Vilfredo Pareto (15 iyul 1848[1][2][…], Paris[4] – 19 avqust 1923[2][3][…], Selinyi[d], Cenevrə kantonu[4]) — İtaliya iqtisadçısı, mühəndisi, sosioloqu.
Vilfredo Pareto | |
---|---|
it. Vilfredo Pareto | |
Doğum tarixi | 15 iyul 1848[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1923[2][3][…] (75 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | iqtisadiyyat, sosiologiya |
İş yerləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Görkəmli neoklassik iqtisadi nəzəriyyənin nümayəndəsi, riyazi məktəbin nəzəriyyəçisi, L. Valrasın tələbəsi və onun "lozan məktəbi" üzrə davamçısı Vilfredo Pareto (1848–1923) müvazinat nəzəriyyəsinin optimal xarakterini tədqiq etmişdir. Özündən əvvəlki sələflərindən fərqli olaraq iqtisadi hadisələrin səbəb nəticə əlaqələrindən tamamilə imtina edir. Onun üçün Cevonsun və Valrasın öyrənməyə cəhd etdikləri qiymətin, son faydalılığın, tələbin, təklifin və xərclərin qarşılıqlı əlaqə daşımasının heç bir əhəmiyyəti yoxdur. Pareto əsas diqqətini "xalis" iqtisadi nəzəriyyənin yaradılmasına yönəldir.
İqtisadi hadisələrin gedişatında "məntiqi metoddan" deyil, "riyazi" metoddan istifadə edir.
Onun 1898-ci ildə dərc etdirdiyi iki cildlik "Siyasi iqtisad kursu" və 1906-cı ildə dərc etdirdiyi Siyasi iqtisadın təlimi əsərlərində ümumi müvazinat nəzəriyyəsini əsaslandırmışdır.
V. Pareto da iqtisadi təhlilin marjinalist ideyalarından çıxış edərək ümumi müvazinatın problemlərini öyrənmişdir. Məhz Paretonun bu sahədəki tədqiqatı, onun marjinalizmin ikinci cərəyanın yaradıcısına çevrilmişdir.
V. Pareto iqtisadi hadisələrdə funksional mövqeyə üstünlük verərək ümumi müvazinatı öyrənmişdir. Xüsusən faydalılıqdan (tələbatdan) imtina edərək, göstərirdi ki, bu hal heç də mübadilənin gedişatının əsas səbəbi deyil. İqtisadi sistem və eləcə də iqtisadi müvazinatın baş verməsi üçün tələb (istehlak) və təklif (istehsal) elementləri əsas götürülür.
Ümumi tarazlıq üçün tələb və təklifin uyğun olaraq istehlak və istehsalın oynadığı rolu əsas götürən V. Pareto "xalis" iqtisadi nəzəriyyə ideyasına sadiq qalaraq hesab edirdi ki, gəlirlərin bölgüsündəki qeyri-bərabərlik onların sinfi xarakterindən irəli gəlmir. Bu qeyri-bərabərliyin əsas səbəbi istehsaldır. O yazırdı ki, "Yoxsul siniflərin" rifah halının artımı hər şeydən əvvəl istehsalın problemidir. Yoxsul siniflərin vəziyyətinin yaxşılaşdırmasının ən düzgün vasitəsi-sərvətin üstün artırılmasıdır.
"Siyasi iqtisadın tə'limi" əsərində V. Pareto faydalılığı kəmiyyətcə xarakterizə olunmasının ən'ənəvi baxışlarını şəxslər arası faydalılığın müqayisəsini inkar etmişdir. İlk dəfə olaraq maksimum ictimai fayda məvhumunu əsaslandırmışdır. İqtisadi ədəbiyyatlarda maksimum ictimai fayda "Pareto optimumu" kimi adlandırılır. Maksimum ictimai faydaya nail olunmasının əsas me'yarını da Pareto resursların düzgün bölüşdürülməsində görürdü.
Pareto optimumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının rifah halının yaxşılaşmasını, ya hamının rifah halını pisləndirməməklə heç olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir. Pareto ümumi müvazinata nail olunmasının optimallığını da məhz tələb və təklif eləcə də istehlak və istehsal arasında elə uyğunluqla və ya bərabərliklə görürdü ki, nəticədə burada maksimum ictimi fayda əldə olunsun.
Ümumi müvazinatın optimalığı onda əks olununur ki, belə şəraitdə nə istehsal prosesinə əlavə əmtəə və xidmətlər gətirilməsi ilə, nədə hər hansı fərdə ziyan gətirən mübadilənin aparılması ilə nail olmaq mümkün deyil. "Pareto optimumunun" həyata keçirilməsi, məhz mənfəətin maksimum həddə çatdırılmasında optimal qərarların qəbul olunması ilə bağlıdır. Bir cəhəti də qeyd etmək lazımdır ki, V. Paretonun optimal müvazinat nəzəriyyəsində əsas yeri həm ayrı-ayrı fərdlərin həm də əhalinin rifah halının yaxşılaşdırılması tutur. Rifah halının yaxşılaşdırılması, əgər hər hansı dəyişiklik şəraitində baş verirsə və belə halda heç kəsin vəziyyəti pisləşmirsə, bu hal optimal müvazinata nail olunmaq kimi götürülür. Əgər iqtisadiyyatda gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşmasına, digərinin vəziyyətinin pisləşməsinə səbəb olursa, deməli, maksimum ictiami fayda əldə olunmur. Bu vəziyyət qeyri optimal hesab olunur. Çünki, ictimai rifah halı fərdi rifah halı ilə qiymətləndirilir.
