yarım-yarımçıq

yarım-yarımçıq
yarım-yarım
yarıma
OBASTAN VİKİ
Yarımçıq xatirələr
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Zənqi yarım
Zənqi yarım – Talış xalq mahnısı. Mahnı, SSRİ Xalq Artisti Rəşid Behbudovun ifasından sonra şöhrət qazanmışdır. Daha sonralar mahnı, İsrail Məmmədov və Azərbaycan xalq artisti Faiq Ağayev tərəfindən ifa olunmuşdur. Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış xalqının qədim adətlərinə görə, qadınlar bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində adət öz əksini tapır. Rəşid Behbudov-Zənqiyar Aydın Xan Əbilov. Bir Xalçanın İlmələri, Azərbaycanda yaşayan xalqların ədəbiyyat etnologiyası.
Yarımçıq əlyazma (roman)
Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman. Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib. Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.
Yarımçıq insanın etirafları
Yarımçıq insanın etirafları (人間失格, Ninqen Şikkaku, hərf. İnsanlığın diskvalifikasiyası) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən 1948-ci ildə yazılmış roman. Əsl kimliyini başqalarına göstərə bilməyən, daha sonra içki və narkotikə qurşanan problemli bir şəxsin hekayəsindən bəhs edir. Dazai romanı öz şəxsi təcrübələri əsasında yazdığı üçün avtobioqrafik əsər hesab olunur. "Yarımçıq insanın etirafları" postmüharibə dövrünün Yaponiya ədəbiyyatının klassiklərindən və Dazainin əsas əsərlərindən biri kimi qəbul olunur. Roman əsasında anime, film və manqa adaptasiyaları istehsal olunmuşdur. Roman Azərbaycan dilində ilk 2024-cü ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr olunmuş, Ofeliya Əliyeva tərəfindən tərcümə olunmuşdur. == Məzmun == "Yarımçıq insanın etirafları" romanında hekayə baş qəhrəman Oba Yozo (大庭葉蔵) tərəfindən yazılmış üç dəftər formasında təqdim olunur. Dəftərlər Obanın uşaqlıq illərindən 27 yaşına qədər olan həyatını əhatə edir. Hekayə dəftərləri yazıldıqdan 10 il sonra bir tanışı vasitəsilə əldə edən adsız bir şəxs tərəfindən nəql olunur. === Birinci dəftər === Güclü yadlaşma və başqalaşma hissinə qapılan Oba ətrafındakı insanları demək olar ki, başa düşə bilmir.
Səkkiz yarım (1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Yarımçıq xatirələr (film, 2015)
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Səkkiz yarım (film, 1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Yarım eşitsin məni (mahnı)
Yarımçıq qalmış mahnı (film, 1979)
Kinolent özfəaliyyət vokal-instrumental ansamblı, onun Krım və Qara dəniz sahillərinə uğurlu qastrol səfərləri haqqında danışır. Ansamblın solisti Mikayıl Məmmədbəyli (Fərhad Yusifov) Moskvada Böyük Teatrda təcrübə keçmək üçün dəvətnamə alır, lakin yaradıcılıq əməkdaşlığına sadiq qalaraq bu dəvətdən istifadə etmir. Filmdə Müslüm Maqomayevin "Vesenniy kray", "Prisnivshayasya pesenka", "Yesli v mire yest lyubov", "Mı dlya pesni rojdenı", "Moya lyubov" mahnıları səslənir. Filmdəki bütün mahnıları Müslüm Maqomayev ifa edir. Burada eyni zamanda gənc və istedadlı müğənninin yaradıcılıq yolunun başlanğıcından söhbət gedir. Film yazıçı Maqsud İbrahimbəyovun "Baritonla Orkestr üçün Konsert" povesti əsasında ekranlaşdırılmışdır. Film aktrisa Nataliya Tağıyevanın kinoda ilk işidir. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Maqsud İbrahimbəyov Quruluşçu operatorlar: Valeri Kərimov, Vladimir Dmitriyevski Bəstəkar: Müslüm Maqomayev Quruluşçu rəssam: Elbəy Rzaquliyev Səs operatoru: Kamal Seyidov Rejissor: Rafiq Dadaşov Geyim üzrə rəssam: Mahmud Aslanov Qrim edən: L. Kuznetsova Montajçılar: Tamara Nərimanbəyova, Nelli Mahmudova Operatorlar: Rəşid Nağıyev, Vaqif Muradov Rejissor assistentləri: Yusif Əlizadə (Yusif Əliyev kimi), Yusif Şeyxov Operator assistentləri: R. Səfərəliyev, R. Umudov Rəssam assistenti: E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Nadejda İsmayılova Musiqi redaktoru: Rauf Əliyev (R. Əliyev kimi) Çalır: Mərkəzi Televiziyanın Ümumittifaq Radiosunun Estrada-Simfonik Orkestri Dirijor : A. Mixaylov Mahnı ifa edənlər: Müslüm Maqomayev, "Samotsvetı" Vokal Ansamblı, "Qaya" Vokal Kvarteti Musiqilərindən istifadə edilən bəstəkarlar: Domeniko Modunyo, T. Babayev, Polad Bülbüloğlu, B. Çezare Filmin direktoru: Aydın Dadaşov, Semyon Qaragedov Müslüm Maqomayev — artist Fərhad Yusifov — Mikayıl Svetlana Toma — Məryəm Nataliya Tağıyeva (Nailə Bağırova kimi) — Xədicə Vladimir Tatosov — Tağıyev Rəfael Dadaşov-Adil Elçin Məmmədov — Seymur Yaşar Nuri (Yaşar Nuriyev kimi) — musiqiçi İdris Zeynalov — musiqiçi Mayak Kərimov — musiqiçi Aleksandr Nisanov — musiqiçi Anatoli Falkoviç — Nikolay Məlik Dadaşov — Filarmoniyanın direktoru Aleksandr Şarovski — ofisiant Muxtar Maniyev — Xədicənin qardaşı Hacımurad Yegizarov (Murad Yegizarov kimi) — kapitan Rafiq Əliyev (II) — kontor müdiri Yuri Mnatsakanov (Y. Mnatsakanov kimi) A. Kərimov Aleksandr Kşinovloqer Cahangir Aslanoğlu — küçədəki adam (titrlərdə yoxdur) Yusif Əlizadə-Zavod işçisi (titrlərdə yoxdur) Filmi səsləndirənlər: Rasim Balayev - Mikayıl (Fərhad Yusifov) )(titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli kinooperator, rejissor və ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Rasim İsmayılovun xatirəsinə həsr olunur. Filmdə "Səma ilə görüş", "Dağ meşəsindən keçərkən", "Yenilməz batalyon", "Sevil", "Yeddi oğul istərəm...", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Dədə Qorqud", "Sevinc buxtası", "Babək", "Şir evdən getdi", "Asif, Vasif, Ağasif", "Sizi dünyalar qədər sevirdim" filmlərinin, eləcə də "Danışan işıqlar" cizgi filminin kadrlarından istifadə edilmişdir.
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)

Digər lüğətlərdə