YARPAQBÜKƏN

is. zool. Bitkilərin yarpaqlarına ziyan verən cücü.
YARPAQ
YARPAQBÜRÜŞDÜRƏN
OBASTAN VİKİ
Güvə yarpaqbükəni
GÜVƏ YARPAQBÜKƏNİ lat. Choreutis nemorana (Hübner, 1799)-Mikrolepidopterlərin Choreutidae fəsiləsinə daxil olan Choreutis nemorana növünü ilk dəfə Hübner 1799-cu ildə Avropadan təsvir etmişdir. == Yayılması == Ch.nemorana Kanar adalarından Aralıq dənizi bölgələrinə, Şimali Afrikadan Asiyaya qədər bütün ərazilərdə rast gəlinir [1]. Avropada xüsusilə Avstriya, İsveç və cənubi Almaniyada daha çox ziyan vurur [2, 3]. Ilk dəfə İsveçdə 2005-ci ildə, Almaniyada və Avstriyada isə 2006-cı ildə qeydə alınıb və əncirin potensial ziyanvericisi hesab olunur [4]. Azərbaycanda Ch.nemorana üzərində mütamadi müşahidələr aparılmış və xüsusilə Bakı şəhərində, Abşeron yarımadasının Mərdəkan, Bilgəh, Kürdəxanı, Pirşağa, Buzovna və s. qəsəbələrində, eyni zamanda Lənkəran, Astara, Dəvəçi və Füzuli rayonlarında ziyanvericinin tırtıl, pup və yetkin mərhələləri qeydə alınmışdır (Məhərrəmova, 2012 ). Morfoloji xüsusiyyətləri: Ch.nemorana-nın yumurtaları 0.5 mm-dir, dəyırmıdır, qəhvəyi-ağ rəngdədir. Tırtılları yaşılımtıl-sarıdır, üzərində sıra ilə qara nöqtələr var, ölçüsü 18–20 mm-dir. Pupu barama işərisində yerləşir, tünd qəhvəyi rəngdədir və ölçüsü 10–12 mm-dir.
Qızılgül yarpaqbükəni
Qızılgül yarpaqbükəni (lat. Archips rosana L.) — Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyin qanadları açılmış halda 15–22 mm olmaqla, erkək fərdin qabaq qanadları tünd- bozdur. Yumurtası oval formada olub, yaşıl-göyümtül rəngdədir. Tırtılları isə bir neçə rəngin çalarlarına malikdirlər (tünd-yaşıl, açıq-yaşıl, sarımtıl- qəhvəyi), bədənin uzunluğu 18–20 mm-dir.İmaqo: A.rosanus yetkin fərdlərin ön qanadları qırmızımtıl-sarı, tünd-qəhvəyi ləkəlidir, qanadların ölçüsü 15–22 mm-dir. Arxa qanadlar qəhvəyi-bozdur. Pup: Pupları 10–12 mm-dir, sarımtıl-qəhvəyi rənglidir. Tırtıl': Tırtılların ölçüsü 18–20 mm-dir, rəngi açıq yaşıldan tünd yaşıla qədər dəyişir. Yumurta: Yumurtaları uzunsov-oval olub, əvvəlcə yaşılımtıl sonra isə qəhvəyimtil qonur rəngdə olur. Yumurtaların üzəri kəpənəyin pulcuqları ilə qarışmış şəffaf mumabənzər maddə ilə örtülür.
Yarpaqbükənlər
Yarpaqbükənlər (lat. Tortricidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Xarici görünüşü == Kəpənəklər xırda və ya orta ölçülüdür, qanadlarının açılışı 8 mm-dən 40 mm-dək dəyişir. Xeyli yoğun bədəni sıx tükcüklərlə örtülmüşdür. Üçbucaq və ya trapesiya formalı, bayır kənarı çəpinə kəsilmiş qabaq qanadları damvarı yığılır. Əksər növlərdə onların naxışı əlvandır, bir-birini əvəz edən müxtəlif formalı və rəngli xallardan və zolaqlardan, metal-parlaq xətlərdən ibarətdir. Bəzi növlərdə qanadlar boz və ya qonur olub, birrənglidir. Başı pulcuqlarla örtülmüşdür, gözləri çılpaqdır, gözcükləri var. Xortumcuğu inkişaf etmişdir. Bığcıqları nisbətən gödəkdir.
Yaşıl palıd yarpaqbükəni
Yaşıl palıd yarpaqbükəni (lat. Tortrix viridana Linnaeus)-Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Yarpaqbükənlər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yarpaqbükənlər (Tortricidae) fəsiləsinə daxil olan kiçik olçülü kəpənəkdir. İmaqo: T.viridana yetkin fərdlərinin qanadlarının açıq vəziyyətdə ölçüsü 18–23 mm-dir. Ön qanadları bulanıq-yaşıl, arxa qanadları qəhvəyi-boz və ya bozumtul rəngdə olub üzəri ağımtıl saçaqlıdır. Pup: Pupları tünd-boz rəngli, ölçüsü 9–10 mm-dir.Tırtıl: Tırtıllar kiçik yaşlarında boz rəngli, böyük yaşlara keçdikcə bozumtul-yaşıl rəngdə olur. Böyük yaşlı tırtıllar 15–19 mm uzunluqda olub, bədəni çox uzun tükcüklərə malik çoxsaylı qəhvəyi ziyillərlə örtülmüşdür.. Tırtıllar təbiətdə mart-aprelin əvvəllərində, tumurcuqların oyanması ilə bir vaxtda görünür.Yumurta Yumurtalarının diametri 0,7 mm, forması daha çox dəyirmidir, dorzo-ventral tərəfdən yastılaşmışdır. Yumurtaları yeni qoyulduqda parlaq-sarı, sonradan açıq-qəhvəyi olur.. T.viridana yumurta mərhələsində qış diapauzası keçirir. == Həyat tərzi == T.viridana – işıq və isti sevən növdür.

Digər lüğətlərdə

одноимённый рачи́ха фили́ровать перифрази́ровать по-сосе́дски поболта́ться позна́ть посеща́ть прыща́вый субальпи́йский усиде́ть хлопкопряде́ние экосисте́ма дар Сев censure chimney money chop-house flux percussion bullet producible spent rocket subdeacon undissembled продержаться