Zeyvə (İsmayıllı)
Zeyvə | |
---|---|
40°45′ şm. e. 48°24′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Zeyvə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İsmayıllı rayonunun Zeyvə kəndi Basqal qəsəbə sovetinin tərkibindən Xankəndi kənd sovetinin tərkibinə verilmişdir.[1]
Tarixi
Tarixi abidələri
Qədim memarlıq abidələrindən XIX əsrə aid səkkizbucaqlı türbə mövcuddur.
Coğrafiyası və iqlimi
Kənd Baş Qafqaz yaylasında, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) ətəyində, Basqal qəsəbəsinin yaxınlığında, rayon mərkəzindən 35 km şərqdə yerləşir.
Əhali
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Zeyvə kəndində 22 evdə 66 nəfəri kişilər, 67 nəfəri isə qadınlar olmaqla 133 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Hazırda əhalisi 452 nəfərdir ki, onun da 237 nəfəri kişi, 215 nəfəri qadındır.
İqtisadiyyatı
Əhalisi heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olur.
Təhsil
Kənddə məktəb fəaliyyət göstərir.
İstinadlar
- ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
Həmçinin bax
İsmayıllı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |