Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmamzadə türbəsi — Babək rayonunun Nehrəm qəsəbəsində XVIII əsrə aid memarlıq abidəsi.
İmamzadə türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Babək |
Yerləşir | Nehrəm kəndi |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 1830 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək qalmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. İndi də dəfn mərasimləri keçirilən qəbiristanlığın mərkəzində yerləşən Nehrəm İmamzadəsi türbəsi məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasında olub gəclə örtülmüş, üzərinə qara örtük salınmışdır. Zəvvarlar qəbri ziyarət edir, nəzir verir, qurban kəsirlər. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Türbənin daxilində, divarlarda, mehrabın cənub, baş və sağ tərəfində günbəzvari çərçivələrdə dini xarakterli kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara məxsus olduğu göstərilir. Kompleks ətraflı tədqiq edilməmişdir.