Rəcəb Təyyib Ərdoğan

Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954[1][2], Qasımpaşa[d], İstanbul ili və ya Bəyoğlu, İstanbul ili) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən).

Rəcəb Tayyib Ərdoğan
türk. Recep Tayyip Erdoğan
Türkiyə Prezidenti[d]
Vəzifədədir
28 avqust 2014-cü ildən
ƏvvəlkiAbdulla Gül
Türkiyə Baş naziri[d]
14 mart 2003 – 29 avqust 2007
ƏvvəlkiAbdulla Gül
SonrakıRəcəb Tayyib Ərdoğan
9 mart 2003 – 28 avqust 2014
İstanbul icra başçısı[d]
27 mart 1994 – 6 noyabr 1998
ƏvvəlkiNurəttin Sözən[d]
SonrakıƏli Müfit Gürtuna[d]
Türkiyə Baş naziri[d]
6 iyul 2011 – 29 avqust 2014
ƏvvəlkiRəcəb Tayyib Ərdoğan
SonrakıƏhməd Davudoğlu
Türkiyə Baş naziri[d]
29 avqust 2007 – 6 iyul 2011
ƏvvəlkiRəcəb Tayyib Ərdoğan
SonrakıRəcəb Tayyib Ərdoğan
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1954(1954-02-26)[1][2] (70 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti dövlət xadimi
Həyat yoldaşı
Uşaqları
  • Süməyyə Ərdoğan[d],
  • Necməttin Bilal Ərdoğan[d],
  • Əhməd Burak Ərdoğan[d],
  • Əsra Ərdoğan[d]
Dini sünni islam
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" "Heydər Əliyev" ordeni "Pakistan" ordeni "Qızıl runo" ordeni I Leopold ordeni 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni "Respublika" ordeni "Qızıl qartal" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni Grand Cordon of the Order of Leopold National Order of the Ivory Coast National Order of Madagascar National Order of Niger National Order of the Lion of Senegal Collar of Honour "Xilaskar" ordeni "Danaker" ordeni 1-ci dərəcəli "Manas" ordeni Order of Mubarak the Great Order of the Crown of the Realm Grand Cross of the National Order of Mali National Order of Mali Order of the Republic National Order of Merit Order of the Somali Star National Order of Merit
"Şeyxülislam" ordeni
"Zaid" ordeni Order of the National Flag
İmzanın şəkli
tccb.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır.[3][4][5] 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir.[6]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla 4 iyul 1978-ci ildə evlənmişdir. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olmuşdur.[7]

1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirmişdir. Hərbi xidmətdən döndükdən sonra əvvəllər çalışdığı şirkətdə təxminən il yarım işləmişdir. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirmişdir.[7]

Türkiyədə 12 sentyabr 1980-ci il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçildi.[8]

1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd oldu.

1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu, lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etti.

27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürüldü. 27 mart 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri seçildi.[8]

Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şeirə – Ziya Göyalpın 1912-ci ildə "Balkan Savaşı" üçün yazdığı "Asker Duası"nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında "hər dövrün Firoun və Nemrutları olduğu kimi bunun qarşısına çıxacaq Musa və İbrahimləri də var" söyləməsi səbəbindən həbs olunur.[9] Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı dini və irqi ayrı-seçkiliyə görə kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən 1 il həbs cəzası alır və 860 mln. TL cərimələnir. Daha sonra bu cəza 10 ay həbs və 176,666,666 TL pul cəzası ilə əvəzlənir. 10 aylıq həbsin 4 ayını məhbəsdə yatan Ərdoğan əfv olunaraq azadlığa çıxır.[10][11][12] Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirir.

Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət Partiyasının konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini "mühafizəkarlar" və "islahatçılar" adı ilə iki qanadda davam etdirirlər. "Mühafizəkarlar" adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001-ci ildə Səadət Partiyasını qurarkən, "islahatçılar" da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradırlar. Tayyib Ərdoğan partiyanın sədri seçilir.[13][14]

Ədalət və İnkişaf Partiyası

[redaktə | mənbəni redaktə et]
İsveçrənin Davos şəhərində keçirilən müzakirələr zamanı
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama Ağ Ev Gül bağçasında birgə mətbuat konfransı zamanı.

Qurulan Ədalət və İnkişaf Partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir.[15][16][17] Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir.

Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur.

Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı.[18][19] Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.

Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi.[20][21] Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir. Göz ardı edilməməsi gərəkən şeylərdən biri isə hakimiyyətin pul siyasəti nəticəsində 2002-ci ildəki 600 milyon dollarlıq xarici borc tamamilə aradan qalxaraq, 2012-ci ildə 48 milyard dollarlıq müsbət saldoya çatmışdır.[22]

  1. 1 2 Recep Tayyip Erdoğan // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Recep Tayyip Erdogan // Munzinger Personen (alm.).
  3. "Profile: Recep Tayyip Erdogan". BBC News. 2007-07-18. 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  4. "Life story". AK Parti Official Web Site. 2012-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  5. "Recep Tayyip Erdoğan". 2010-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  6. "Arxivlənmiş surət". 2011-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.
  7. 1 2 "Recep Tayyip Erdoğan Arkadaşı". 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.
  8. 1 2 "Bakanlar Kurulu'nun özgeçmişi 29 Ağustos 2007 Milliyet.com.tr". 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  9. "Ərdoğana cəza gətirən şeir…". 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-12.
  10. "Tayyip'in bitişi 24 Eylül 1998". 2010-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  11. "Radikal gazetesi manşeti". 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  12. "Başbakan Erdoğan Gözyaşlarını Tutamadı". 2010-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  13. "Milli görüş gömleğimizi değiştirdik konulu ulusal gazete haberi.Sabah". 2007-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  14. "Ədalət və İnkişaf partiyası". 2012-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
  15. "Yüksek Seçim Kurulu Resmî Sitesi verileri". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  16. "10 Kasım 2002 tarihli 24932 sayılı T.C Resmi Gazetesi". 2009-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
  17. "Turkey's charismatic pro-Islamic leader Arxivləşdirilib 2019-10-30 at the Wayback Machine," BBC News,
  18. "İstihdam 1.6 Milyon Kişi Arttı". Milliyet. 2010-08-17. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  19. "Enflasyon 2009'u 39 yılın 'dibinde' bitirdi". Hürriyet. 2010-01-05. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-11.
  20. Erdoğan DAVOS’u terk etti! [ölü keçid] Haber 3. 13 Haziran 2010 tarihinde erişilmiştir.
  21. Benim için Davos bitti Arxivləşdirilib 2010-10-13 at the Wayback Machine Hürriyet. 13 Haziran 2010 tarihide erişilmiştir.
  22. Türkiye Cumhuriyeti Merkez Bankası Verileri "http://www.tcmb.gov.tr/odemedenge/tablo4.pdf Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine," 11 Temmuz 2013 tarihinde erişilmiştir.
  23. Rəcəb Tayyib Ərdoğanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine  (az.)