yel dəyirmanı ilə vuruşmaq

to fight windmills / to tilt at windmills сражаться с ветряными мельницами
yekun vurmaq (yekunlaşdırmaq)
yel haradan əsdi
OBASTAN VİKİ
Yel dəyirmanı
Yel dərmanı (ing. Windmill, alm. Windmühle‎, rus. Ветряная мельница) — enerji əldə etmək üçün küləyin gücündən faydalanaraq hərəkət gələn iri çarxlı qurğu. Qədim zamanlardan yel dərmanları buğdanı üyütmək və su ehtiyatını qorumaq üçün istifadə olunmuşdur. Orta əsrlərdə Hollandiyada yerləşən yel dərmanları sahildə toplanan suyu təziqlə geri vururdu. Texnikanın sürətlə inkişaf etməsi nəticəsində yel dərmanlarının əhəmiyyəti müəyyən qədər azalmışdır. Orta əsrlərdə yel dərmanlarından əsasən kənd təsərrüfatında istifadə olunurdu. Enerji əldə etmək üçün ilk yel dərmanı 1890-cı ildə Danimarkada tikilmişdir. Yel dərmanlarının növu və hərəkətə gəlməsi küləyin sürəti, istiqaməti və hündürlüyünə əsaslanır.
Şar dəyirmanı
Şar dəyirmanı — möhkəm materialları əzmək üçün qurğu. Əsasən rənglərdə, pirotexniki vasitələrdə(müəyyən effekt-fişəng vəya siqnal, yanacaq tərkibli-alov, yardırıcı vasitələr) və keramikada istifadə olunan toz məhsulu istehsalında istifadə olunur. Şar dəyirmanı sement, əhəng, gips, keramika məhsulları və s. istehsalı zamanı materialı ən az 1/10 ölçülərində əzmək üçün istifadə olunur. Üyütmə prosesi böyük enerji sərfiyyatı və xərclərinə görə fərqlənir. Şar dəyirmanlarında materialın üyüdülməsi barabanın daxilindəki boşluğun içində fırlanaraq əzəlməsi şəklində baş verir. Üyütmə obyektlərinin (şar, millər) fırlanması zamanı və üyüdülən obyektlər ("yük" adlanan) əvvəlcə dairəvi trayektoriya üzrə barabanla bir hərəkət edir, sonra isə parabolaya çevrilir. Yüklərin bir hissəsi fırlanma oxuna yaxın yerləşir, aşağı təbəqəyə doğru sürüşür. Materiallar aşınma nəticəsində xırda tərkiblər və material hissəciklərinin nisbi hərəkəti zamanı zərbələr nəticəsində üyüdülür. Şar dəyirmanları iki cür olur: laboratoriyada və sənayedə istifadə olunan.
Ağ yel
Ağ yel - Azərbaycan ərazisində, yüksək temperatur və aşağı rütubəti ilə seçilən külək. == Ümumi məlumat == Ağ yellər mürəkkəb meteoroloji hadisədir və havanın aşağı nisbi rütubətinin (30%-dən az) , havanın yüksək temperaturunun ( 25 C-dən yuxarı) , küləyin böyük sürətinin (5 m/san-dən çox) birgə təsiri ilə xarakterizə olunur.Belə kompleks amillər yüksək buxarlanmaya səbəb olur ki, bu da bitkilərin su balansının pozulmasına gətirib çıxarır. Nəticədə kənd təsərrüfatı bitkilərinə öldürücü ziyan dəyir, məhsuldarlıqları aşağı düşür. Ağ yellər bitkiçiliyə mənfi təsir edən əsas amillərdəndir. Onların geniş şəkildə öyrənilməsinə keçən əsrin əvvəllərində başlanmış və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Bu sahənin inkişafında kemiş SSRİ alimlərinin qatqısı çox mühüm rol oynayır. Ağ yel kimi təhlükəli hadisəyə qarşı mübarizə tədbirlərinin görülməsi üçün onların təsir gücünü və coğrafi arealını müəyyənləşdirmək lazımdır. Azərbaycanda Kür-Araz ovalığı, Naxçıvan MR ərazisinin 1500 metr yüksəkliyi olan ərazilərdə, Böyük və Kiçik Qafqazın dağətəyi ərazilərində müşahidə edilir. Bu hava axını ölkəmiz üçün yerli hava kütlələrindən biridir. Onlar əsən zaman temperature 35°-40 °C-yə qədər artır, hətta bəzi hallarda daha çox olur.
