XƏLİFƏZADƏ
XƏLİT
OBASTAN VİKİ
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. == Həyatı == Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent == Həyatı == 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001-2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003-2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007-2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. == Həyatı == 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir. 1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı.
Sultan Xəlil
Əbülfəth Sultan Xəlil — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin oğlu idi. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi. Cəlaləddin Dəvani öz Ərznaməsini 1476-cı ildə, məhz onun dövründə yazmışdır. Yay iqamətgahı Minbulaqda, daha sonra isə Persepolisdə olmuşdur. Şiraz ədəbiyyatının hamisi olmuşdur. == Hakimiyyəti == Hakimiyyətə atasından sonra gəlmiş, lakin qardaşları ilə müharibəyə başlamışdır. Qardaşı Maqsudu öldürmüş, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərmişdi. Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək hakimiyyəti mərkəzləşdirmə siyasəti güdür. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). == Həyatı == Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Xəlil Ağamirov
Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi – 1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır. == Həyatı == Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur. 1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, Dutov və Biçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir.
Xəlil Ağayev
Xəlil Pənah oğlu Ağayev (7 dekabr 1998, Zopun, Cəlilabad rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəlil Ağayev 1998-ci il dekabrın 7-də Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəlil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəlil Ağayev oktyabrın 27-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Zopun kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəlil Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəlil Fəhimi
Xəlil Mirzə Mahmud xan oğlu Fəhimi (1876-1953) — Cənubi Azərbaycanın valisi. == Həyatı == Xəlil Mirzə Mahmud xan oğlu 1876-ci ildə Tehran şəhərində doğulmuşdu. Fəhimülmülk ləqəbini daşıyırdı. O, Kirman vəziri Mirzə İsmayıl xanın nəvəsidir. Xəlil Fəhimi 1936-cı ildən 1939-cu ilədək İranın Ankarada səfiri vəzifəsində çalışmışdı. Yеni hökumətin ilk addımı sеntyabr ayının 21-də, 1941-ci ildə köhnə aristokrat ailəsindən olan, vaxtilə bir sıra nazir postlarında çalışmış, Ankarada səfir işləmiş Fəhimini (Fəhim-ol-Mülkü) Azərbaycana vali təyin еtmək oldu. Bu təyinat еlan olunan gün - sеntyabrın 21-də Əziz Əliyеv artıq Təbrizdə, onun başçılıq еtdiyi qrup Günеy Azərbaycanda işə başlamışdı. Günеy Azərbaycanda normal həyatın yaradılmasında İran hakimiyyət orqanlarının maraqlı olmadığına diqtəti cəlb еdərək Ə.Əliyеv yazırdı: "Təbriz valisi Fəhimi özü qarışıqlıq salanları himayə еdir. O, yaxşı bilir ki, bir çox sənayе obyеktləri işləmir, iri tacirlər Tеhrana və ingilis işğal zonasına gеdirlər. Bеlə vəziyyətdə vali hеç bir iş görmür və bizim iqtisadi-təsərrüfat həyatını normallaşdırmaqla bağlı bütün tələblərimizdən yayınır.
