YAŞ

1
I
сущ.
1. возраст. Bağça yaşı дошкольный возраст, körpəlik yaşı ясельный возраст, məktəb yaşı школьный возраст, kiçik məktəb yaşı младший школьный возраст, orta məktəb yaşı средний школьный возраст, yaşını təyin etmək kimin, nəyin определить возраст кого, чего , nikah yaşı брачный возраст, ağacın yaşı возраст дерева, геол. geoloji yaş геологический возраст, relyefin yaşı возраст рельефа
2. год, годы, лета. Gənc yaşlarında в молодые годы, uşaq yaşlarında в детские годы, uşaq iki yaşındadır ребёнку два года, mənim yaşımda в мои годы, sizin yaşınızda в ваши годы, neçə yaşın var? сколько тебе лет? yaşa dolduqça с годами, с возрастом, … yaşı tamam oldu исполнилось … лет
II
прил. возрастной. Yaş qrupu возрастная группа, yaş pedaqogikası пед. возрастная педагогика, yaş piqmenti физиол. возрастной пигмент, yaş xüsusiyyətləri возрастные особенности
◊ ağıl yaşda olmaz, başda olar мудрость в голове, а не в бороде; bir yaşda olmaq kimlə быть одних лет с кем ; yaşa dolmaq становиться, стать взрослым, повзрослеть; yaşı keçmək, yaşı ötmək выйти из какого-л. возраста (из годов, из лет); yaşı keçdi, yaşı ötdü kimin годы вышли чьи ; yaşına yaraşmır, yaşına görə deyil, yaşına uyğun deyil не по годам, не по летам
2
I
сущ. слеза. Yaş tökmək (axıtmaq) плакать, лить, проливать слёзы, acı göz yaşları кровавые слёзы, sevinc yaşları слёзы радости; göz yaşını silmək вытирать слёзы
II
прил.
1. мокрый. Yaş asfalt мокрый асфальт, yaş dəsmal мокрый платок, yaş şoran почв. мокрый солончак
2. влажный. Yaş torpaq влажная почва (земля); мед. yaş təpitmə влажная припарка, yaş xırıltılar влажные хрипы
3. сырой. Yaş odun сырые дрова; yaş boğurdu kimi слёзы душили кого ; göz yaşı kimi как слеза (о чём-л. прозрачном)
YASTIYAPALAQLIQ
YAŞ-YAŞ
OBASTAN VİKİ
Yaş (dəqiqləşdirmə)
Azərbaycan dilində aşağıdakıları ifadə edir : Yaş (orqanizm) - canlı orqanizmin anadan olandan ölənədək fəaliyyət göstərdiyi zaman kəsiyi ; Yaş (rütubətlilik) - əşyanın normadan artıq rütubətlilik faizi.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Yaş məhdudiyyəti
Yaş məhdudiyyəti — kütləvi mədəniyətdə istehsal olunan verilişlərə, filmlərə və kompüter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00–03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.
Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Yaş Çopra
Yaş Ray Çopra (hind. यश चोपड़ा; 27 sentyabr 1932, Lahor, Britaniya Hindistanı – 21 oktyabr 2012, Mumbay) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi. Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Orta yaş böhranı
Orta yaş böhranı, 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Qadınlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda qadın artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Qadınlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.
Qadının üç yaş dövrü (roman)
Cəfərqulutəpə yaşayış yeri
Cəfərqulutəpə — abidə Ağcabədi rayonunun Hacılar kəndindən 500 m şimalda yerləşir. Bu diametri 95 m, hündürlüyü 2,5 m olan, sovet dövründə pambıq çardağı, Qarabağ müharibəsi vaxtinda isə səngər qazıdılaraq dağıdılmış təpədir. Toplanılmış saxsı kolleksiyası neolit dövrünə aiddir.
