xülasə etmək
xüsusən
OBASTAN VİKİ
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri
Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri (gürc. სპეციალური ოპერაციების ძალები) – Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasının şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri, DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var. Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir. Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir. Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. hazırlıqları keçirlər. Operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir.
Gürzə (xüsusi təyinatlı dəstə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Kobra (xüsusi təyinatlı dəstə)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. == Tarixi == "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Kobra Xüsusi Təyinatlı Dəstə
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Mikroelektronikanın xarakterik xüsusuiyyətləri
Mikroelektronika elektronikanın bir istiqaməti olub mikrominiatür quruluşlu cihaz və qurğuların yaradılması və onların hazırlanmasında qrup texnologiyasının istifadəsi ilə əlaqədardır. Mikroelektronikanın məhsullarında miniatürləşmə,ayrılmaz surətdə,elementar cihazların birləşməsini təmin edir. == İnteqral elementlər == İnteqral sxemlərdə elementlərin sıxlığı o dərəcədə artdı ki, artıq onlara bütöv bir sistem, yəni mikroelektron qurğu kimi baxmağa başladılar. Funksiyalar artdıqca, inteqral mikrosxemlər daha da mürəkkəb quruluşa malik olur. Çünki onlarda inteqrasiya dərəcəsi yüksəlir. İnteqral mikrosxemlərin inkişafını inteqrasiya dərəcəsinə görə aşağıdakı mərhələlərə bölmək olar: 1) 1960‐1969‐cu illər. Bu mərhələdə üzərində 102 tranzistor yerləşən kiçik inteqrasiya dərəcəli inteqral sxemlər (KİS) istehsal olunurdu; 2) 1969‐1975‐ci illər. Bu mərhələdə üzərində 103 tranzistor yerləşən orta inteqrasiya dərəcəli inteqral sxemlər (OİS) istehsal olunurdu; 3) 1975‐1980‐cı illər. Bu mərhələdə üzərində 104 tranzistor yerləşən böyük inteqrasiya dərəcəli inteqral sxemlər (BİS) istehsal olunurdu; 4) 1980‐1985‐ci illər. Bu mərhələdə üzərində 105 tranzistor yerləşən ifrat böyük inteqrasiya dərəcəli inteqral sxemlər (İBS) istehsal olunurdu; 5) 1985‐ci ildən sonra.
Müvəqqəti Xüsusi İdarəetmə (Dağlıq Qarabağ)
Müvəqqəti Xüsusi İdarəetmə — Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin müvəqqəti xüsusi idarəetmə ilə idarə olunması. 2020-ci il oktyabrın 29-də xüsusi fərman ilə yaradılıb. == Tarixi == Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır. Əks-hücum əməliyyatları nəticəsində işğalda olan Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər ərazilər azad edilmişdir. Bu işğaldan azad edilmiş ərazilərin idarə olunması üçün oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb. === Prezidentin fərmanı === İ.Əliyev işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq belə bir fərman imzalayıb. Fərman 15 bənddən ibarətdir. Əsas məqsədi zad edilmiş ərazilərin hərbi vəziyyət bitənə qədər idarəetməsidir. Fərmanın birinci bəndinə görə İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq. İkinci bəndə əsasən isə Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edəcək və müvəqqəti komendantlıqların fəaliyyətinin təşkili ilə məşğul olacaq.
Müvəqqəti Xüsusi İdarəetmə (Qarabağ)

Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
S. Y. Yaqubyansın xüsusi kişi realnı gimnaziyasının binası
S. Y. Yaqubyansın xüsusu kişi realını gimnaziyasının binası - Rostov vilayəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Bina xüsusi kişi realnı gimnaziyası üçün inşa edilmişdir. Rostov-na-Donu şəhəri, 1 may küçəsi ev 34 ünvanında yerləşir. Binanın Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Sarkis Arutyonoviç Yaqubyans coğrafiya müəllimi olmuşdur. 1908-ci ildə onun vəsaiti hesabına şəhərdə ilk kişi orta təhsil mərkəzi açılmışdır. Təhsil ocağı 14 sentyabr 1908-ci ildə açılır. Onun açılışında şəhər sakinləri, pedaqoqlar, Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin rəhbəri iştirak etmişdir. Təhsil ocağınln binası şəhır kilsələrinin birinə yaxın yerləşir. Binanln icarəsi ilə əlaqədar olaraq valideynlər komitəsi şəhır rəhbərliyinə müraciət edərək uçilişin ehtiyaclarının ödəlinmədi məqsədi ilə təhsil ocağına yardım göstərməyi xahiş edir.