Xəlil Hüseynov
Xəlil Hüseynov (tam adı: Xəlil Hacı Mahmud oğlu Hüseynov; 1890, Bakı – 1943, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır. == Həyatı == Xəlil Hacı Mahmud oğlu Hüseynov (Hüseynzadə) 1890-cı ildə Bakıda doğulub. Məktəbə on yaşında gedib və əski üsulla fəaliyyət göstərən məktəbdə oxuyub. Daxilən enerjili olan, yorulmaq bilməyən Xəlil Hüseynov "Nəşri-maarif"in nəzdində Mirzağa Əliyevin yaratdığı "Həmiyyət" truppasına üzv olmuşdur. Hüseyn Ərəblinskinin bu şəhərlərə 1908-ci il səfərləri, eləcə də sonrakı illərdə dəfələrlə buralara, Aşqabada, Krasnovodska, Həştərxana, Dərbəndə, Mahaçqalaya, Məkərəyə (Nijni Novqorod), Orenburqa səfərləri çox uğurlu keçmişdir. Bütün bu səfərlərdə Xəlil Hüseynov dəstənin qastrollarına məsul müdir, hazırlanan tamaşalarda isə ikinci rejissor və ya rejissor müavini olmuşdur. Azərbaycan peşəkar teatr tarixində ilk bacarıqlı truppa müdiri kimi tanınıb. Bu peşəni işlədiyi bütün teatr dəstələrində bacarıqla icra edib. Əbülfət Vəlidən sonra ən bacarıqlı qastrol təşkilatçısı kimi tanınıb, inzibatçı kimi milli səhnə sənətimizin ilkin təşkilatçısı və təbliğatçılarından sayılır. 1908-ci ildən 1920-ci ilə qədər "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri" dəstəsində, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti"ndə, Hökumət Türk Teatrosunda fasiləsiz olaraq ikinci rejissorluq və müavinlik vəzifəsini şərəf və ləyaqətlə, bacarıq və istedadla icra edib.
Xəlil Həsənov
Həsənov Xəlil Qədir oğlu — “İgidliyə görə” medalı ilə təltif edilmiş sərhədçi == Həyatı == 25 iyun 1979-cu ildə Laçın rayonunun Daşlı kəndində doğulmuşdur. 1986-cı ildə Daşlı kənd orta məktəbinə getmişdir. Laçın rayonunun işğalından sonra ailəsi ilə birlikdə Qobustan rayonunun Hilmilli kəndində məskunlaşmışdır. 1997-ci ildə Qobustan rayonunun Hilmilli kənd orta məktəbini bitirmişdir. 1998-ci ildən Dövlət Sərhəd qoşunlarında xidmət etmişdir. 1999-cu il avqustun 20-də «N» saylı sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədinin pozulmasının qarşısını alarkən həlak olmuşdur. Qobustan rayonunun Hilmilli kəndində dəfn edilmişdir. Subay idi. == Təltifi == Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2001-ci il tarixli 560 saylı fərmanı ilə Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunmasında müqəddəs əsgəri və xidməti borcunu yerinə yetirərkən fərqləndiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd qoşunlarının hərbi qulluqçusu, sıravi Həsənov Xəlil Qədir oğlu (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilmişdir. 17 noyabr 2002-ci il tarixdə Bakının Sabunçu rayonu ərazisində yerləşən Laçın rayonunun 3 №li tam orta məktəbinə Həsənov Xəlil Qədir oğlunun adı verilmişdir.
Xəlil Kut
Xəlil Paşa, Xəlil Kut (1882 və ya 1881, Konstantinopol – 20 avqust 1957, İstanbul) — Türkiyə hərbi xadimi, general. == Həyatı == Türkiyənin Mosulda yerləşən 6-cı ordusunun, sonralar isə Şərq Ordular qrupunun komandanı olmuşdur. Azərbaycanda yaradılmış Qafqaz İslam Ordusunun təminat və təchizat işlərinə başçılıq etmişdir (1918). Bir müddət türk milliyyətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskvada fəaliyyət göstərmişdir. Dönəmin hərbi naziri Ənvər Paşanın və qardaşı Qafqaz İslam Ordusunun başçısı Nuru Paşanın əmisi olmuşdur. Xəlil Paşanın komandanlığı altında Səlmanu-Pak döyüşündə qələbə qazanan Osmanlı ordusu üçün Kut-ül-Amarəyə gedən yol açılmışdır. Sonrakı dövrdə isə Xəlil Paşanın rəhbərliyi ilə Bağdad cəbhəsində Osmanlı ordusunun əks həmlələri başlamışdır. Kut qəsəbəsinin azadlığı uğrunda mübarizə tarixi qələbə ilə başa çatmışdır. Qəsəbə kiçik olsa da strateji əhəmiyyəti çox böyük olmuşdur. Kut məğlubiyyəti 300 illik ingilis kibirinin qırılması demək idi.
