YOXLAMA

I. i. 1. verification, control, check-up; examination; pasportları ~ examination of passports; seçmə ~ selective control; 2. (sənəd) certificate; sağlamlıq haqqında ~ health certificate

II. s. control; ~ komissiyası control committee; ~ iş (məktəbdə) test

YOXA-ÇIXMA
YOXLAMAQ
OBASTAN VİKİ
Yoxlama
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Normativ yoxlama
Normativ yoxlama (ing. Authority control) — kitabxana elmində kataloq və biblioqrafik məlumatların yeganə və bənzərsiz bir ad verilərək keçirilməsi prosesi. Bu unikal başlıqlar ardıcıl olaraq kataloqda istifadə olunur və digər təşkilati məlumatlarla, məsələn arayışlar ilə işləyir. Hər bir başlıqda tətbiqetmənin və istifadənin hədləri haqqında qısa bir məlumat var, bu təşkilat kitabxana işçilərinə kataloqu yeniləməyə kömək edir və tədqiqatçıların işini asanlaşdırır. Kataloqatçılar, hər bir obyekti (müəllif, kitab, seriya, naşir) özünəməxsus bir mətn identifikatoru təyin edirlər, bu giriş, təxəllüs və ya kriptonimin bir variantı olsa belə, bu varlığa aid bütün istinadları bənzərsiz təsvir etmək üçün istifadə olunur. Unikal bir başlıq, əlaqəli qurumlar haqqında məlumat daxil olmaqla, bütün müvafiq məlumatları əldə etməyə imkan verir. Normativ yoxlama bir verilənlər bazasında yerləşə bilər və digər qurumlarla və digər məlumat bazaları ilə əlaqələri ehtiva edə bilər. Buna görə normativ nəzarət bir növ biblioqrafik nəzarət və normativ lüğətdir. Nəzəri cəhətdən hər hansı bir məlumat normativ yoxlamaya məruz qalsa da (şərti adlar, şəxsi adlar, firma adları), kitabxanalardakı kataloqlar ümumiyyətlə müəlliflərin və kitabların adları ətrafında cəmlənir. Konqres təsnifatı kitabxanası oxşar bir funksiyanı yerinə yetirir, baxmayaraq ki, ümumiyyətlə ayrıca nəzərdən keçirilir.
Fakt-yoxlama
Fakt yoxlama — şübhəli xəbərlərin və ifadələrin faktiki düzgünlüyünün yoxlanılması prosesi. Fakt yoxlama mətnin və ya məzmunun dərc edilməsindən və ya başqa şəkildə yayılmasından əvvəl və ya sonra aparıla bilər. Daxili fakt yoxlaması qeyri-dəqiq məzmunun dərc olunmasının qarşısını almaq üçün naşir tərəfindən aparılan yoxlamadır. Lakin faktı üçüncü tərəf yoxladıqda, bu proses artıq xarici fakt yoxlama adlanır. Tədqiqatlar göstərir ki, faktların yoxlanması həqiqətən də vətəndaşlar arasında təsəvvürləri düzəldə bilər, həmçinin siyasətçiləri yalan və ya çaşdırıcı iddialar yaymaqdan çəkindirə bilər. Bununla belə, düzəlişlər zaman keçdikcə azala bilər və ya daha az dəqiq iddialar irəli sürən elitaların göstərişləri ilə təzyiq altında qala bilər. Siyasi faktların yoxlanılması bəzən publisistika kimi tənqid olunur. ABŞ siyasətindəki fakt yoxlayıcılarının nəzərdən keçirilməsi fakt yoxlamanın yanlış təsəvvürləri azaltmaq üçün effektiv bir yol olub-olmaması və metodun etibarlı olub-olmaması ilə bağlı qarışıq bir nəticə göstərir. == Tarixi == 1850-ci illər və daha sonrakı tarixlərdə çıxan sensasiyalı qəzetlər daha faktiki mediaya tədricən ehtiyac yaradırdı. Kolin Diki faktların yoxlanmasının sonrakı təkamülünü təsvir etmişdir.
