Fizika üzrə "Nobel" mükafatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fizika üzrə Nobel mükafatı

Ölkə Stokholm, İsveç
Tip elmi mükafat[d]
Kimə verilir Fizika sahəsində insanlığa əlamətdar töhfə verənlərə
Təltif edir İsveç Kral Elmlər Akademiyası
Statistika
Təsis tarixi 10 dekabr 1901 (123 il əvvəl) (1901-12-10)
İlk təltif
Təltif sayı 9 million SEK (2017)[1]
nobelprize.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vilhelm Rentgen
(1845–1923), Fizika üzrə Nobel mükafatının ilk laureatı.

Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatıFiziologiya və tibb üzrə Nobel mükafatıdır.

Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-cu ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür.[2]

Alfred Nobel son vəsiyyətnaməsində bildirdi ki, onun sərvəti fizika, kimya, sülh fizialogiya və ya tibbədəbiyyat sahəsində "bəşəriyyətə böyük fayda verənlər" üçün mükafatlar seriyası yaratmağa istifadə olunsun.[3] Nobel həyatı boyunca bir neçə vəsiyyətnamə yazsa da axrıncısı ölümündən bir il əvvəl yazıldı və 1895-ci ilin 27 noyabr tarixində Parisdə İsveç-Norveç Klubunda imzalandı.[4][5] Nobel bütün sərvətinin (31 milyon isveç kronu 198 milyon ABŞ dolları, 176 milyon avro 2016-cı il) 94%-ni beş Nobel mükafatının təsis edilməsi və sərvətin ianə edilməsi üçün miras qoydu.[6] Vəsiyyəti qomarlayan yüksək şübhəçilik səbəbi ilə 1897-ci il 26 aprelə qədər təsdiq edilmədi sonra vəsiyyət Stortinq (Norveç Parlamenti) tərfindən təsdiq olundu.[7][8] Vəsiyyətin icraçıları Raqnar Sohlman və Rudolf Lillcekyuist idi hansı ki, Nobelin mirasını hifz etmək və mükafatları təşgil etmək üçün Nobel fondunu qurdular.

Nobel sülh mükafatını verəcək olan Norveç Nobel Komitəsi üzvləri vəsiyyət təsdiq olunduqdan qısa bir müddət sonra təyin edildi. Mükafatı verən təşkilatlar bunlardır: 7 iyun Karolinska İnstitutu, 9 iyun İsveç Akademiyası və 11 iyun İsveç Krallığının Elmlər Akademiyası.[9][10] Sonra isə Nobel fondu mükafatın necə verilməsinə əsasən qaydalar üzrə razılığa gəldi. 1900-cü ildə Nobel fondu tərəfindən yaradılmış yeni nizamnamə Kral II Oskar tərəfindən elan edildi.[8][11] Nobelin vəsiyyətinə görə, İsveç Krallığının Elmlər Akademiyası Fizika üzrə Nobel mükafatını verəcəkdi.[11]

Namizədlik və seçim

[redaktə | mənbəni redaktə et]
Fizika üzrə üç Nobel laureatı. Ön cərgədə soldan sağa doğru: Albert Maykelson (1907-ci ildə qazandı), Albert Eynşteyn (1921-ci ildə qazandı) və Robert Milliken (1923-cü ildə qazandı)

Fizika üzrə Nobel mükafatı üçün ən azı üç Nobel laureatı və iki müxtəlif tədqiqat seçilə bilər.[12][13] Digər Nobel mükafatları ilə müqayisədə Fizika üzrə Nobel mükafatına namizədlik və seçmə prosesi uzun və qətidir. Bu da fizika sahəsində ən əlamətdar mükafat olmaq üçün illər ərzində əhəmiyyətinin artmasının əsas səbəbidir.[14]

Nobel mükafatı laureatları Nobel Fizika Komitəsi tərəfindən seçilir, bir Nobel Komitəsi İsveç Elmlər Akademiyası tərəfindən seçilən beş üzvdən ibarətdir. Sentyabr ayında başlayacaq ilk mərhələdə, bir neçə min nəfər namizədləri irəli sürmək üçün sorğular göndərir. Tamamlanmış namizədlik sorğuları növbəti ilin 31 yanvar tarixindən gec olmayaraq Nobel Komitəsinə çatır. Bu namizədlər onların sayını təxminən iyrimi nəfərə endirən ekspertlər tərəfindən gözdən keçirilir və müzakirə edilir. Komitə Akademiyaya yekun namizədlərə dair tövsiyələrlə birlikdə hesabat təqdim edir. Bu barədə fizika kateqoriyasında daha çox müzakirə edilir. Akademiya daha sonra səs çoxluğu vasitəsilə Fizika üzrə laureatların son seçimini edir.[15]