Syerra-Leone üzrə Xüsusi Məhkəmə
Syerra-Leone üzrə Xüsusi Məhkəmə (ing. Special Court for Sierra Leone; qıs. SCSL) — Syerra-Leone Hökuməti və Birləşmiş Millətlər Təşkilatı tərəfindən birgə həyata keçirilən bir məhkəmə orqanı, beynəlxalq müharibə dövründə, 30 noyabr 1996-dan bu yana Syerra-Leonedə törədilmiş beynəlxalq humanitar hüququ və Syerra-Leonenin milli hüququ pozuntularından məsul olanları mühakimə etmək. Məhkəmənin iş dili — ingilis dilidir. Məhkəmənin daimi oturacağı Haaqada və Nyu-Yorkda əlavə ofisləri olan Fritaundur Xüsusi Məhkəmə, qarışıq (hibrid) beynəlxalq cinayət məhkəmələri kateqoriyasına aiddir, xüsusi səlahiyyətli müstəqil beynəlxalq təşkilat şəklində yaradılmışdır. 26 aprel 2012-ci ildə Liberiyanın keçmiş prezidenti Çarlz Teylor, hərbi cinayətlərdə iştirak etməkdə günahlandırıldı və bu şəkildə mühakimə olunan ilk Afrika dövlət başçısı oldu. == Yaradılması == 12 iyun 2000-ci ildə Syerra-Leone prezidenti Əhməd Kabba, BMT-nin baş katibi Kofi Annandan beynəlxalq birliyin köməyi ilə Syerra-Leonedəki vətəndaş qarşıdurmasında ən ağır cinayətlərdən məsul olanların mühakimə olunmasını təşkil etməsini istədi. Artıq 10 avqust 2000-ci il tarixində BMT Təhlükəsizlik Şurası, 1315 saylı Qərar qəbul edərək, Baş katibdən Syerra-Leone Hökuməti ilə xüsusi məhkəmənin yaradılması ilə bağlı danışıqlara başlamasını xahiş etdi. 16 yanvar 2002-ci il tarixində BMT və Syerra-Leone Hökuməti arasında Syerra-Leone üçün Xüsusi Məhkəmənin yaradılması barədə bir razılaşma imzalandı. İlk işçilər Fritauna 2002-ci ilin iyulunda gəldilər.
Tokionun xüsusi rayonları
Tokionun xüsusi rayonları (特別 区, tokubetsu-ku) – Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən və nüvəsini təşkil edən 23 rayon. Rayonlar 1943-cü ildə ləğv edilən köhnə Tokio şəhərinin olan sahəsini əhatə edir. Yapon dilində 23 rayon (23 区 nicüsan-ku) olaraq bilinir. "Xüsusi" sözü bu rayonların başqalarından fərqli olduğunu bildirir. 1943-cü ilə qədər Tokio şəhərinin rayonları Osaka və ya Kyoto rayonlarından fərqlənmirdilər. 15 mart 1943 tarixində Tokio şəhər və qubernatorluq hökumətləri birləşdirildi və rayonlar birbaşa qubernatorluğun rəhbərliyi altına keçdi. 15 mart 1947 tarixində Yerli Muxtariyyət Qanununun çıxmasından əvvəl rayonların sayı 35-dən 22-yə düşdü. 23-cü rayon Nerima 1 avqust 1947-ci ildə İtabaşidən ayrılaraq yarandı. Hər rayonun öz meriyası və şurası var. Rayonlar arasında sahə (10-dan 60 km² qədər) və əhali (40,000 -dən 830,000-ə qədər) baxımından böyük fərqlər var.
Türkiyə Respublikası Xüsusi Qüvvələr Komandanlığı
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006 — Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.