Xəlil Köçərli
Xəlil Kələntər
Xəlil Kələntər (Miyana) — azərbaycanlı elektronika mühəndisi. == Həyatı == Cənubi Azərbaycanın Miyana şəhərində anadan olmuşdur. Elektronika mühəndisliyini oxumuşdur. == Yaponiyada == 1981-ci ildə Yaponiyaya gəlib. Burada on il Naqoya Universitetində çalışıb, sonra Tokioya köçüb. Həm Naqoya, həm də Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. Həmin sahədə uzun müddət çalışdığına görə Xəlil Kələntərə müvafiq beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilmişdir. Xəlil Kələntər LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıdır. Xəlil Kələntər fəza 2-ölçülü optik koherent təsvirlərin pilləli optik-liflərdə və addımlı optik-liflərdə ötürülməsi, opto-eletronik sensorlar və ölçü cihazları, optik-makrostrukturlu funksional cihazlar və displey optikası məsələləri üzərində işləmişdir.
Xəlil Mirzə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist == Həyatı == Xəlil Mirzəmməd oğlu Xəlilov 1958-ci il noyabr ayının 12-də Sabirabad rayonunun Kovlar kəndində anadan olub. 1965—1973-cü illərdə kənd səkkizillik məktəbində, 1973—1975-ci illərdə M.Ə.Sabir adına 1 saylı orta məktəbdə orta təhsil alıb. Ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. Kənd məktəbində oxuyarkən divar qəzetlərinin, radio qovşağının redaktoru olub, həmin illər rayonda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzeti ilə əməkdaşlıq edib. Qəzet janrının demək olar ki, bütün növlərində qələmini sınayıb və hələ gənc yaşlarında oxucuların rəğbətini qazanıb. 1976-cı ildə Ç.İldırım adına Az.Pİ-nin avtonəqliyyat fakultəsinə daxil olub. 1977—1979-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmət illərində belə “Muğan” qəzeti ilə əməkdaşlığını davam etdirib. 1979-cu ildə Bakı Şin Zavodunda işə düzəlib və axşam şöbəsində ali təhsilini davam etdirib. 1985-ci ildə təhsilini başa vurmaqla mühəndis-mexanik ixtisasına yiyələnib.
Xəlil Mirzəyev
Xəlil Mirzəyev biologiya elmləri namizədi. Tibb universitetinin dosenti === Fəaliyyəti === Xəlil Mirzəyev 1963-cü ildə Əyyublu kənd orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Instituna daxil olmuş, 1968-ci ildə İnstitutun əczaçılıq fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildə Institutun Elmi Şurasının qərarı ilə Xəlil Mirzəyev Farmakologiya kafedrasının aspiranturasına daxil olmuş, 1971-ci ildə həmin aspiranturanı bitirərək , "Qaraçöhrə bitkisinin kimyəvi və toksiki-farmakoloji tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi adını almışdır.. Dünyanın bir sıra şəhərlərində (Moskva, Kiyev, Riqa ,Fərqanə) beynəlxalq elmi konfranslarda istirak etmisdir.. 1971-ci ildən indiyə kimi Tibb Universitetinin Farmakologiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
Xəlil Musayev
