Duayt Devid Eyzenhauer,[4] "Ayk" ləqəbi ilə tanınır (ing. Dwight David "Ike" Eisenhower; 14 oktyabr 1890[1][2][…], Denison[d], Texas – 28 mart 1969[1][2][…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952).
Duayt Eyzenhauer | |
---|---|
ing. Dwight D. Eisenhower | |
20 yanvar 1953 – 20 yanvar 1961 | |
Vitse-prezident | Riçard Nikson |
Əvvəlki | Harri Trumen |
Sonrakı | Con Kennedi |
Şəxsi məlumatlar | |
Doğum adı | David Dwight Eisenhower |
Doğum tarixi | 14 oktyabr 1890[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 mart 1969[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yazıçı, zabit, dövlət xadimi, hərbi qulluqçu, ordu zabiti[d] |
Həyat yoldaşı |
|
Uşaqları | 2 |
Dini | Yehovanın Şahidləri, Presviterianlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | Amerika Birləşmiş Ştatları Quru Qoşunları, Amerika Birləşmiş Ştatları Quru Qoşunları |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | ABŞ siyasi sistemi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir.
Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.