Namizədlərin adları heç vaxt ictimaiyyətə açıqlanmır və nə də onlar mükafata layiq hesab edildiklərini demirlər. Namizədlik qeydləri əlli il gizli saxlanılır.[16] Vəfat etmiş fərdlərin nominasiyası qəbul edilməməklə birlikdə, əgər şəxs mükafat komitəsinin qərarı (adətən oktyabr ayında) ilə mərasimin keçiriləcəyi aylar arasında vəfat edərsə mükafat vermə mərasimi təşgil oluna bilər. 1974-cü ildən əvvəl əgər şəxs nominasya göstərilmiş idisə onun ölümündən sonra gerçəkləşən mükafat vermə mərasiminə icazə verilirdi.[17]

Fizika üzrə Nobel mükafatı üçün qaydalar, tanınan nailiyətlərin əhəmiyyətinin "zamanla test edilməsini" tələb edir. Praktikada bu kəşf və mükafat arasındakı gecikmənin adətən 20 il olduğu və daha da çox ola biləcəyi mənasına gəlir. Misal üçün, 1983-cü il Fizika üzrə Nobel mükafatının yarısı ulduz təkamülü və qurluşu üzrə tədqiqatlarına görə Subrahmanyan Çandrasekara verildi hansı ki, tədqiqatlar 1930-cu il əsnasında tamalanmışdı. Bu yanaşmanın mənfi tərəflərindən biri budur ki, bir çox alim işlərinin tanınması üçün kifayət qədər uzun yaşamırlar. Bəzi mühüm elmi kəşflər heç vaxt mükafat üçün diqqətə alınmır, çünki kəşfçilər işlərinin təsirinin zaman ərzində təqdir olunmasına qədər vəfat edirlər.[18][19]

Fizika üzrə Nobel mükafatçısı bir qızıl medal, sitat gətirilmiş diplom və bir miqdar da pul qazanır.[20]

Nobel mükafatı medalları İsveçdə Myntverket[21] şirkəti və 1902-ci ildən bəri İsveç Zərbxanası tərəfindən hazırlanır və Nobel fondunun qeydiyyatdan keçmiş əmtəə nişanıdır. Hər medalın üz tərəfində Alfred Nobelin profili təsvir olunmuşdur. Fizika, Kimya, Fziologiya və ya Tibb və Ədəbiyyat üzrə Nobel mükafatıları medallarının üz tərəfi bir-birinin eynisidir və Alfred Nobelin və ölüm tarixi (1833–1896) təsvir edilmişdir. Nobel Sülh Mükafatı medalının və İqtisadiyyat Mükafatı medalının üz tərəfində də Nobelin portreti var, lakin bir az fərqli dizaynla.[22][23] Medalın arxa tərəfindəki təsvir mükafatı verən təşgilata görə müxtəliflik göstərir. Kimya və Fizika üzrə Nobel mükafatı medallarının arxa hissəsindəki təsvir eynidir. Bu və digər mükafatlara aid medallar 1902-ci ildə Erik Lindberq tərəfindən dizayn edildi.[24]

1903-cü ildə Mariya KüriPyer Küriyə verilmiş Nobel mükafatı diplomu

Nobel laureatları birbaşa İsveç kralının öz əllərindən bir diplom alır. Hər bir diplom mükafatı verən təşgilat tərəfindən laureata görə xüsusi olaraq dizayn edilir.[25] Diplom laureatın şəklini və bir də mətn ehtiva edir hansı ki, mətndə laureatın adı və mükafatı nəyə görə aldığı sitat gətirilir.[25]

Mükafat mərasimdə laureata mükafat məbləğini göstərən sənəd verilir. Mükafat pulu məbləği ildən-ilə fərqlilik göstərə bilər və Nobel fondundan əldə edilən mövcud maliyyəyə bağlıdır. Məsələn, 2009-cu ildə verilmiş məbləğ 10 milyon İsveç kronu (1,4 milyon ABŞ dolları)[26], 2012-ci ildə 8 milyon İsveç kronu (1,1 milyon ABŞ dolları) idi[27]. Əgər müəyyən kateqoriyada iki laureatı varsa, mükafat alıcılar arasında bərabər bölünür, lakin əgər üç nəfər varsa, mükafatlandırma komitəsi mükafatın hər üçünə bərəbər yaxud da birinə yarısı və qalanlarına dörddə bir hissəsini verə bilər.[28][29][30][31]

Mükafat üçün seçki heyəti vəzifəsi yerinə yetirən komitə və müəssisə adətən oktyabr ayında laureatların adlarını elan edir. Daha sonra mükafat Nobelin ölüm ildönümü olan 10 dekabr tarixində, Stokholm Konsert Salonunda hər il keçirilən rəsmi mərasimlərdə verilir. Laureatlar bir diplom, medal və mükafat məbləğini təsdiq edən sənəd alırlar.[32]