Musayev Xəlil İsrafil oğlu (1896[…], Çox, Qunib dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 1949[…], Betlehem[d], Konnektikut, ABŞ) — avar əsilli Dağıstan boyakarı, karikaturaçı, mənzərə rəssamı. == Haqqında == Musayev Xəlil İsrafil oğlu 1896-cı ildə Dağıstanın Çox aulunda anadan olmuşdur. Avarların Manijal nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət etmiş, sonra isə mahal naibi olmuşdu. X.Musayev Tiflis Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq Məktəbində, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdır. 1913-cü ildən Tiflisdə "Molla Nəsrəddin" jurnalında rəssamın "Xəlil Mussayev", "Mussayev Çoxski", "X.M." imzaları ilə (müəllif öz rəsmlərini həm kiril, həm də ərəb hərfləri ilə imzalayırdı) 20-yə yaxın karikaturası ("Molla Nəsrəddin"in dostları və düşmənləri","Müsəlman ziyalısı", "Rus və müsəlman qadını teatrda", "Culfada əvvəlinci parlamanın üzvü", "Tiryəkxanada" ("Maarifin mərkəzi olan Tiflis şəhərində müsəlmanların gecə-gündüz məşğuliyyəti"), "Rəşt şəriətmədarı və rus konsulu", "Qəribə tərəzi", "Bizim əyləncəmiz", "Şamaxıda məktəb barəsində şura", "Qoymaram oğlumu məktəbə aparasan" və s.) çap olunmuşdur. Onun karikaturaları "Molla Nəsrəddin"lə yanaşı Bakıdakı "Kəlniyyət" (naşir Seyid Hüseyn, redaktor H.İ.Qasımov) və rusdilli "Baraban" (naşir İ.Aşurbəyli və B.Şahtaxtinski, redaktor Ə.Əzimzadə) satirik məcmuələrində də çap olunmuşdu. Bu karikaturalar yalnız mövzunun aktuallığı ilə deyil, həm də rəsm texnikasının yetkinliyi və koloritliliyi ilə seçilirdi. Milliyyətcə avardır. 1916-cı ildə xaricə, Avropaya mühacirət etmişdir. Münhendən qayıtdıqdan sonra Temirxanşurada (indiki Buynaksk) yaşayan Xəlil Musayev tədricən yaradıcılığında portret janrına daha böyük üstünlük verməyə başlamışdı.
Xəlil Mutlu
Xəlil Mutlu (türk. Halil Mutlu, əvvəlki adı — Xалил Алиев; 14 iyul 1973, , Postnik, Bolqarıstan) — Türkiyə ağır atleti, üçqat Olimpiya (1996, 2000, 2004), beşqat dünya və doqquzqat Avropa çempionu.
Xəlil İnalcık
Xəlil İnalcık (26 may 1916, Konstantinopol və ya Osmanlı imperiyası – 25 iyul 2016[…], Ankara)— Krım Tatar əsilli Türk tarixçi. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.. == Həyatı == Balıkesir Müəllim Məktəbini tamamladı. 1935-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafya Fakültəsi Yeni Çağ Tarixi bölümündə yüksek öyrəniminə başladı. 1942-ci ildə Tanzimat ve Bulgar Meselesi adlı doktora tezini verdi. Uzun illər eyni fakültədə Osmanlı və Avropa tarixi üzerinə dərslər verdikten sonra 1972-ci ildə Chicago Üniversitesi Tarix Bölümünə "Osmanlı Tarixi Üniversite Profesörü" olaraq dəvət edildi. 1973-cü ildə kitabı The Ottoman Empire The Classical Age 1300-1600 yayımlandı. Yurt içi ve dışında çeşitli üniversitelerden fahri doktora payeleri aldı. 1993 yılında Bilkent Üniversitesinə dəvet edildi və burada Tarix bölümünü qurdu. Hələ Bilkent Üniversitesi Osmanlı Tarixi Bölümündə yüksek lisans və doktorluq tələbələrinə seminar dərsi verməkdədir.
