İspaniya vətəndaş müharibəsi (1936-1939)

İspaniya vətəndaş müharibəsi (isp. Guerra Civil Española və ya Guerra de España[1][2][3]) (17 iyul 19361 aprel 1939) – solçu siyasi qüvvələr (respublikaçılar, loyalistlər), digər tərəfdən isə general Fransisko Frankonun rəhbərlik etdiyi sağçı, millətçi, mühavizəkarlar arasında baş verən və sonda üsyançı qüvvələrin qələbəsi ilə sona çatan münaqişə. Nəticədə İspaniyada respublika quruluşu devrilmiş, İkinci İspaniya Respublikası sona çatmış və general Frankonun rəhbərlik etdiyi diktatura rejimi qurulmuşdur.

İspaniya vətəndaş müharibəsi
"Loyalist əsgərin öldürülməsi". 5 sentyabr 1936-da əsgər Federiko Borrel Qarsiyanın öldürülməsi fotoqraf Robert Kapa tərəfindən lentə alınmışdır.
Tarix 17 iyul 19361 aprel 1939
Yeri Kontinental İspaniya,
İspaniya Mərakeşi,
İspaniya Saharası,
Kanar adaları,
Balear adaları,
İspaniya Qvineyası,
Aralıq dənizi
Nəticəsi Millətçilərin qələbəsi
Münaqişə tərəfləri

İkinci İspaniya Respublikası
SSRİ
MeksikaMeksika
İnterbriqadalar

Millətçi İspaniya
İtaliya Krallığı
Üçüncü Reyx
Portuqaliya Portuqaliya

Komandan(lar)

Manuel Asanya
Hulian Besteyro
Fransisko Larqo Kabalyero
Huan Neqrin
İndalesio Prieto

Fransisko Franko
Qonzalo Keypo de Lyano
Emilio Mola
Hose Sanhurho
Huan Yagüe
Manuel Qoded Llopis
Migel Kabanelyas

Tərəflərin qüvvəsi

450 000 əsgər
350 təyyarə
200 artilleriya batareyası
(1938)

600 000 əsgər
600 təyyarə
290 artilleriya batareyası
(1938)

Ümumi itkilər
≈ 500 000 nəfər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tərəflər, səbəb və nəticələri

[redaktə | mənbəni redaktə et]

Milliyətçi general Frankoya Almaniya, İtaliyaPortuqaliya, respublikaçılara isə SSRİ, Meksika və ilk dövrlərdə Fransa hərbi, iqtisadi və siyasi dəstək verirdilər.

Respublikaçıların sıralarında mərkəzçilər, stalinistlər, sosialistlər, eyni zamanda çoxluq təşkil edən anarxist inqilabçılar yer alırdı. Onları əsasən AsturiyaKataloniya kimi sənaye bölgələrinin əhalisi dəstəkləyirdi.

Millətçilərə monarxist-karlistlər, monarxist-alfonsistlər, falanqistlər, "CEDA" (La Confederación Española de Derechas Autónomas) partiyasının tərəfdarları, katolik və konservativ təşkilatların nümayəndələri daxil idilər. Katolik kilsəsi də onlara açıq dəstək göstərirdi. Respublika əleyhinə döyüşən ispanlar öz mübarizələrini anarxizm və allahsızlığa qarşı "səlib yürüşü" kimi qəbul edirdilər. Frankoya əsas dəstək verən bölgələr NavarraQalisiya əyalətləri, BurqosSalamanka şəhərləri idi.

Ernest Heminquey, Corc Oruell, Marta Gellhorn və Robert Kapa kimi məşhurların əsərləri sayəsində bu münaqişə daim qərb cəmiyyətlərinin diqqət mərkəzində olmuşdur.

Üç il davam edən və İspaniyada böyük itkiyə səbəb olan vətəndaş müharibəsi 1 Aprel 1939-cu ildə milliyətçilərin qələbəsi ilə başa çatmışdır. Müharibəni­n sonunda İspaniyada Frankonun 1975-ci ildəki ölümünə qədər sürən diktatorluq dövrü başlamışdır. Burbon sülaləsinin monarxiyası bərpa edilmişdilir.

  1. http://www.publico.es/politica/guerra-civil-debe-conocerse-guerra.html Arxivləşdirilib 2020-05-06 at the Wayback Machine Publico.es saytında 28/10/2017 tarixli məqalə
  2. Avilés Farré, Juan (1998). Las grandes potencias ante la guerra de España. Arco Libros. ISBN 84-7635-300-6.
  3. Tusell, Javier; García Queipo de Llano, Genoveva (1993). El catolicismo mundial y la guerra de España. Biblioteca de Autores Cristianos. ISBN 84-7914-097-6.