V. Pareto optimal müvazinat prosesinin təkgə azad rəqabət şəraitində deyil, eyni zamanda müxtəlif tipli inhisarlaşdırılmış bazarlar şəratində də öyrənir. Gösətərmək lazımdır ki, ümumiyyətlə, müvazinatı inhisarçılıq şəraitində öyrənən ilk iqtisadçı kimi V. Paretonu hesab etmək olar. İqtisadi asılılıqları əks etdirən ümumi müvazinatın optimal səviyyəsini müəyyən etməklə V. Pareto iqtisadi nəzəriyyənin bu sahədəki problemlərinin həlli istiqamətini müəyyən etmişdir. Bu da müasir mərhələdə V. Leontyevin qeyd etdiyi kimi bazar mexanizmi nəzəriyyəsinin, firma və ev təsərrüfatının davranış qaydalarının təhlil olunması istiqamətləri ilə sıxı surətdə bağlıdır.
80/20 Prinsipinin əsasını təşkil edən riyazi asılılıq bundan 100 ildən çox daha öncə, 1897-ci ildə italyan iqtisadçı Vilfredo Pareto tərəfindən müəyyən edilmişdir. Onun ixtirasını müxtəlif cür adlandırırdılar, o cümlədən Pareto prinsipi, Pareto qanunu, 80/20 qaydası, ən az səy prinsipi, Disbalans prinsipi. Bu materialda biz onu 80/20 Prinsipi adlandıracayıq. 80/20 Prinsipi geniş kütləyə aşkar olmasa da, indiki iş adamlarına, biznesmenlərə, entuziast-kompüterçilərə, texniki nəzarət şöbələrinin mütəxəssislərinə böyük təsir göstərmişdir və beləliklə, hazırda yaşadığımız dünyanın formalaşmasına gətirib çıxarmışdır. Buna baxmayaraq, 80/20 Prinsipi bizim zəmanənin ən böyük sirrlərindən biri olaraq qalır və onun haqda biliklərə malik olanlardan bir çoxları da onun gücünün yalnız bir hissəsindən istifadə edirlər.
Bəs Vilfredo Pareto nəyi aşkara çıxarmışdır? Belə alınmşdır ki, bir dəfə o, XIX əsrdə İngiltərədə var-dövlət və gəlirlərin bölüşdürülməsini nəzərdən keçirmişdir. O, aydınlaşdırmışdır ki, gəlir və material dəyərlərin çox hissəsi tədqiq olunan qruplarda insanların az bir hissəsinə məxsusdur. Ola bilsin ki, burada Pareto üçün təəccüblü heç nə yox idi. Amma o, özünün fikrincə iki mühüm faktı da müəyyənləşdirmişdir. Birincisi, insan qrupunun sayı ilə (nəzərədn keçirilən əhalinin ümumi sayına faizlə nisbətdə) bu qrupun nəzarət etdiyi var-dövlət və gəlir arasında dəyişməz riyazi əlaqə vardır. Başqa sözlə desək, əgər insanların 20%-nin material dəyərlərin 80%-nə malik olduqları məlumdursa, əminliklə demək olar ki, əhalinin 10%-i material dəyərlərin 65%-nə, 5%-i isə — 50%-nə malikdir. Pareto üçün burada başlıca olan rəqəmlər deyildi, var-dövlətin əhali arasında balanslaşdırılmamış bölgüsü idi.
Paretonu valeh edən digər bir ixtirası isə o idi ki, disbalansın bu sxemi müxtəlif ölkələr və müxtəlif zamanlar üzrə statitik göstəricilər üçün dəyişməz qalırdı. İstər İngiltərə üçün onun tarixinin istənilən dövrü üzrə , istərsə də Paretonun digər ölkələr üçün istənilən zamanlar üzrə əldə etdiyi göstəricilər yenidən riyazi dəqiqliklə təkrar olunurdu.
Bu nədir – sadə təsadüf , yoxsa iqtisadiyyat və cəmiyyət üçün böyük əhəmiyyətə malik olan bir şey? Bu sxem təkcə var-dövlət və gəlirlər üzrə deyil, başqa sahələrdə də işləyə bilərmi? Pareto parlaq yenilikçi idi , çünki ona qədər var-dövlət və gəlirlərin bölüşdürülməsi ilə gəlir əldə edən və ya mülkiyyətə sahib olan insanların sayı kimi qarşılıqlı əlaqədə olan iki sistemi nəzərdən keçirərək müqayisə etmək heç kimin ağlına gəlməmişdi (Hazıki dövrdə bu metod adiləşmişdir və biznes və iqtisadiyyat sahəsində iri nailiyyətlərə səbəb olmuşdur).
Təəssüf ki, Pareto öz ixtirasının mühümlyünü dərk etsə də, onu izah edə bilmədi. O, bir sıra yaxşı, lakin əlaqəsiz sosial nəzəriyyələr irəli sürmüşdür, bunlarda elitanın mühüm rolunu qeyd etmişdir, lakin bu nəzəriyyələr onun ömrünün sonunda Mussolininin faşistləri tərəfindən mənimsənilmişdir. Bütöv bir nəsil dövründə 80/20 Prinsipi qimətləndirilməyib. Bir çox iqtisadçıların, xüsusən də amerikan iqtisadçılarının 80/20 Prinsipinin mühümlüyünü dərk etmələrinə baxmayaraq, yalnız ikinci Dünya müharibəsindən sonra iki şəxs bir-birindən xəbərsiz 80/20 Prinsipinin nəyə qadir olduğunu dünyaya nümayiş etməyə başladı.