Xəlil İsmayılov
Xəlil İsmayılov (tam adı: Xəlil İsmayıl oğlu İsmayılov; 1 iyul 1945, Düzrəsullu, Gədəbəy rayonu) — Bakı Dövlət Universitetinin "Kitabxana resursları və informasiya axtarış sistemləri" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Xəlil İsmayıl oğlu İsmayılov 1945-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1952–1959-cu illərdə Düzrəsullu kəndində 7-illik məktəbində 7-ci sinfi, 1959–1963-cü illərdə Çayrəsullu kənd orta məktəbində 11-ci sinfi bitirib. 1964–1966-cı illərdə hərbi xidmətdə olmuşdur. 1967-ci ildə Bakı şəhərinə gələrək Yeni Bakı Neft Emalı Zavodunda fəhlə kimi işə başlamış, eyni zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirərək, OADKYC-nin mərkəzi komitəsində təlimatçı, baş təlimatçı, təşkilat şöbə müdiri əvəzi vəzifələrində çalışmışdır. 1974-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasına dəvət edilmiş, laborant kimi işə başlamışdır. 1976–1979-cu illərdə kafedranın əyani aspiranturasında təhsil almış və 1979-cu ildən Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında müəllim, baş müəllim, dossenti vəzifəsində çalışmışdır. 1984-cü ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində ixtisaslaşdırılmış müdafiə şurasında "namizədlik dissertasiyası müdafiə etmiş, "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsi almışdır.
Xəlil Əbcəlilov
Xəlil Əbcəlilov (tatar. Xəlil Ğali uğlı Əbcəlilev, Хәлил Гали улы Әбҗелилев; 29 sentyabr (11 oktyabr) 1896, Orenburq qəzası[d], Orenburq quberniyası[d] – 18 mart 1963, Kazan) — Sovet, tatar aktyoru, teatr rejisoru. SSRİ Xalq artisti (1957). == Bioqrafiyası == 17 sentyabr 1896-cı ildə Mustafino kəndində (indi Rusiya Federasiyasının, Orenburq vilayətinin Şarlık rayonu) kasıb bir kəndlinin ailəsində anadan olmuşdur. 7 yaşında bir mədrəsədə oxumağa göndərilir. 1906-cı ildə quraqlıq səbəbindən kənddə aclıq başlayır və Xəlilin ailəsi Orenburqa köçməyə məcbur qalır. 1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra o, Çar ordusuna çağrılır. Müharibə zamanı Köniqsberq, Varşava, Baranoviçini ziyarət edir. Döyüşlərdə göstərdiyi şücaətə görə Müqəddəs Qeorqe medalı, daha sonra isə 4-cü dərəcəli Müqəddəs Qeorqe Xaçına layiq görülmüşdür. 1916-cı ildə sağ çiynindən ciddi bir yara alaraq xəstəxanada yatırılır.
Xəlil Əfəndiyev
Xəlil Sədrəddin oğlu Əfəndiyev (1904, Sulut, İsmayıllı rayonu – iyul 1974, Bakı) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Əfəndiyev Xəlil Sədrəddin oğlu — ədliyyə general-leytenantı (1904–1974) Əfəndiyev Xəlil Sədrəddin oğlu 1904-cü ildə Sulut kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. Babası Molla Cavad dövrünün savadlı adamlarından olmuş, hələ XIX əsrin 70-ci illərində Sulutda ilk məktəb açmışdır. (Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin babası Molla Ağamirzə ilə birlikdə). Sonralar onun işini oğlu Məcid (Xəlil Əfəndiyevin əmisi) davam etdirmişdir. Xəlil ondan Quranı, din tarixini, şəriəti və astronomiyanı öyrənmişdir. 1918-ci ildə Sulutda ilk dünyəvi məktəb-ibtidai məktəb açılmışdır. (M. Ə. Rəsulzadənin göstərişi ilə). 14 yaşı olmasına baxmayaraq Xəlil Əfəndiyev həmin məktəbə daxil olmuşdur. Daha sonra təhsilini Şamaxı şəhərində davam etdirmişdir.