Təhsil xərclərinin ÜDM-də xüsusi çəkisinə görə ölkələrin siyahısı
Bu siyahıda dövlətlərin təhsil xərclərinin ÜDM-də xüsusi çəkisi göstərilib.
Ukrayna Xüsusi Təyinatlı Qüvvələri
Digər bütün postsovet ölkələrində olduğu kimi Ukrayna xüsusi təyinatlıları (Spetsnaz) da keçmiş Sovet Silahlı Qüvvələrinin qalıqlarıdır. Ukraynanın hazırkı xüsusi təyinatlıları Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin tabeliyi altında fəaliyyət göstərir. Ukrayna Təhlükəsizlik Xidmətinin isə ayrıca xüsusi təyinatlıları var və onlar Alfa qrupu adlanır. "Alfa" Rusiya, Belarus, Qazaxıstan kimi bir sıra digər postsovet ölkələrində də keçmiş SSRİ-nin Alfa qrupunun əsasında yaradılıb. 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı Berkut xüsusi təyinatlı polis dəstəsi hökumət tərəfindən ölkədə baş verənləri yatızdırmaq üçün istifadə olunan əsas qüvvələrdən biri hesab olunur. Ukrayna Spetsnazları kəşfiyyat məlumatları toplama, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, terrorizmə qarşı mübarizə və bir çox digər məsələlərə görə cavabdehdir. Spetsnaz qüvvələri 2014-cü ildə ölkədə baş verən Maydan hərəkatını yatırmaq üçün Yanukoviç hökuməti tərəfindən aktiv istifadə olunmuşdur. Lakin, Krım böhranı və Donbass müharibəsi ərzində yeni hökumət xüsusi təyinatlılardan əvvəlki hakimiyyət qədər aktiv istifadə etməyə tərəddüd etdi. Sonradan bir çox Spetsnaz üzvləri döyüşlərdə iştirak etmək üçün Ərazi müdafiə batalyonlarına və ya Milli Qvardiyaya qoşuldu. Rusyönümlü separatçılar bəzi əraziləri ələ keçirməyə başladıqdan sonra, nəhayət Spetsnaz qüvvələri də döyüş əməliyyatlarına cəlb olundu.
Virtual xüsusi şəbəkə
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Virtual xüsusi şəbəkələr

Virtual xüsusi şəbəkələr (VPN)

Xüsusi Borcalma Hüququ
Xüsusi Borcalma Hüququ (ing. Special Drawing Rights, SDR, kodu: XDR) — beynəlxalq likvidlik probleminin həlli və milli valyutaların beynəlxalq ehtiyat pul vahidi ilə əvəz olunması məqsədilə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən 1969-cu ildə yaradılmış yeni növ beynəlxalq pul vahidi. Onun yaradılmasında əsas məqsəd Bretton-Vuds valyuta sistemi çərçivəsində ortaya çıxan və valyutaların milliliyi və beynəlxalq xarakteri arasındakı ziddiyyətləri əks etdirən Triffin paradoksunun aşılması idi. Bu yeni aktiv valyutadan natarazlıqların aradan qaldırılmasında qızıl və dollarla yanaşı istifadə edilirdi. Regional valyuta olan SDR BVF-ə üzv olan ölkələrin tədiyyə balanslarının saldosunu tənzimləmək, rəsmi ehtiyatları tamamlamaq və BVF ilə hesablaşmalar aparmaq üçün milli valyutaların dəyərinin ölçülməsi məqsədilə yaradılmışdır. 1971-ci ildə SDR-in qəti müəyyən edilmiş qızıl məzmunu, dollarda olduğu kimi 0,888671 qram müəyyən edildi, lakin dolların iki dəfə (1971 və 1973-cü illərdə) aparılan devalvasiyasından və 1 iyul 1974-cü ildən üzən valyuta kurslarının tətbiqindən sonra SDR-in dəyəri "valyuta səbəti", yəni aparıcı kapitalist ölkələrinin 16 valyutasının, 1981-ci ilin 1 yanvarından isə 5 valyutasının (ABŞ dolları, AFR markası, fransız frankı, yapon yeni və İngiltərə funt sterlinqi) orta çəki məzənnəsi əsasında müəyyən edilirdi. SDR səbətinə növbəti dəfə baxıldıqda 1 yanvar 1986-cı ildən səbətdə yapon yeninin xüsusi çəkisi artırıldı. 1991–1996-cı illərdə səbətə yenidən baxıldıqda, valyutaların xüsusi çəkiləri əsasən saxlanıldı. Avronun tətbiqi ilə əlaqədar 2001-ci ildə "standart səbət" dəyişdirildi. BVF-in yeni nizamnaməsinə uyğun olaraq, SDR vahidinin dəyəri standart səbətin, yəni müəyyən nisbətdə götürülən aparıcı dünya valyutalarının (ABŞ dolları, avro, yapon yeni və İngiltərə funt sterlinqi) əsasında müəyyən edilir.
