Neryunqri ulusu (saxa Нүөрүҥгүрү улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Neryunqri şəhəridir.
Neryunqri ulusu | |
---|---|
Нүөрүҥгүрү улууhа | |
56°39′29″ şm. e. 124°43′30″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1975 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Neryungri rayonu 1975-ci ilin noyabrında Neryungri sənaye mərkəzi yarandıqdan sonra 1976-cı ildə qurulmuşdur. 1977-ci ildə Tında-Berkakit dəmir yolu xətti şəhərdən 15 kilometr məsafədə yerləşən Berkakit kəndinə çəkilir. Sonra rayonda uzun müddət bütün Uzaq Şərqin enerji mərkəzi olan dövlət rayon elektrik stansiyaları şəbəkəsi (Çulman Dövlət Rayon Elektrik Stansiyası, SBGRES, Neryunqri Dövlət Rayon Elektrik Stansiyası) meydana gəlir. Kömür yataqlarının və qızıl yataqlarının işlənməsinə başlanılır. Bu proses bu günə qədər davam edir. Bu sahə Neryunqi ulusu iqtisadiyyatının əsasını təşkil edir. 1980-1990-cı illərdə Neryunqrinin özünə və daha sonra Aldan ulusuna (Tommot qəsəbəsi) dəmir yolu çəkilir.
2008-ci ildə Neryunqri ulusu yenidən qurulur[3].
Ulusun sahəsi 98,9 min km²-dir. Neryunqri ulusu Trans-Sibir Dəmiryolu və Oxot Dəniz limanlarına yaxın yerləşərək olduqca əlverişli coğrafi mövqeyə malikdir. Uzunluğu 1232 km olan Lena federal magistralı və hazırda tikilməkdə olan Berkakit-Tommot-Yakutsk dəmir yolu rayon ərazisindən keçir.
Şəhər şəraitində (Neryunqri şəhəri, Berkakit, Zolotinka, Naqornı, Serebryanı Bor, Xani və Çulman qəsəbələri) ulus əhalisinin 98,4% -i yaşayır.
Neryunqri ulusu ərazisinə 1 şəhər 6 kənd inzibati vahidliyinə ümumilikdə 8 yaşayış məntəqəsi daxildir[4][5].
Saxanın və bütün Uzaq Şərqin ən inkişaf etmiş bölgələrindən biridir. Neryunqri ulusu iqtisadiyyatının əsasını kömür, qızıl hasilatı və elektrik enerjisi istehsalında ixtisaslaşan sahələr təşkil edir. Cənubi Yakut kömür hövzəsinin ümumi balans ehtiyatları 57.5 milyard ton olaraq qiymətləndirilir.
Bundan əlavə Neryunqri ulusunun ərazisi mineral ehtiyatlarla zəngindir. Dəmir filizi, apatit, mərmər, qaya büllurunun ehtiyatları tədqiq edilmiş və qiymətləndirilmişdir. Neryunqrinin iqtisadi cəhətdən fəal əhalisi 53 min nəfərdir. Sakinlərin böyük əksəriyyəti sənaye sektorunda çalışır. Kiçik biznes yaxşı inkişaf etmişdir. Neryunqri rulusundakı kiçik biznes tikinti, emal, avtomobil sənayesi, ticarət və məişət xidmətləri ilə təmsil olunur. Pərakəndə ticarət baxımından ulus respublikada birinci yerdədir.