Cəfərxanlı yaşayış yeri
Cəfərxanlı yaşayış yeri — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəfərxanlı kəndi yaxınlığında, İncəçayın sağ sahilində yerləşən qədim yaşayış yeri. Yaşayış yerinin yerləşdiyi ərazinin dəfələrlə şumlanması abidənin dağılmasına və planının itməsinə səbəb olmuşdur. Arxeoloji tədqiqatlarla, yaşayış yerinin 2 hektardan artıq sahəni əhatə etdiyi müəyyən edilmişdir. Yaşayış yerinin bəzi hissələrində gil qatları, daş və çiy kərpicdən tikinti qalıqları görünməkdədir. Kəşfiyyat qazıntıları ilə daşdan əmək alətləri və keramika məmulatı aşkar olunmuşdur. Yaşayış yerindən aşkar olunmuş keramika üç qrupa bölünür. Birinci qrupa daxil olan küpə, çölmək və banka tipli qablar cilalama üsulu ilə, həndəsi motivdə naxışlanmışdır. Bəzi qabların gövdəsi konnelyur ornamentlidir. İkinci qrupa sarıqəhvəyi rəngli, qaba hazırlanmış qalın divarlı qablar daxildir. Gilinin tərkibinə qum və çınqıl qatılan bu qabların əksəriyyəti uzun boğazlı, genişağızlı küpələrdir.
Cənnət qayası yaşayış yeri
Cənnət qаyаsı yаşаyış yеri — Naxçıvan Muxtar Respublikası ərazisində Tunc və Dəmir dövrünün аbidəsidir. О, Yаycı kəndinin şərqində «Аğ zirət» dеyilən yеrin yахınlığındа yеrləşir. Yаşаyış yеri təbii təpənin üzərində sаlınmış və hər tərəfdən dаğlаrlа əhаtə оlunmuşdur. Sаhəsi 6 hеktаrа yахındır. Аbidənin mərkəzi hissəsində dаşdаn inşа оlunmuş dördkünc fоrmаlı tikintilər, оnun yахınlığındа isə divаr qаlıqlаrı vаr. Yаşаyış yеrinin bəzi hissələrində tikinti qаlıqlаrının uçub tökülməsi nəticəsində dаş yığınlаrı əmələ gəlmişdir. Аşınmа nəticəsində bəzi yеrlərdə mədəni təbəqənin kəsiyi аlınmışdır. Mədəni təbəqə оlduqcа аz sахlаnmışdır. Bəzi yеrlərdə təbəqə 50 sm qаlınlığındаdır. Yеrüstü mаtеriаllаr sахsı qаb sınıqlаrındаn və dən dаşlаrındаn ibаrətdir.
Cənnətqaya yaşayış yeri
Cənnətqaya yaşayış yeri — Şərur rayonundakı Tənənəm kəndinin şərqində son Tunc və ilk dəmir dövrlərinə aid yaşayış yeri. "Ağ zirət" deyilən yerin yaxınlığındadır.Hər tərəfdən dağlarla əhatə olunmuş abidənin sahəsi 6 hektara yaxındır. Aşınma nəticəsində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin (bəzi yerlərdə 50 sm qalınlığındadır) kəsiyi alınmışdır. Yerüstü materiallar çəhrayı və üzəri cızma xətlərlə [naxışlanmış boz rəngli kasa və küpə tipli tuf daşından hazırlanmış dən daşından ibarətdir.Saxsı qab məmulatı, əsasən Son Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvidir. Tapıntılara əsasən yaşayış yerinin e.ə. II-I minilliklərə aid olduğu ehtimal edilir.
Daimi yaşayış
Dairə yaşayış yeri
Dairə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m² olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir. Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır.
