Vüsal Eynulla oğlu Sultanov (Şabran rayonu, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru[2], Azərbaycan Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[3]
Vüsal Sultanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | Şabran, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü |
Sərhəd Qoşunları Çevik Hərəkat Dəstəsi |
Rütbəsi |
General-mayor[1] |
Vəzifəsi | Azərbaycan Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi |
Təltifləri | |
|
Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı[3], 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.[4]
Vüsal Sultanov Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezidentə məruzə etmişdir.[5]
Vüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir. DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisidir.[6]