Fakt yoxlama
Fakt yoxlama — şübhəli xəbərlərin və ifadələrin faktiki düzgünlüyünün yoxlanılması prosesi. Fakt yoxlama mətnin və ya məzmunun dərc edilməsindən və ya başqa şəkildə yayılmasından əvvəl və ya sonra aparıla bilər. Daxili fakt yoxlaması qeyri-dəqiq məzmunun dərc olunmasının qarşısını almaq üçün naşir tərəfindən aparılan yoxlamadır. Lakin faktı üçüncü tərəf yoxladıqda, bu proses artıq xarici fakt yoxlama adlanır. Tədqiqatlar göstərir ki, faktların yoxlanması həqiqətən də vətəndaşlar arasında təsəvvürləri düzəldə bilər, həmçinin siyasətçiləri yalan və ya çaşdırıcı iddialar yaymaqdan çəkindirə bilər. Bununla belə, düzəlişlər zaman keçdikcə azala bilər və ya daha az dəqiq iddialar irəli sürən elitaların göstərişləri ilə təzyiq altında qala bilər. Siyasi faktların yoxlanılması bəzən publisistika kimi tənqid olunur. ABŞ siyasətindəki fakt yoxlayıcılarının nəzərdən keçirilməsi fakt yoxlamanın yanlış təsəvvürləri azaltmaq üçün effektiv bir yol olub-olmaması və metodun etibarlı olub-olmaması ilə bağlı qarışıq bir nəticə göstərir. == Tarixi == 1850-ci illər və daha sonrakı tarixlərdə çıxan sensasiyalı qəzetlər daha faktiki mediaya tədricən ehtiyac yaradırdı. Kolin Diki faktların yoxlanmasının sonrakı təkamülünü təsvir etmişdir.
Yoxlama (film, 2006)
== Məzmun == Habil (Əjdər Həmidov) sadə adamdır. Vergilər Nazirliyində işləyir. Lakin dostu Rokun öldürülməsindən sonra onun həyatı tamamilə dəyişir, dostunun başa çatdıra bilmədiyi tədqiqat işini bitirməyə söz verir. Lakin onun seçdiyi bu yol çox təhlükəli və amansızdır. == Festivallar və mükafatlar == 1)2006-cı il IX Avrasiya Teleforumun əsas mükafatına - Qran-Priyə layiq görülmüşdür. Filmin rejissoru Vaqif Mustafayevə Xüsusi Mükafat verilmişdir. == Film haqqında == Film 8 seriyadan ibarətdir. Filmdəki trüklərin əksəriyyətini aktyor Əjdər Həmidov özü həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) === Baş məsləhətçi: Fazil Məmmədov (Azərbaycan Respublikası Vergilər Naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri) Quruluşçu rəssam: Ağarəhim Əliyev, Vyaçeslav Vidanov Geyim rəssamı: Tahir Tahirov Qrim rəssamı: Tomaş Matraşek Montaj edən: Etibar Həsənov Səs rejissoru: İqor Muqanov Səs operatoru: Vidadi Samanduyev Bəstəkar: Yevgeni Doqa Quruluşçu operator: Aleksey Koluzov, Valentin Piqanov Ssenari müəllifi: Vaqif Mustafayev, Aleksandr Polozov İcraçı prodüser: Aslan Məmmədhəsənov Quruluşçu rejissor: Vaqif Mustafayev Səs mühəndisi: Roman Məmmədov Rejissor: Zilli Namazov, Adil İsmayılov, Atəş Davudov Operator: Rafiq İsmayılzadə, Zaza Tsomaya Dekor rəsamı: Rövşən Mehdiyev, Kamal Qarayev, Elyaz Səfərov Rənglərin korreksiyaçısı: