Kobyay ulusu

Kobyay ulusu (saxa Кэбээйи улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Sanqar qəsəbəsidir.

Kobyay ulusu
Bayraq Gerb
Bayraq Gerb

63°55′27″ şm. e. 127°28′26″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 aprel 1937
Sahəsi
  • 107.800 km²
Saat qurşağı
  • Yakutsk vaxtı[d]
Əhalisi
Əhalisi
  • 11.188 nəf. (2023)[1]
Rəsmi sayt
Kobyay ulusu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi — 107,8 min km²-dir. Mərkəzi Saxanın şimal hissəsində yerləşir. Şimaldan Even-Bıtantay ulusu, şimal-şərqdən Verxoyansk, şərqdən Tompon ulusu, cənubdan Ust-Aldan, Nam və Qornı ulusları ilə, qərbdən Vilyoy ilə və şimal-qərbdən Jigan ulusu ilə həmsərhəddir.

Təbii şərait

[redaktə | mənbəni redaktə et]

Ulusun relyefi dağlıq və düzəndir: şimalda və şimal-şərqdə Verxoyansk silsiləsi, ulusun qalan hissəsi Mərkəzi Yakut ovalığı.

Yanvar ayının orta temperaturu dağlarda −36 ° C-dən, vadidə −40 ° C-yə, iyul ayı dağlarda +10 ° C-dən, vadidə +18 ° C-ə qədərdir. Yağıntının miqdarı illik olaraq düzənliklərdə 200–250 mm, dağlarda isə 500–600 mm-ə düşür.

Əsas çayları: Lena (Aldan və Linda çayları) və Vilyoy. Digər çayları: Lampu.ka (uzunluğu 299 km), Lunkubey (uzunluğu 114 km), Mundalıq (103 km uzun), Balamakan (65 km).

Düzənlikdə çoxlu göl var, ən böyüyü Niqilidir (Nidili) (sahəsi 119 km², uzunluğu 33,5 km-dir).

Ulusun ərazisində Ust-Vilyoy Milli Təbiət Parkı yerləşir.

Ulusun ərazisi uzun zamanlar öncəsi evenlər, evenklər və saxalar tərəfindən məskunlaşılmışdır.

Kobyay rayonu 20 aprel 1937-ci ildə mərkəzi Kobyay kəndində olmaqla qurulmuşdur. 1959-cu ildə inzibati mərkəzi Sanqara köçürülür. 1962-ci ildə ləğv edilmiş Sakkırır rayonunun Sebyan-Kyuyolski, Seqen-Kyuyolski kənd sovetlikləri ulusa birləşdirilir.

Milli tərkib

Əhalinin əsas hissəsi saxalılar təşkil edir. Üstəlik burada ruslar, evenlər və digər millətlərin nümayənələri yaşayır.

2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar — 9209 nəfər (64,95%), ruslar — 3425 nəfər (24.16%), evenlər — 809 nəfər (5.71%), ukraynalılar — 235 nəfər (1.66%), evenklər — 64 nəfər (0.45%) və digər millətlər — 436 nəfər (3,07%).

Sebyan-Koyol kəndi evenlərin yığcam yaşayış yeridir.

Urbanizasiya

Şəhər şəraitində (Sanqar) bölgə əhalisinin 43,67% -i yaşayır.

Yaş tərkibi

Əhalinin orta yaşı 30-dir.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Kobyay ulusu ərazisinə 1 şəhər və 11 kənd inzibati vahidliyinə ümumilikdə 23 yaşayış məntəqəsi daxildir[2][3].

  1. Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
  2. "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  3. "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.