Xüsusi Cənubi Qafqaz Komitəsi
Xüsusi Cənubi Qafqaz Komitəsi, Xüsusi Zaqafqaziya Komitəsi (az.-əski. خصوصی زاقافقاسیا قومیتسی‎; rus. Особый Закавказский Комитет), və ya qısaca OZAKOM — Cənubi Qafqazda mövcud olmuş dövlət qurumu. == Tarixi == Rusiyada Fevral inqilabından (1917) sonra, martın 3-də Cənubi Qafqazda yaradılmış mülki hakimiyyət orqanı. Elmi ədəbiyyatda OZAKOM (Osobıy Zakavkazskiy Komitet) da adlandırılır. Fevral inqilabından sonra Rusiyada yaranmış Müvəqqəti hökumət martın 3-də Cənubi Qafqazda mülki hakimiyyəti yeni orqana — Xüsusi Zaqafqaziya Komitəsinə (XZK) verdi. Komitə regionun əsas millətlərinin 4-cü Dövlət dumasında təmsil edən deputatlarından ibarət idi. == Komitə üzvləri == XZK-nin sədri kadet partiyasının üzvü V. A. Xarlamov, üzvləri — azərbaycanlı kadet, sonralar müsavatçı Məmməd Yusif Cəfərov, gürcü federal-sosialisti K. Abaşidze, rus kadeti P. Pereverzev və başqaları idilər. İki gündən sonra Nazirlər şurasının sədri Lvovun əmri ilə P. Pereverzev gürcü menşeviki A. Çxenkeli ilə əvəz edildi. Həmin komitədə M. Y. Cəfərova sənaye və ticarət işlərirıə rəhbərlik tapşırılmışdı.
Xüsusi Dövlət Mühafizə Xidməti
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir. Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir. == Tarixi == Xüsusi Dövlət Mühafizə Xidməti: — 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya), — 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, — 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.
Xüsusi Dövlət Mühafizə Xidməti (Azərbaycan)

Xüsusi Hava Xidməti
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. == Yaranma Tarixi == SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. == Vəzifəsi == SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması == Qəbul, seçim və təlim == Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
Xüsusi Hərbi İdarə
Xüsusi Hərbi İdarə (türk. Özel Harp Dairesi) — Soyuq Müharibə dövründə Türkiyədə, Baş qərargahın nəzdində ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO-nun əməkdaşlığı ilə qurulduğu irəli sürülən gizli təşkilat. Avropada İkinci Dünya Müharibəsindən sonra müxaliflərin (əsasən kommunistlərin) iqtidara gəlməsinin qarşısını almaq üçün qurulan "Qladio" adlı əks-partizan təşkilatının Türkiyədəki davamına siyasi ədəbiyyatda Xüsusi Hərbi İdarə, hərəkətləri reallaşdıranlara isə əks-partizan deyilmişdir. NATO-un xüsusi hərbi təlimatlarına görə üzv ölkələrdə qurulan NATO qurumları, Türkiyədə əvvəl Səfərbərlik Tədqiq Təşkilat adı ilə təşkilatlanmış sonra birbaşa Baş qərargah komandanlığına tabe olan Xüsusi Hərbi İdarənin tabeçiliyi altında və onun mülki qolu olan əks-partizan olaraq fəaliyyət göstərmişdir.
Xüsusi Müharibə Şöbəsi

Xüsusi Qüvvələr Komandanlığı
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006 — Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.

Digər lüğətlərdə