XALKOPİRİT

yun. chalkos – mis + yun. pyr – od

XALKANTİT
XALKOZİN
OBASTAN VİKİ
Xalkopirit
Xalkopirit (mis kolçedanı) – CuFeS2 - Tetraqonal sinqoniya, 700°C-dən yüksək temperaturda – kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Rəng – bürüncü-sarı, çox zaman tünd-sarı və ya əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – yaşılımtıl-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,1-4,3; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {201} üzrə mükəmməl, {101} və {111} üzrə – qeyri-mükəmməl; Sınıqlar – qabıqvari sınmadan qeyri-düzgün sınmaya qədər; Morfologiya – kristallar: psevdooktaedrik, psevdotetraedrik, nadir hallarda – tetraqonalskalenoedrik; İkiləşmə: {112}, {102}, {110} üzrə; qarşılıqlı nüfuzetmə; sadə və polisintetik; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, hərdənbir – böyrək- və salxımvarı kollomorf aqreqatlar. Ən geniş yayılmış mis mineralıdır. Bazit və ultrabazitlərlə əlaqədar olan maqmatik mis-nikel sulfid filizləri yataqlarında rast gəlir. Bəzən peqmatitlərdə və skarnlarda qeyd olunur. Ən çox damar və metasomatik tipli hidrotermal yataqlarda yayılmışdır. Mühüm ehtiyatları kolçedan və mis-porfir yataqları ilə bağlıdır. Çökmə və metamorfik əmələgəlmələrdə–misli qumdaşlarında, misli şistlərdə, fosforitlərdə, sulfid yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında və Aydan gətirilmiş nümunələrdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: pirit, pirrotin, sfalerit, qalenit, kvars, flüorit.

Значение слова в других словарях