Yuxarı Vilyoy ulusu

Yuxarı Vilyoy ulusu (saxa Үөһээ Бүлүү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yuxarı Vilyoy kəndidir.

Yuxarı Vilyoy ulusu
Үөһээ Бүлүү улууһа
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

63°19′ şm. e. 120°35′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 10 fevral 1935
Sahəsi
  • 42.050,25 km²[1]
Saat qurşağı
  • Yakutsk vaxtı[d]
Əhalisi
Əhalisi
  • 20.889 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 41133
Rəsmi sayt
Yuxarı Vilyoy ulusu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimaldan Olenok, şimal-şərqdən Vilyoy, cənub-şərqdən Qornı, cənubdan Olekminski, cənub-qərbdən Suntar, qərbdən Nyurba ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 42.050 km²-dir.

Vilyoy çayının orta axınında yerləşir[3]. Ulus ərazisindən axan böyük çaylar: Çıbida, Tyuken, Tonquo. Yakutiyanın şimal və mərkəzi ərazilərinin çoxu kimi, "əbədi donuşluq" ərazisindədir. İqlimi kəskin kontinentaldır, qışda havanın temperaturu −60 dərəcəyə qədər, yayda isə +33 dərəcəyə çatır.

Milli tərkib

2002-ci il siyahıyaalınmasına görə: saxalar — 20 855 nəfər (97.53%), ruslar — 223 nəfər (1.04%), evenklər — 212 nəfər (0.92%), evenlər — 54 nəfər (0.25%) və digər millətlərin nümayəndələri — 139 nəfər (0,66%).

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Yuxarı Vilyoy ulusu ərazisinə 21 kənd inzibati vahidliyinə ümumilikdə 29 yaşayış məntəqəsi daxildir.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Əsas sənaye heyvandarlıqdır (ətlik və südlük maldarlıq, at yetişdirmə). Xəz tədarükü əsas yerlərdən biridi. Burada kartof, tərəvəz becərilir. Kənd təsərrüfatı torpaqları 69,3 min ha-dır.

Sənaye sahələri: meşə və ağac emalı, ovçuluq və balıqçılıq, nəqliyyat.

Nəqliyyat və rabitə

[redaktə | mənbəni redaktə et]

Avtomobil və çay nəqliyyatı, hava limanı, teleqraf, telefon, internet, 2005-ci ildən qaz verilişi mövcuddur. Ulus ərazisi boyunca Yakutsk və Mirnıyın əsas şəhərlərini birləşdirən bir magistral yolu keçir. Vilyoy üzərində bərə xidməti (iyun — oktyabr) mövcuddur. Çay buz bağlıyarkən avtomobillər onun üzrindən sərbəst keçə bilir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Nikolay Qavriloviç Zolotarev (1908–1995) — Saxa yazıçısı, daha çox Nikolay Yakutski təxəllüsü ilə tanınır.

Aneqina Eqorovna İlyina-Dmitrieva (1943) — opera və kamera müğənnisi, SSRİ xalq artisti (1988).

Aleksey Afanaseviç Mironov (1912–1945) — Böyük Vətən müharibəsi iştirakçısı, Qərb Cəbhəsi ordusunun 16-cı (1 may 1943–11-ci qvardiya) 84-cü qvardiya tüfəng diviziyasının 247-ci qvardiya atıcı alayının snayperi, çavuş. Sovet İttifaqı Qəhrəmanı (SSRİ Prezidentinin 1990-cı il 5 may tarixli Fərmanı).