Xallı zeytun
Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir.
Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir.