxadan vurulan zərbə" filmində Cəbinin kürəyindən bıçaqlanaraq öldürülməsi səhnəsi bu dəyirmanda çəkilmişdir. Vahid Mustafayevin prezidenti olduğu Çingiz Mustafayev fondunun çəkdiyi "Xoca" filmi də bu kənddə çəkilmişdir.

Kəndin əhalisi 1.258 nəfər təşkil edir. Əhalisi qonaqpərvərliyi, mehribanlığı, səmimimiliyi xüsusilə insanlarının ağıllı və savadlı olması ilə seçilir. İkinci Dünya Müharibəsində üç yüzə yaxın adam ön cəbhədə vuruşmuş yüzdən çox adam həlak olmuşdur. Qarabağ müharibəsi başladıqdan sonra kənd 6 şəhid vermişdir. Qarabağ müharibəsində də yüzdən çox adam ön cəbhədə vuruşmuşdur.. Kəndin əhalisi əkinçilik və maldarlıqla məşğul olur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Üç tərəfi dağlarla əhatə olunan kəndin yanından çay axır. Kəndin ətrafının dağlarla əhatə olunması onun iqliminin nisbətən kontinental olmasına səbəb olur. Kəndin yanından axan çay yay aylarında havanın sərin keçməsinə səbəb olur. Bideyiz dağlarında təbii şəkildə qaynama bulaqlar mövcuddur. Min illər öncəsinə aid olan saxsı turbalar aşkarlanmışdır ki həmin turbalarla "Umar Bulaq", "Ceyran Bulaq" adlanan dağ bulaqlarının şəfalı suyundan kəndə su çəkilmişdir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.