Mirnı (rus. Мирный, saxa Мииринэй) — Rusiya şəhəri, Saxa Respublikası (Yakutiya) Mirnı ulusunun inzibati mərkəzi. Rusiyanın almaz paytaxtı sayılır.[2][3]
Mirnı | |||||
---|---|---|---|---|---|
rus. Мирный saxa Мииринэй | |||||
|
|||||
62°32′ şm. e. 113°57′ ş. u. | |||||
Ölkə | |||||
Rusiya Federasiyasının subyekti | Saxa | ||||
Rayon | Mirnı ulusu | ||||
Daxili bölgüsü | şəhərətrafı qəsəbə və kəndlər var | ||||
Başçı | Klim Nesteroviç Antonov | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1955 | ||||
Sahəsi | ~15 km² | ||||
Mərkəzin hündürlüyü | 350 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Milli tərkibi | ruslar, yakutlar və s. Cəmi 30-a yaxın millət | ||||
Rəsmi dillər | yakut, rus | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 411 36 | ||||
Poçt indeksi | 678170 | ||||
Digər | |||||
gorodmirny.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Mir almaz yatağının ətrafında qəsəbə kimi yaranmışdır və yatağın şərəfinə Mirnı adlandırılmışdır; 1959-cu ildə qəsəbəyə şəhər statusu verildi.
Şəhər Yakutiyanın qərbində yerləşir, burada İrelyax çayı (Vilyoy hövzəsi) axır. Respublikanın paytaxtı Yakutsk şəhərindən Vilyui şossesi boyunca məsafə 1072 km, hava ilə 820 km təşkil edir.
Mirnı şimal yarımkürəsinin mülayim zonasının ən şimalında yerləşir. İqlimi kəskin kontinentaldır. Qışı çox soyuq, yayı isə qısa olsa da kifayət qədər isti keçir. Şəhər Uzaq Şimal şəhərlərinə aid olunur.
Mirnı iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | −29 | −24 | −13 | −3 | 7 | 17 | 21 | 17 | 8 | −5 | −19 | −25 | −4 |
Minimum orta, °C | −34 | −29 | −18 | −11 | 0 | 8 | 12 | 9 | 2 | −9 | −24 | −31 | −10 |
Yağıntı norması, mm | 15 | 8 | 7 | 11 | 20 | 38 | 50 | 40 | 30 | 20 | 17 | 17 | 263 |
Mənbə: Turizm portalı |
Şəhər 1955-ci ildə Mir yatağının açılmasından sonra yarandı və onun şərəfinə adlandırıldı.
1957-ci ildə 44 il davam edən (2001-ci ilə qədər) almazların açıq hasilatı (Mir karxanası) başlandı. 2001-ci ildə karxananın dərinliyi 525 metr və eni 1200 metrdən çox idi, bu göstəricilər ilə o, "Udaçnaya" karxanasından (dərinliyi 640 metr, səth üzərində 1600 x 2000) sonra dünyanın ən böyük karxanalarından biri olmuşdur.
1957-ci ildən etibarən Mirnı ulusu və Yakut Muxtar Sovet Sosialist Respublikasında almaz mədəninə ümumi olaraq trest nəzarət edirdi, daha sonra bu səlahiyyət Lenin adına "Yakutalmaz" İstehsalat və Elmi Birliyinə verildi. 1992-ci ildə birlik "Rusiya-Saxa Almazları" (ALROSA) Səhmdar Cəmiyyətinə çevrildi.
1959-cu ildə Mirnı artıq şəhər statusunu almışdır. 1950-ci ilin sonu — 60-cı illərinin əvvəllərində Mirnı şəhəri, Udaçnı və Ayxal kəndlərinin inkişafı və bu yaşayış məntəqələrində "Yakutalmaz" mədən müəssisələrinin inşası üçün uzunluğu təxminən 800 km olan Udaçnı - Lensk şossesi çəkildi.
Sonrakı 40 il ərzində şəhər əhalisi 5 dəfə artdı və yaşayış binalarının çoxusunu çoxmərtəbəli daş binalar təşkil etməyə başladı. 1, 2 və 3 nömrəli fabriklərdə almazların emalı başlamışdır. Uçuş-enmə zolağı uzunluğu təxminən 2800 metr olan kifayət qədər böyük hava limanı tikildi.
Mirnı "Alrosa" səhmdar cəmiyyətinin mərkəzidir, bu şirkət Mirnı, Anabar və Nyurba uluslarının ərazisində almaz mədənində hasilat və onunla bağlı işləri həyata keçirir.
Şəhərin və Mirnı ulusunun sosial-mədəni sahəsinin əsas obyektləri "Alrosa" SC-nin inşaatçıları tərəfindən inşa olunmuş və şirkət tərəfindən maliyyələşdirilmişdir, buna görə onlar şirkətin balans hesablarında yerlışirlər.
Şəhərdən 130 km məsafədə bölgənin ən zəngin neft və qaz yataqlarından biri olan Srednebotuobinskoe neft və qaz-kondensat yatağı yerləşir.
Şəhər və Mirnı ulusunda həmçinin "Vilyuygesstroy" SC, "Zapadnı elektriçeskiye seti" müəssisəsi, "Alrosa-qaz" SC, yerli sənaye müəssisələri və ticarət təşkilatları yerləşirlər.
2017-ci ilin yanvar ayında Poçta Rossii şəhərdə beynəlxalq poçt mübadiləsinin böyük filialını açmaq planlaşdırırdı. Bu filial daha yüksək tariflərlə razılaşmayan xarici poçt xidmətlərinin qeydiyyatsız poçt və kiçik paketləri (2 kq-a qədər) ölkəyə çatdıra biləcəyi yeganə qurum olmalı idi. Bu sərt qaydanın istisnaları yalnız AİQ-a daxil olan ölkələrdən gələn EMS bağlamalara şamil olunurdu.[4][5][6]
Şəhərin ərazisində aşağıdaki mədəniyyət obyektləri yerləşir:[7]