yarpaqbükən

yarpaqbükən
yarpaqayaqlılar
yarpaqbükənlər
OBASTAN VİKİ
Güvə yarpaqbükəni
Əncir odlucası (lat. Choreutis nemorana) — Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinin Odlucalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Erkəklərin bədənlərinin sonu düz formada, dişilərin bədənlərinin sonu isə aşağıya əyilmiş boru şəklində olur. Kəpənklər qəhvəyi rəngli olmaqla çox hərəkətlidirlər. == Həyat tərzi == Odlucanın tırtıl mərhələsi yarpaq və meyvələrə zərər verir. Zərərin dərəcəsi və xüsusiyyəti tırtılın yaşından asılı olaraq dəyişir: I yaş tırtıllar – yarpağa alt tərəfdən, kiçik pəncərələr şəklində yeyərək zərər verir. Digər yaş tırtılar – yarpağın üst hissəsinə keçərək, tordan yollar hörürlər və onun altında yarpağın əsas toxumalarını yeyirlər. Meyvələrə vurulan zərər onların sayının az və ya cox olmasından asılı olaraq dəyişir. Adətən, tırtıllar meyvələrin qabığını 1–2 mm qalınlıqda zədələyib yeyirlər. Kiçik ölçülü meyvələr (fındıq boyda) zərərverici ilə yoluxduqdan sonra quruyur və torla ağaca birləşərək orada qalırlar.
Qızılgül yarpaqbükəni
Qızılgül yarpaqbükəni (lat. Archips rosana L.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. Kəpənəyin qanadları açılmış halda 15–22 mm olmaqla, erkək fərdin qabaq qanadları tünd- bozdur. Yumurtası oval formada olub, yaşıl-göyümtül rəngdədir. Tırtılları isə bir neçə rəngin çalarlarına malikdirlər (tünd-yaşıl, açıq-yaşıl, sarımtıl- qəhvəyi), bədənin uzunluğu 18–20 mm-dir. İmaqo: A.rosanus yetkin fərdlərin ön qanadları qırmızımtıl-sarı, tünd-qəhvəyi ləkəlidir, qanadların ölçüsü 15–22 mm-dir. Arxa qanadlar qəhvəyi-bozdur. Pup: Pupları 10–12 mm-dir, sarımtıl-qəhvəyi rənglidir. Tırtıl': Tırtılların ölçüsü 18–20 mm-dir, rəngi açıq yaşıldan tünd yaşıla qədər dəyişir. Yumurta: Yumurtaları uzunsov-oval olub, əvvəlcə yaşılımtıl sonra isə qəhvəyimtil qonur rəngdə olur.
Yarpaqbükənlər
Yarpaqbükənlər (lat. Tortricidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Kəpənəklər xırda və ya orta ölçülüdür, qanadlarının açılışı 8 mm-dən 40 mm-dək dəyişir. Xeyli yoğun bədəni sıx tükcüklərlə örtülmüşdür. Üçbucaq və ya trapesiya formalı, bayır kənarı çəpinə kəsilmiş qabaq qanadları damvarı yığılır. Əksər növlərdə onların naxışı əlvandır, bir-birini əvəz edən müxtəlif formalı və rəngli xallardan və zolaqlardan, metal-parlaq xətlərdən ibarətdir. Bəzi növlərdə qanadlar boz və ya qonur olub, birrənglidir. Başı pulcuqlarla örtülmüşdür, gözləri çılpaqdır, gözcükləri var. Xortumcuğu inkişaf etmişdir. Bığcıqları nisbətən gödəkdir.
Yaşıl palıd yarpaqbükəni
Yaşıl palıd yarpaqbükəni (lat. Tortrix viridana Linnaeus)-Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ Yarpaqbükənlər (Tortricidae) fəsiləsinə daxil olan kiçik olçülü kəpənəkdir. İmaqo: T.viridana yetkin fərdlərinin qanadlarının açıq vəziyyətdə ölçüsü 18–23 mm-dir. Ön qanadları bulanıq-yaşıl, arxa qanadları qəhvəyi-boz və ya bozumtul rəngdə olub üzəri ağımtıl saçaqlıdır. Pup: Pupları tünd-boz rəngli, ölçüsü 9–10 mm-dir. Tırtıl: Tırtıllar kiçik yaşlarında boz rəngli, böyük yaşlara keçdikcə bozumtul-yaşıl rəngdə olur. Böyük yaşlı tırtıllar 15–19 mm uzunluqda olub, bədəni çox uzun tükcüklərə malik çoxsaylı qəhvəyi ziyillərlə örtülmüşdür.. Tırtıllar təbiətdə mart-aprelin əvvəllərində, tumurcuqların oyanması ilə bir vaxtda görünür. Yumurta Yumurtalarının diametri 0,7 mm, forması daha çox dəyirmidir, dorzo-ventral tərəfdən yastılaşmışdır. Yumurtaları yeni qoyulduqda parlaq-sarı, sonradan açıq-qəhvəyi olur..

Digər lüğətlərdə