Qara yel
Qara yel - küləyin əsmə istiqaməti baxımından ağ yelin əksidir. Belə ki, qara yel şimal-qərbdən əsməsi ilə seçilir. Sürəti yüksək olduqda torpaqlarən tozanaqlığı artır. Torpaq eroziyasını artırır. Deflyasiya xüsusi ilə yaz-payız ayları əkin sahələrinin şumlanması zamanı güçləndirir. İl boyu əsə bilir. İsti aylarda çox güçlü ola bilir. Bu zaman dam örtüklərini uçurur, ağacları isə slndırması ilə seçilir. Xüsusi ilə Kiçik Qafqazın şimal-şərq hissələrində (Daşkəsən, Gədəbəy, Tovuz, Tərtər, Goranboy) böyük fəsadlar törədir. Abşeron yarımadasında və ona yaxın ərazilərdə qışda və yayda demək olar ki, eyni istiqamətli, yə'ni, əsasən şimal-qərb, şimal, şimal-şərq, Kür çayının deltası sahəsində qışda şimal-şərq və qərb, yayda şərq, cənub-şərq küləkləri hakim olur.
Yel Ana
Yel Ata
Yel Kolleci
Yel Kolleci — Yale Universitetinin liberal sənət kollecidir. 1701-ci ildə qurulan bu universitetin əsl məktəbidir. Universitetin digər məktəbləri 1810-cu ildən etibarən təsis edilmiş olsa da, Yale bütün Yale Kolleci olaraq 1887-ci ilə qədər tanındı və məktəbləri birləşdi və universitet Yale Universiteti kimi adlandırıldı. İlk olaraq, Tərəfdaş nazirləri hazırlamaq üçün qurulan kollec, 18-ci əsrin sonlarına qədər humanitar və təbiət elmləri tədris etməyə başladı. Eyni zamanda, tələbələr sinifdənkənar təşkilatları, ilk ədəbi cəmiyyətləri və sonrakı nəşrləri, idman komandaları və oxuma qrupları təşkil etməyə başladılar. 19-cu əsrin ortalarına qədər, ABŞ-də ən böyük kollec idi. 1847-ci ildə, 20-ci əsrin ortalarında kollecə daxil olan Şeffild Elmi Məktəbinin Yale-də yerləşən bir başqa lisenziya dərəcəsi verən məktəb də iştirak etdi. Bu birləşdirilmiş tədris proqramı tələbələr üçün günümüzün liberal tədris proqramının əsasını qoydu, hansı ki şagirdlərin müstəsna ixtisas səviyyəsində xarici dil, inşa, elmlər və kəmiyyət əsasları daxil olmasını tələb edir. Bakalavr həyatının ən fərqli xüsusiyyəti 1932-ci ildə qurulan və İngilis universitetlərinin təsis edilmiş məktəblərindən sonra modelləşdirilmiş yaşayış məktəblərinin tədris-bina sistemidir. Bütün məzunlar, bu kolleclərdə birinci sinifdən sonra, ən çoxu məktəbin Köhnə Binasında yaşayırlar.
Yel Universiteti
Yale Universiteti — ABŞ-nin ən məşhur universitetlərindən biri. Amerikanın ən qədim şəhərlərindən biri olan Nyu-Heyvendə yerləşir. Nyu-Heyven 125 min əhalisi olan liman şəhəridir, Nyu-Yorkdan 120 kilometr şimal-şərqdə və Bostondan 200 kilometr cənub-qərbdədir. Yale 1701-ci ildə yaradılıb, bura 12 bölmə daxildir: dörd illik bakalavr dərəcəsi verən Yale Kolleci; dəqiq, təbii və humanitar elmlər, eləcə də hüquqşünaslıq, tibb, biznes, ətraf mühitin mühafizəsi, ilahiyyat, memarlıq, musiqişünaslıq, rəssamlıq, aktyorluq və s. ixtisaslar üzrə aspiranturadır. Universitetin təməli olan Yale Kollecinin proqramı genişliyi və dərinliyi ilə seçilir. Hər il 65 kafedra tərəfindən 2000-dən çox kurs təklif edilir. Ənənəyə uyğun olaraq universitetin professor-müəllim heyəti tələbələrin təhsilinə xüsusi diqqət yetirir. Giriş fənlərinin çoxu əməkdar alimlər və professorlar tərəfindən aparılır. 1640-cı ildə müstəmləkəçi keşişlər Nyu-Heyven kollecinin yaradılması məqsədilə fəaliyyətə başlayıblar.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Yel iyesi
Yel iyəsi
Yel çərşənbəsi
Yel çərşənbəsi — Novruz bayramının üçüncü çərşənbəsi. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır.
"Sədərək" un dəyirmanı
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dərnəgül Dəyirmanı (1991)
Həsən Dəyirmanı (Talış)
Həsən Dəyirmanı (fars. حسن دايرمان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (31 ailə).