Dalmatəpə yaşayış yeri
Dalmatəpə mədəniyyəti İranın şimal-qərbində Zaqros dağlarının mərkəzi və şimal vadilərində geniş yayılmış mədəniyyətə verilən addır..Dalma keramikası ilkin olaraq Urmiya gölünün cənub-qərb hissəsində, Sulduz vadisində Dalma Təpə və Həsənlu Təpədə aparılan qazıntılar zamanı aşkar edilmişdir. 1961-ci ildə Pensilvaniya Universitetinin Həsənlu Layihəsi çərçivəsində Dalma Təpədə aparılan sonrakı qazıntılar zamanı çox sayıda Dalma keramikası aşkar edilmişdir. Qazıntı materiallarına memarlıq, qəbir və keramika qalıqları, gil, sümüklər, artefaktlar, üyütmə daşları və yonma daşlar daxildir. Aşkar edilmiş materiallar Dalma mədəniyyətinin eramızdan əvvəl beşinci minilliyə aid olduğunu göstərir. Əldə edilmiş keramika bu mədəniyyətin görünən tərəfidir və digər aspektləri haqqında məlumat azdır. Qazıntı materialları Dalma tayfaları və onların həyat tərzləri haqqında kifayət qədər məlumat vermir. Dalma keramikası analoji texniki və üslub xüsusiyyətləri ilə regionda geniş əraziyə yayılmışdır. Qazıntılar göstərir ki, bu mədəniyyət mərkəzi Zaqros dağları, Şimali Luristan, İran Azərbaycanında Urmiya hövzəsi və İraqda Kərkük kimi Mesopotamiyanın bəzi hissələrinə yayılmışdır. İran yaylasının şimal-qərb hissələrində Dalma mədəniyyətinin izləri aşkar edilmişdir. Dalma keramikasının bu bölgədə geniş yayılması bu mədəniyyətin yayılmasında köçəri tayfaların iştirak etdiyini sübut edir.
Daşlıyurd yaşayış yeri
Daşlı yurd — Ordubad rayonunun Ağdərə qəsəbəsindən şimalda, Sulu düzün üstündə yerləşir. Yurd yerinin ərazisi oval təpə şəklindədir. Araşdırmalar zamanı yurd yerində ətrafı dördkünc və dairəvi daşlarla əhatə edilmiş binaların qalıqları aşkar olunmuşdur. Yurd yerinin şimal tərəfində daşdan inşa olunmuş kələklərin qalıqları da var. Bəzi tikintilər uçub tökülmüş və daş yığınına çevrilmişdir. Yurd yerinin ərazisi qalın peyin qatı ilə örtülmüşdür. Yaşayış yerini ХI-ХVIII əsrlərə aid etmək olar.
Dər yaşayış yeri
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Dərgəməlik yaşayış yeri
Dərgəməlik yaşayış yeri — Ordubad rayonunun Bist kəndindən şimalda, dağların arasında yerləşir. Yaşayış yerindəki binalar daş, möhrə və kvadrat formalı çiy kərpicdən inşa olunmuşdur. Evlərin qapı və pəncərələri dördkünc formalı olub, başlıca olaraq cənuba yönəlmişdir. Evlər bir, iki, bəzən isə üç otaqlıdır. Onların içərisində divarlarda inşa olunmuş buxarılar vardır. Bəzi evlərin divarlarında kiçik dördkünc formalı taxçalara rastlanır. Yaşayış yerinin yaxınlığında bulaq vardır. Araşdırmalar zamanı yaşayış yerindən çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatı, о cümlədən mətbəx qablarının parçaları aşkar olunmuşdur. Keramika məmulatına əsasən, yaşayış yerini XIV–XVIII əsrlərə aid etmək olar.
Dərə Şahbuz yaşayış yeri
Dərə Şahbuz — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri rayonunun Külüs kəndindən şimalda, Külüsçayın sağ sahilində yerləşir.. Buradan aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Keramika nümunələri Qarğalartəpəsi və Şomutəpə abidələrindən aşkarlanan keramika ilə bənzərlik təşkil edir.
Dəvəli yaşayış yeri
Dəvəli yаşаyış yеri — Оrtа əsr аbidəsidir. Аbidə Gümüşli kəndinin şimаlındа dаğ silsiləsinin Аrpаçаyа еnən yаmаcındа yеrləşir. Sаhəsi 2 hеktаrа yахındır. Mədəni təbəqə sахlаnmаmışdır. Yеrüstü mаtеriаllаr çəhrаyı rəngdə bişirilmiş sаdə və şirli qаb hissələrindən ibаrətdir. Bəzi yеrlərdə dаirəvi və düzbucаqlı plаndа оlаn dаş düzümlərinə, bəzən isə dördkünc fоrmаlı çаlаlаrа təsаdüf оlunur. Şirsiz sахsı məmulаtı bаnkа və kаsа tipli qаblаrlа təmsil оlunmuşdur. Оnlаrın bəzisinin lеntşəkilli qulpu vаr. Kаsа tipli qаblаr nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq yахşı bişirilmiş, içərisində dulus çаrхındа fırlаnmа nəticəsində kоnsеntrik izlər sахlаnmışdır. Şirli sахsı məmulаtı kаsа tipli qаblаrlа təmsil оlunmuşdur.
