İbrahim Əhmədov (general)

İbrahim Seyfulla oğlu Əhmədov (21 may 1927, Qroznı, Şimali Qafqaz diyarı[d]1997, Bakı) — Sovet ordusunun azərbaycanlı tank qoşunları general-mayoru. O, həmçinin Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı olmuşdur.

İbrahim Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1927(1927-05-21)
Doğum yeri
Vəfat tarixi 1997
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet İttifaqı Ordusu
Azərbaycan Respublikası Silahlı Qüvvələri
Qoşun növü Tank qoşunları
Rütbəsi General-mayor
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni

İbrahim Seyfulla oğlu Əhmədov 21 may 1927-ci ildə Qroznı şəhərində anadan olmuşdur. 1941–44-cü illərdə Bakı dəmiryolu məktəbində oxumuşdur. 1944 ildən sovet ordusu sıralarında xidmətdə olmuşdur.[1]

Kiyev Hərbi Tank Məktəbini bitirdikdən (1948) sonra rota, polk komandirliyindən batalyon, polk və diviziya qərargahının rəisliyinə qədər yüksəlmişdir. R. Y. Malinovski ad. Zirehli Tank Qoşunları Akademiyasını (1956), Ali zabitlər kursunu (1968), M. V. Frunze ad. Hərbi Akademiya yanında Ali komanda heyəti kursunu bitirmişdir(1969). 1972 ilin yanvar–avqust aylarında Misirdə hərbi müşavir işləmişdir. Azərbaycan SSR Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti MK-nın sədri (1972–90), SSRİ OADKYC Rəyasət Heyətinin üzvü (1977), Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı, Qarabağda müharibə gedən zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyində müşavir, baş müşavir, Hərbi hazırlıq idarəsinin rəisi və Baş Qərargah rəisinin müavini idi (1991–93). 1993-cü ildə hərbi xidmətdən tərxis edilmiş, ömrünün sonunadək silahlı qüvvələrin Respublika Veteranlar Şurasında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olmuşdur.[1]

"Qırmızı əmək bayrağı" ordeni, "Qırmızı Ulduz" ordeni, eləcə də 1 xarici ordenlə (Misir) və 14 xarici medalla (Bolqarıstan, Monqolustan, Kuba və b.) təltif edilmişdir.

İbrahim Əhmədov 10 yanvar 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.

  1. 1 2 "İbrahim Əhmədov" (azərb. ‎). Azərbaycan Milli Ensiklopediyası. 16 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.