Abbas Xəlilov
Abbas Sultan oğlu Xəlilov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə sabiq müavini (2021-2023). == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 30.07.2004-cü il tarixli Sərəncamı ilə baş leytenant Abbas Xəlilov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə kapitan Abbas Xəlilov "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə mayor Abbas Xəlilov "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə polkovnik-leytenant Abbas Xəlilov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2015-ci il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-mayor" hərbi rüstəbi verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli Sərəncamı ilə Abbas Xəlilova "general-leytenant" hərbi rüstəbi verilib. Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2020-ci il tarixli Sərəncamı ilə general-mayor Abbas Xəlilov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Abbas Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edilib.
Allahverdi Xəlilov
Allahverdi Sabir oğlu Xəlilov — “Azərbaycan Bayrağı” ordeni və “Hərbi xidmətə görə” medalı laureatı. == Həyatı == Allahverdi Xəlilov 1974-cü il iyulun 30-da indiki Ermənistanın Noyemberyan rayonundakı Ayrım qəsəbəsində anadan olmuşdur. 1991-ci ildə 263 saylı orta məktəbi bitirən Allahverdi Dəmiryolu texnikumuna qəbul olundu. 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda hərbi xidmətə çağırıldı. O, Qubadlı, Zəngilan, Füzuli, Ağdam, Ağdərə, Kəlbəcər, Qazax bölgələrində gedən döyüşlərdə iştirak etmiş, düşmənə arxa çevirməyətək vətənimizin hər qarış torpağı uğrunda cəsarətlə vuruşmuşdur. Tərtər cəbhədinfə gedən qanlı döyüşlərdə iştirak etmiş və qorxmazlığı ilə fərqlənmişdi.18-22 aprel 1994-cü ildə gedən qanlı döyüşlərdə dəfələrlə ölümlə üz-üzə gəlməyinə baxmayaraq, özünü itirməmıiş, neçə düşməni məhv etmiş, ermənilərin hücumunun dəf edilməsində şücaət və qəhrəmanlıq göstərmişdi. Onun xidmət etdiyi manqa düşmənin PDM-2-ni sıradan çıxartmışdı. Əks hücum zərbələrinə tab gətirməyən düşmən geri çəkilmiş və komandamız çoxlu hərbi sursat ələ keçirmişdi.1994-cü ilin aprelin 24-də ermənilər böyük qüvvə ilə növbəti hücuma keçmişdilər. Allahverdi son damla qanına kimi düşmənlə vuruşacağına and içmişdi. Bu qanlı döyüşdə Allahverdi Xəlilov xüsusilə fərqlənmiş, öz mövqeyini tərk etməmiş, qəhrəmancasına həlak olmuşdur.Allahverdi Xəlilov döyüş yoldaşları arasında böyük hörmət və rəğbət qazanmışdı.
Anar Xəlilov
Anar Xəlilov — Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri. == Həyat və yaradıcılığı == Anar Xəlilov 17 iyun 1977-ci ildə Şuşa şəhərində anadan olub. 1982–1993-cü illərdə 1 saylı Şuşa şəhər məktəbində oxumuşdur. 1993–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini İstehsalın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirmişdir. 1994–1998-ci illərdə Bakı Şəhər Təmir Tikinti Quraşdırma idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1998–1999-cu illərdə Moskva şəhərində kiçik biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2000–2001-ci illərdə Çexiya Respublikasının Bruno Texniki Universitetində MBA Proqramı üzrə magistratura təhsili almışdır. 2001-ci ildə Kiçik Həcmli Gəmilərin Dövlət Müfəttişliyində müfəttiş vəzifəsində çalışmışdır. 2002–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Şuşa Rayon Statistika İdarəsində aparıcı iqtisadçı və rəis müavini işləmişdir. 2008-ci ildən həmin müəssisənin rəisidir.
Anası Xəlilova
Anası Xəlilova (21 avqust 1921, Güvəkənd, Ərəş qəzası – 1993, Ağdaş rayonu) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1921-ci ildə Ağdaş rayonunda anadan olub. SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.