Dəyirman dərəsi yaşayış yeri
Dəyirman dərəsi yaşayış yeri — Yuxarı Yaycı kəndindən şərqdə Ağbulağın yaxınlığında yerləşir. Burada dağ çayının sağ sahilində qaya parçalarından tikilmiş dördkünc formalı bina qalıqları və boru şəklində yonulmuş iri qaya parçalarına rastlanmışdır. Yerli əhalinin məlumatına görə burada vaxtilə dəyirman olmuşdur. Lakin hazırda о tamamilə dağıdılmışdır. Yaşayış yerindən Erkən Orta əsrlərə aid bir neçə keramika parçası aşkar olunmuşdur. Yaşayış yerini III–X əsrlərə aid etmək olar.
Dəyirmantəpə yaşayış yeri
Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə. Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb. I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir. II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir. Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır.
Dəyirmanyeri yaşayış yeri
Dəyirmanyeri yaşayış yeri — Babək rayonunun Zeynəddin kəndi yaxınlığında eneolit-tunc dövrlərinə aid yaşayış yeri. Bu qədim yaşayış yeri 1973-cü ildə aşkar olunmuşdur. Sahəsi 3 hektardır.Yaşayış yerində səpələnmiş halda xeyli maddi mədəniyyət qalıqları var. Mədəni təpəqənin üst hissəsi tikinti işləri zamanı dağılmışdır. Əldə olunmuş materialların əksəriyyəti gil qab nümunələrindən ibarətdir. Qabların bir hissəsi saman qarışıq palçıqdan kobud şəkildə, digərləri isə səliqəli hazırlanmışdır. Qabların üstü anqoblanmış, bəziləri şüyrələnmişdir. Tapıntılar içərisində dən daşları, həvəng və dəstələr var. Abidə eradan əvvəl 5-2-ci minilliklərə aid edilir.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1978, Ankara)— Türkiyə müğənnisi. Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Ellik yaşayış yeri
Еllik yаşаyış yеri — Ахаmət kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin ərаzisi əkin sаhəsinə çеvrildiyindən mədəni təbəqə tаmаmilə dаğılmış, аbidə ilkin fоrmаsını itirmişdir. Yаşаyış yеrinin ərаzisində аpаrılаn аrаşdırmаlаr zаmаnı kül yığınlаrı, bаd qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Оrtа əsrlərin inkişаf еtmiş və sоn dövrünə аiddir. Аşkаr оlunаn аrхеоlоji mаtеriаllаr XVI-XIX əsrlərə аiddir. Еhtimаl ki, yаşаyış yеrində dаhа əvvəlki dövrlərdə də yаşаyış оlmuşdur. Аbidəni XIV-XIX əsrlərə аid еtmək оlаr.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik məxluqlar və onların yaşadıqları yer (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016
Cədvəl
Green Baku (Yaşıl Bakı)
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.
Göy-yaşıl yosunlar
Göy-yaşıl yosunlar (Cyanophyta) — Yosunlar şöbəsi; prokariotlara aiddirlər. Göy-yaşıl yosunlarda nüvə materialı hüceyrə qilafının daxili qatından ibarətdir. Göy-yaşıl yosunlar üçün göy-yaşıl rəng xarakterikdir, lakin çəhrayı və qara rəngliləri də olur. 2000, SSRİ-də 1000-dən çox, o cümlədən Azərbaycan SSR-in daxili sularında 200-dək, Xəzər dənizində isə 100-dən çox növü məlumdur. Göy-yaşıl yosunlar dəniz və şirin suların bentos və planktonuna daxildir. Torpağın səthində, 80 °C-dək isti su mənbələrində, qarlı dağlarda və qütb vilayətində yayılmışdır. Bəzi növlərindən Çində və Çad Respublikasında qida kimi istifadə olunur.
Hal-hazırda yaşayan yüz dahi
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...

Digər lüğətlərdə