Skobelev qardaşlarının dəyirmanı
Skobelev qardaşlarının dəyirmanı — Bakıda malakan Sergey və İvan Skobelev qardaşları tərəfindən tikilmiş dəyirman binası. Bəzi mənbələrdə onların bu dəyirmanı Hacı Zeynalabdin Tağıyevlə birlikdə tikdirdikləri də qeyd olunub. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 1820-ci ildən başlayaraq, malakanlar öz dini inanclarına görə Cənubi Qafqaza, Krıma, Sibirə və digər ərazilərə sürgün ediliblər. Azərbaycanın da bir çox bölgələrinə köçürülən malakanlar əsasən kənd təsərrüfatı ilə məşğul olublar. Skobelev qardaşları 1860-cı ildə Bakıya köçməmişdən qabaq Mərəzə kəndində əkinçiliklə məşğul olublar. Bakıya gəldikdən sonra onlar ikinci malakan icmasının üzvü olublar. Sergey və İvan Skobelev qardaşları 1872-ci ildə Bakıda 2 buxar maşınlı dəyirmanın əsasını qoyurlar. Skobelev qardaşları 1902-ci ildə Bakıda yeni dəyirmanı tikmək üçün Bakı Şəhər Dumasına müraciət etdikdə 1902–1904-cü illərdə Bakı Şəhər Dumasının sədri olmuş Aleksandr Novikov buna qarşı çıxıb.O bunu onunla əsaslandırırdı ki onların dəyirmanı tikmək istədikləri ərazi gələcək 10 ildə şəhərin mərkəzinə çevriləcək. Yaratdığı səs küy və narahatlığa görə o dəyirmanın şəhərin kənarında tikilməsini istəyirdi.
Qızıl yel xəstəliyi
Qızıl yel xəstəliyi — dərinin kəskin infeksion iltihabi xəstəliyi. Əsasən aşağı ətraflarda qızartılı və ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir. Qızıl yel kəskin bakterial bir infeksiyadır. Yaranmasında bakterial iştirak edir. Bu problemi ən sıx streptokokklar qrupuna aid olan bakteriyalar törədir. Lakin qızılı stafilokokklar, qram neqativ bakteriyalar və anaerob mikroblar da bu xəstəliyi nadirən olsa da törədə bilər. Əsasən aşağı ətraflarda xüsusən baldırda və ayaq pəncəsində qızartı, ağrı, şişmə və istilik ilə özünü göstərir. Qızdırma və halsızlıq daha ağır formalarda özünü göstərə bilər. Xəstəlik dərinləşərək yumşaq toxumada irinli abseslərə səbəb ola bilər.
Tanrıların yel dəyirmanları
Tanrıların yel dəyirmanları (ing. Windmills of the Gods) — Sidni Şeldonun 1987-ci ildə Triller janrında yazdığı romandır. 1987-ci ildə bu əsərin əsasında mini-serial çəkilmişdir.
Yel Universiteti mətbuatı
Yel Universiteti mətbuatı (ing. Yale University Press) — 1908-ci ildə qurulmuşdur. 1961-ci ildə rəsmi olaraq maliyyə baxımından müstəqil olaraq Yel Universitetinin şöbələrindən birinə çevrildi. Naşir Konnektikut ştatının Nyu-Heyven şəhərindədir; Londonda bir filial var. Bu, İngiltərədə filialı olan bir neçə Amerika universiteti nəşriyyatından biridir. Bu filial nəşriyyatın çap etdiyi kitabların demək olar ki, üçdə birini nəşr etdirir. 2009-cu ilə kimi nəşriyyat hər il təxminən 300 yeni adda sərt örtükdə və təxminən 150 yumşaq örtükdə kitab nəşr edir. Nəşriyyatın çapdakı kitablarının ümumi çeşidi 6000-ə yaxındır. Ən məşhurları sənət və memarlıq mövzusunda nəşrlərdir; bu sahədə aparıcı nəşrlərdən biridir . Siyasi elmlər, fəlsəfə, tarix, bibliya araşdırmaları və fantastika mövzusunda kitablar da nəşr olunur.
Dərnəgül dəyirmanı (film, 1991)
Külək: Yel kürəsinin şahzadəsi
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Külək - Yel kürəsinin şahzadəsi
Külək - Yel kürəsinin şahzadəsi — Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı ilk fentezi janrında roman. Azərbaycanlı yazıçı Xülya Sabirli tərəfindən yazılmış Külək trilogiyasından olan ilk romandır. Roman oxucunu yaşadığı dünyaya kənardan – Yel kürəsindən baxmağa sövq edir. Bu səyahət zamanı isə onu Külək müşayiət edir. Külək Yel kürəsini və onun mərkəzi Bakını xilas etmək üçün atası İşığa yardım eləməyə qərarlıdır. Lakin buna müvəffəq olmaq heç də asan deyil. Üstəlik, Yer kürəsinin də taleyi indi bu balaca qızdan asılıdır. Buna baxmayaraq, Külək anası Umayın nağıllarından, atası İşığın məsləhətlərindən və Simurq quşunun qorumasından güc alaraq, bu amansız yolda inamla addımlayır. Romanda Bakı şəhəri, Qız Qalası, İçərişəhər, Bayıl qalası, Atəşgah, Qobustan və digər tarixi məkanların mistik üzü oxucuya təqdim olunub. Külək (superqəhrəman)- Yel Kürəsinin şahzadəsi və romanın əsas personajıdır.
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.