Aqşin Xəlilov
Aqşin Ariz oğlu Xəlilov (16 iyun 1978, Dəvəçi) — azərbaycanlı idmançı, kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu (2006). == Həyatı və fəaliyyəti == Aqşin Ariz oğlu Xəlilov 1978-ci il iyun ayının 16-da Şabran rayonunda anadan olmuşdur. 1985-1995-ci illərdə Bakı şəhəri 246 nömrəli məktəbdə təhsil almışdır. 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutuda, "Əmtəə bazarında kommersiya fəaliyyəti" ixtisası üzrə ali təhsil almış və 1999-cu ildə məzun olmuşdur. 1999—2000-ci illərdə Ordu İdman Klubunda həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali İdarəçilik Akademiyasında ikinci ali təhsilini almağa başlamış, 2013-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Erkən yaşlarından karate-do idman növü ilə peşəkar səviyyədə məşğul olmuşdur. Dəfələrlə karate-do üzrə Azərbaycan çempionu, 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu, 2006-cı ildə isə kikboksinqin semi-kontakt növü üzrə dünya çempionu olmuşdur. Azərbaycan Respublikasının idman ustasıdır. 2008-2013 cü illərdə Qəbələ İdman Klubunda lisenziyalaşdırma məsələləri üzrə baş menecer vəzifəsində çalışmışdır.
Aslan Xəlilov
Aslan Xası oğlu Xəlilov (d.14 fevral, 1962, Şamaxı rayonu, Azərbaycan SSR) - azərbaycanlı alim, tarixçi, tarix elmləri doktoru. == Həyatı == Aslan Xəlilov 14 fevral 1962-ci ildə Şamaxı rayonunda anadan olub. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı müddətdə "Lenin təqaüdçüsü" olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1996-cı ildə Azərbaycan tarixçiliyində ilk dəfə olaraq 31 mart soyqırımı mövzusunda "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir monoqrafiyanın və 60-dan çox elmi-publisistik məqalənin müəllifidir. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. == Ailəsi == Evlidir. İki övladı var.
Ayaz Xəlilov
Ayaz Qnyaz oğlu Xəlilov (25 yanvar 1998, Alpout, Ucar rayonu – 1 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Şəhid Xəlilov Ayaz Qnyaz oğlu 25.01.1998-ci ildə Ucar rayon Alpout kəndində anadan olmuşdur. == Hərbi Xidməti == 01.11.2020-ci il tarixində Suqovuşan uğrunda döyüşlərdə şəhid olmuşdur.
Ağ Xəlili
Ağ Xəlili — üzüm növü. İran mənşəlidir. Dağıstanda, Stavropol diyarında, Özbəkistanda və Türkmənistanda müxtəlif adlarla yayılmışdır. Ancaq heç bir yerdə sortun təmiz əkinləri yoxdur. Sort Azərbaycanda naməlum vaxtdan ən çox Gəncəbasarda becərilmişdir. Hazırda onun əkinləri xeyli azalmışdır. Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, konusvari və yaxud silindrik-konusvari, əsasən sıx və orta sıxdır. Salxım saplağı uzundur, oduncaqlaşmır.
Ağa Xəlilov
Ağaoğlan Xəlilov
Ağaoğlan Xəlilov (Xəlilov Ağaoğlan Ağanəbi oğlu; d. 1915 – ö. 2005) — Azərbaycan alimi. "Xəlilov açarı" 1956-cı ildə Ağaoğlan Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.
Aşıq Abbasəli Xəlilov
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. == Həyatı == Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili (1963, İran) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır.
