Azərbaycanın ordenlərinin siyahısı

Azərbaycanın ordenlərinin siyahısıAzərbaycan Respublikasında mövcud olan ordenlərin siyahısı. Hal-hazırda Azərbaycanda 12 orden mövcuddur. Azərbaycanın ən yüksək təltifi "Heydər Əliyev" ordenidir. "Vətənə xidmətə görə" ordeni, "Rəşadət" ordeni"Əmək" ordeni üç dərəcədən ibarətdir.

1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı" və "Şöhrət" ordenləri.

1993-cü il dekabrın 6-da isə Azərbaycanın III Prezidenti Heydər Əliyev həmin ordenlərin status və təsvirlərini təsdiq etdi. Sərəncama əsasən "İstiqlal" ordeni, Azərbaycanın ən yüksək təltifi, habelə "Şah İsmayıl" ordeni Azərbaycanın ali hərbi ordeni oldu.

2003-cü il 7 noyabrda Azərbaycanın IV Prezidenti İlham Əliyev üç dərəcədən ibarət olan "Vətənə xidmətə görə" ordeninin təsis edilməsi haqqında Sərəncam imzaladı. Həmin orden, dərəcələrdən ibarət olan birinci Azərbaycan təltifi oldu.[1]

2005-ci il aprelin 22-də isə İlham Əliyevin imzaladığı Sərəncam ilə Azərbaycanın ən yüksək təltifi, "Heydər Əliyev" ordeni oldu. Azərbaycan Prezidentinə statusuna görə verilən həmin orden, təsvirinə görədə digər dörd ordenlərdən fərqləndi.

2007-ci il fevralın 16-da İlham Əliyev, daha iki orden təsis etdi — "Şərəf" və "Dostluq" ordenləri.[2] "Dostluq" ordeni daha çox, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verilir.[2]

2016-cı il 29 noyabrda İlham Əliyevin Sərəncamı ilə daha bir orden təsis edildi — üç dərəcədən ibarət olan "Əmək" ordeni.[3]

2017-ci il 17 noyabrda İlham Əliyevin Sərəncamı ilə daha bir orden təsis edildi — üç dərəcədən ibarət olan "Rəşadət" ordeni.[4]

2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş[1] və birinci oxunuşda təsdiqlənmişdir.[3] Qanun layihəsinə əsasən 2 orden təsis edildi — "Zəfər" və "Qarabağ" ordenləri.[5]

Orden Təsis tarixi Statusu
"Heydər Əliyev" ordeni

22.04.2005
  1. "Heydər Əliyev" ordeni Azərbaycanın vətəndaşlarına, aşağıdakı hallarda verilir:
    1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;
    2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.
  2. "Heydər Əliyev" ordeni Azərbaycanın Prezidentinə onun statusuna görə verilir.
  3. "Heydər Əliyev" ordeni əcnəbilərə aşağıdakı hallarda verilir:
    1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;
    2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
    3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.[6]
"Zəfər" ordeni

26.11.2020
  1. Azərbaycanın "Zəfər" ordeni Azərbaycan vətəndaşlarına aşağıdakılara görə verilir:
    1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına görə;
    2. Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə.[5]
"Qarabağ" ordeni

26.11.2020
  1. Azərbaycanın "Qarabağ" ordeni Azərbaycan vətəndaşlarına aşağıdakılara görə verilir:
    1. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirdiyinə görə;
    2. Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə.[5]
"İstiqlal" ordeni

10.11.1992
  1. Azərbaycanın "İstiqlal" ordeni Azərbaycan vətəndaşlarına aşağıdakılara görə verilir:
    1. Azərbaycanda milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə görə;
    2. Azərbaycanın dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;
    3. Azərbaycanın milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.[7]
"Şah İsmayıl" ordeni

10.11.1992
  1. Azərbaycanın ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin ali zabitlərinə, hərbi hissələrin və birləşmələrin komandirləri aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
    1. Azərbaycan Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
    2. Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
    3. görkəmli sərkərdəlik fəaliyyətinə görə;
    4. Respublikada fövqəladə halların nəticələrinin arddan qaldırılmasında xüsusi xidmətlərinə görə.[8]
"Azərbaycan Bayrağı" ordeni

10.11.1992
  1. Azərbaycanın "Azərbaycan Bayrağı" ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
    1. Azərbaycanda milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
    2. hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
    3. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə;
    4. respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
    5. dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.[9]
I dərəcəli "Rəşadət" ordeni

17.11.2017
  1. Azərbaycanın "Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
    1. Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
    2. əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;
    3. Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;
    4. həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;
    5. fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;
    6. dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.[4]
II dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Şərəf" ordeni

16.02.2007
  1. Azərbaycanın "Şərəf" ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
    1. Azərbaycanın dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
    2. Azərbaycanın milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə;
    3. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
    4. elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.[2]
"Şöhrət" ordeni

10.11.1992
  1. Azərbaycanın "Şöhrət" ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
    1. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafında xüsusi xidmətlətinə görə;
    2. sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlətinə görə;
    3. sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;
    4. elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.[10]
"Dostluq" ordeni

16.02.2007
  1. Azərbaycanın "Dostluq" ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
    1. Azərbaycan ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə;
    2. xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə;
    3. dünyada, regionda və müxtəlif ölkələrdə sülhün və əmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.[2]
I dərəcəli "Vətənə xidmətə görə" ordeni

07.11.2003
  1. Azərbaycanın "Vətənə xidmətə görə" ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
    1. Azərbaycana sadiqliyinə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə;
    2. dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
    3. milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.[1]
II dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

I dərəcəli "Əmək" ordeni

29.11.2016
  1. Azərbaycanın "Əmək" ordeni Azərbaycanın vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
    1. sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər uzunmüddətli məhsuldar əməyə, elm təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlətinə görə;
    2. kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatı inkişafına təsir edən yüksək göstəricilərə görə;
    3. istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə görə;
    4. yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə.[3]
II dərəcəli "Əmək" ordeni

III dərəcəli "Əmək" ordeni

  1. 1 2 3 ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020. Sitat səhvi: Xətalı <ref> etiketi; ":1" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  2. 1 2 3 4 "Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 fevral 2007-ci il tarixli 248-IIQ nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  3. 1 2 3 "Milli Məclis qələbə münasibətilə orden və medalların təsis olunması layihəsini birinci oxunuşda təsdiqlədi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.)). 20.11.2020. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020. Sitat səhvi: Xətalı <ref> etiketi; ":2" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  4. 1 2 "Azərbaycan Respublikasının "Rəşadət" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli 884-VQD nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  5. 1 2 3 ""Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında". meclis.gov.az. Azərbaycan Respublikasının Milli Məclisi. 20 noyabr 2020. 20 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
  6. ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli qanunu". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 2015-04-22. 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-25.
  7. "Azərbaycan Respublikasının "İstiqlal" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 754 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  8. "Azərbaycan Respublikasının "Şah İsmayıl" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 755 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  9. "Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 756 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.
  10. "Azərbaycan Respublikasının "Şöhrət" ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 6 dekabr 1993-cü il tarixli 757 nömrəli Sərəncamı". www.e-qanun.az. 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2017.