Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır.
== Botaniki təsviri ==
Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır.
== Ekologiyası ==
Rütubətsevən,torpağa az tələbkardır.
== Azərbaycanda yayılması ==
Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir.
== İstifadəsi ==
Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
== Məlumat mənbəsi ==
Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.