Bosniyalı Xəlil Paşa
Bosniyalı Xəlil Paşa (ö. 23 dekabr 1603) — III Murad və III Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əslən boşnaq olub, Əndərunda yetişmişdir. Silahdarlığa qədər yüksəldikdən sonra 1591-ci ildə yeniçəri ağası olaraq saraydan ayrıldı. 1592-ci ilin martında Konya sancaqbəyi və 1593-cü ildə Anadolu bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən Sultan Muradın qızlarından Fatma Sultanla nikahlandı. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Bostançı Xəlil Paşa
Bostançı Xəlil Paşa (ö. 1 aprel 1633) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == == Mənbə == Holt, P. M. (1961) "The beylicate in Ottoman Egypt during the seventeenth century" Bulletin of the School of Oriental and African Studies 24(2): pp.
Buludxan Xəlilov
Buludxan Əziz oğlu Xəlilov (25 iyul 1966, Ellərkənd, Amasiya rayonu – 26 sentyabr 2021, Bakı) — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor. B.Xəlilov 2021-ci il sentyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. == Həyatı == Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur.
Bəhman Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhmən Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Cabbar Xəlilov
Xəlilov Cabbar Əsədulla oğlu (9 may 1928-29 mart 1994) — Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri. == Həyatı == C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayının (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. Onun yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu zaman o, ilk əmək fəaliyyətinə başlamışdır. Bu çətin dövrü arxada qoyduqdan sonra 1946-cı ildə Quba Pedaqoji məktəbinə qəbul olunmuş, 1947-ci ildə həmin məktəbdə təhsilini başa vuraraq elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. C.Ə. Xəlilov 1952-ci ildə universitetdə arxeologiya ixtisası üzrə təhsilini başa vurmuş, professor Y.A. Paxomovun rəhbərliyi altında "Skif və sarmatlarda atJarm dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi" mövzusunda diplom işini müdafiə etmişdir. Onun arxeoloji çöl-tədqiqat işlərinə ilk dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Həmin ildə o, müəllimi məşhur arxeoloq S.M. Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak etmişdir. Hələ tələbə ikən onda təşkilatçılıq bacarığı üzə çıxmış və universitetdə təhsil almaqla yanaşı 1952-ci ildə o, Azərbaycan tarixi muzeyinin Arxeoloji texnologiya laboratoriyasına muzeyin direktoru S.M. Qazıyev tərəfindən müdir təyin edilmişdir.
Cabir Xəlilov
== Həyatı == Cabir Xəlilov Zahid oğlu 1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Nəsimi rayonu 42 saylı məktəbi, 1980-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1980- 2001-ci illərdə Bakı Dövlət Universitetində müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildə hüquq elmləri namizədi adını almışdır. 2001-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin dosentidir. 1997-2007 illərdə Xəzər Universitetində müəllim, Hüquq departamentinin müdiri və dekanı vəzifələrində işləmişdir. 2007-cil ildən hal-hazira qədər isə Xəzər Universitetinin Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. == Elmi Fəaliyyəti == C.Xəlilovun tədqiqat sahəsi andlı iclasçılar institutunun müqayisəli təhlili və Azərbaycan məhkəmə sistemində tətbiqinə həsr olunmuşdur. C.Xəlilov 1999-cu ildə, Qafqаz regiоnundа yaradılmış və ixtisаslаşdırılmış təhsil qurumu kimi Xəzər Universitetində Hüquq klinikаsının yaradılmasında aparıcı rola malik olmuşdur. O, həmçinin, Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Asiya üzrə Hüquq təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə 2004-cü ildə ilk dəfə Xəzər Universitetində yaradılmış Məhkəmə zalı layihəsinə rəhbərlik etmişdir.
Ceyhun Xəlilov
Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == İrsi == 18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.
Coşqun Xəlilov
Coşqun Mikayıl oğlu Xəlilov (29 oktyabr 1998, Neftçala rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cübran Xəlil Cübran
Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبران‎ Jubrān Khalīl Jubrān; ing. Kahlil Gibran; 6 yanvar 1883[…], Bişari[d], Osmanlı imperiyası – 10 aprel 1931[…], Nyu-York, ABŞ) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur. == Həyatı == Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin, ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir.
Cəfər Əsəd Əl Xəlilli

Значение слова в других словарях