Tarixi İrəvan quberniyası, Eçmiadzin qəzası əraziləri | |
Şirakqala | |
---|---|
Şirakqala — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı[1].
Şirak yer adı ilk dəfə V əsr erməni mənbəyində çəkilmişdir.[2], 1590-cı ilə aid mənbədə Şirəqala[3], 1728-ci ilə aid mənbədə isə Şirəkala kimidir[4].
1878-ci ildə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi. Kənd oradakı qədim qalanın, qala isə qədim türk mənşəli Şirak tayfasının adı ilə adlanmışdır. Er. əvvəlki əsrlərdə şimaldan gəlmiş Sirak (Şirak) tayfası Cənubi Qafqazda əsas etibarilə iki bölgədə yerləşmişdi: Albaniyada Alazan və Qabırrıçay çaylarının aşağı axarında və indiki Ermənistan ərazisində.[5]
Ermənistandakı Şirak II əsr müəllifi Ptolemeyin əsərində Sirakene kimidir. Ondan əvvəl bu bölgə Urartu mənbələrində Eriaxi adlanır. Baş Şirakel (Baş Şörəyəl) kəndinin adı ilk dəfə "Kitabi Dədə Qorqud"da Şirəküvan, XIV əsrə[6] və XVII əsrə aid erməni mənbələrində "Şirakovan" kimidir. Orta əsrlərdə Şirakların yaşadığı bu əyalət "Şirak ölkəsi,"[7][8], əyalətin əhalisi isə Şirak-el (yəni "Şirak eli", ("Şirak tayfası"), təhrif forması "Şörəyəl" adlanmışdır. XVIII əsrdə Şörəyəl mahalı indiki Düzkənd, Aqin, Artik və Talin rayonlarının ərazisini əhatə edirdi. XIX əsrdə Qars əyalətinin Oltin qəzasında Şirak xaraba qala adı ilə mənşəcə eynidir.