  1. "Nobel Prize amount is raised by SEK 1 million". Nobelprize.org. 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-02.
  2. "All Nobel Prizes in Physics". Nobelprize.org. Nobel Media AB. 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
  3. "History – Historic Figures: Alfred Nobel (1833–1896)". BBC. 2013-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  4. Ragnar Sohlman: 1983, Page 7
  5. von Euler, U.S. "The Nobel Foundation and its Role for Modern Day Science". Die Naturwissenschaften. Springer-Verlag. 6 June 1981. 10 May 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 4 May 2015.
  6. "Nobel's will". Nobel.org. August 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2015.
  7. "The Nobel Foundation – History". Nobelprize.org. January 9, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  8. Yuxarıda get: 1 2 Agneta Wallin Levinovitz: 2001, Page 13
  9. "Nobel Prize History –". Infoplease.com. 1999-10-13. 2013-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  10. Encyclopædia Britannica. "Nobel Foundation (Scandinavian organisation) – Britannica Online Encyclopedia". Britannica.com. 2013-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  11. Yuxarıda get: 1 2 "Nobel Prize Arxivləşdirilib 2015-04-29 at the Wayback Machine" (2007), in Encyclopædia Britannica, accessed 15 January 2009, from Encyclopædia Britannica Online:
    " After Nobel’s death, the Nobel Foundation was set up to carry out the provisions of his will and to administer his funds. In his will, he had stipulated that four different institutions—three Swedish and one Norwegian—should award the prizes. From Stockholm, the Royal Swedish Academy of Sciences confers the prizes for physics, chemistry, and economics, the Karolinska Institute confers the prize for physiology or medicine, and the Swedish Academy confers the prize for literature. The Norwegian Nobel Committee based in Oslo confers the prize for peace. The Nobel Foundation is the legal owner and functional administrator of the funds and serves as the joint administrative body of the prize-awarding institutions, but it is not concerned with the prize deliberations or decisions, which rest exclusively with the four institutions. "
  12. Nobelprize.org. "Facts and figures". August 15, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 4, 2015.
  13. "GJSFR" (PDF). July 2, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 4, 2015.
  14. "The Nobel Prize Selection Process". Brittanica Encyclopaedia. April 29, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2015.
  15. "Nomination and Selection of Physics Laureates". nobelprize.org. Nobel Media AB 2016. 20 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2016.
  16. "50 year secrecy rule". May 1, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2015.
  17. "About posthumous awards". July 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2015.
  18. Gingras, Yves; Wallace, Matthew L. "Why it has become more difficult to predict Nobel Prize winners: A bibliometric analysis of nominees and winners of the chemistry and physics prizes (1901–2007)". Scientometrics. 82 (2). 2009: 401. arXiv:0808.2517. doi:10.1007/s11192-009-0035-9.
  19. "A noble prize". Nature Chemistry. 1 (7): 509. 2009. Bibcode:2009NatCh...1..509.. doi:10.1038/nchem.372. PMID 21378920.
  20. Tom Rivers. "2009 Nobel Laureates Receive Their Honors | Europe| English". .voanews.com. 2009-12-10. 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  21. "Medalj – ett traditionellt hantverk" (Swedish). Myntverket. 2007-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-15.
  22. "The Nobel Prize for Peace" Arxiv surəti 16 sentyabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-09-16 at the Wayback Machine, "Linus Pauling: Awards, Honors, and Medals", Linus Pauling and The Nature of the Chemical Bond: A Documentary History, the Valley Library, Oregon State University. Retrieved 7 December 2007.
  23. "The Medals". May 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2015.
  24. [1] Arxivləşdirilib 2017-07-26 at the Wayback Machine The Nobel Prize for Physics and Chemistry.
  25. Yuxarıda get: 1 2 "The Nobel Prize Diplomas". Nobelprize.org. 2015-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  26. "The Nobel Prize Amounts". Nobelprize.org. 2018-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.
  27. "Nobel prize amounts to be cut 20% in 2012". CNN. 2012-06-11. 2012-07-09 tarixində orijinalından arxivləşdirilib.
  28. Sample, Ian. "Nobel prize for medicine shared by scientists for work on ageing and cancer | Science | guardian.co.uk". London: Guardian. 2009-10-05. 2020-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-15.
  29. Ian Sample, Science correspondent. "Three share Nobel prize for physics | Science | guardian.co.uk". London: Guardian. 2008-10-07. 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-10.
  30. David Landes. "Americans claim Nobel economics prize – The Local". Thelocal.se. 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-15.
  31. "The 2009 Nobel Prize in Physics – Press Release". Nobelprize.org. 2009-10-06. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-10.
  32. "Nobel prize award ceremony". April 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 4, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]