Viktor Şaprinski Kaskadyor qrupunun rəhbəri: Vyaçeslav Uşanov Kaskadyorlar: Aleksey Uşanov, Əli Məmmədov, Andrey Yeremin Rekvizit: Elmar Orucov Geyim: Faiq Əliyev (III) Pirotexnik: Elşad Ağabəyov İşıq ustası: Elçin Nağıyev İşıqçı: Emin Bədirov(Emil Bəbirov kimi), Şəmsi Qədirov, Asif Babayev, Ramil Xələfov, Şahin Mustafayev Sürücü: Taleh Məmmədov, Fərrux Mustafayev, Vüqar Mustafayev, Bül. Məmmədli, Novruz Həsənov, Mehdi Muradov Fəhlə: Teymur Həsənov (II), Natiq Məmmədov (II), Hafiz Qəmbərli İnzibatçı: Cavanşir Cəlilov İcraçı direktor: Fəxrəddin Qasımov, Abbas Məmmədəliyev Musiqi redaktoru: İsmayıl Dadaşov Musiqi ifaçısı: Ceyhun İsmayılov, Ənvər Sadıqov, İsgəndər Ələkbərov Redaktor: Elnur Məmmədov (II), İlyas Tapdıq Mətni oxuyan: Rafiq Əliyev (II) === Rollarda === Əjdər Həmidov — Habil Dadaşov Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Direktor Nuriyyə Əhmədova — Həlimə Vyaçeslav Şaleviç — Qəzənfər əmi Nodar Mqaloblişvili — Çolaq Valeri Qarkalin — Rok Məmmədov İlya Rutberq — Emmanuil Səidə Quliyeva — lal-kar qonşu Vsevolod Şilovski — Müdir Arif Kərimov — rəis Səmədov Arif Qasımov — Baş Mühasib Rauf Məmmədov (II) — Plombir (Əhməd Əhmədov) Mənsur Məmmədov — Zavod işçisi Arif Bağırzadə Gülşad Baxşıyeva — Zavod işçisi Nataliya Aşumova — Vialetta Mahmud Cəbrayılov Tünzalə Əliyeva — Katibə Bəhram Bağırzadə — Nazirlik işçisi Vado Korovin — Nazirliyin əməkdaşı Muxtar Maniyev — Sürücü Qərinə Kərimova Larisa Vinoqradova — Emmanuilin qonşusu Ağarəfi Rəhimov Elmira Şabanova — Əhmədin qohumu Arzu Hüseynov — Zavod işçisi Şəfiqə Qasımova Mehriban Abdullayeva İlham İbrahimov Hicran Nəsirova Eldar Həsənov Füzuli Nəsirov Rəhman Rəhmanov — Oğru Rafiq İbrahimov — Oğru Rafiq Əliyev Rahib Əliyev Fuad Osmanov Ələsgər Muradxanlı Əfqan Soltanov Aydın Əliyev — Nazirlik işçisi Rüstəm Rüstəmov Əlisurət Məmmədov Murad Muradov Nurəddin Nəzərov Bəxtiyar Kərimov Vahid Əliyev Esmiralda Şahbazova Faiq Əliyev Rövşən Kərimduxt Aleksey Saprıkin (Aleksey Şaprikin kimi) Rasim Babayev (II) Altay Zahidov-Rəis İqrar Salamov Mehdi Muradov Vüsal Məmmədov Fərrux Mustafayev Bül.
Məhdudiyyət yoxlaması
Məhdudiyyət yoxlaması (ing. limit check) – proqramlaşdırmada: müəyyən informasiyanın məqbul məhdudiyyətlərə uyğunluğunu yoxlamaq üçün test. Məsələn, verilmiş massivin elementlərindən savayı bütün yaddaşı yeniləyən (yenidən yazan) proqram bu massivə daxil olmayan bütün verilənləri silir. Buna görə də məhdudiyyət yoxlaması proqramlarda tez-tez istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Audit yoxlaması
Audit yoxlaması — müəssisə və ya təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditor tərəfindən maliyyə hesabatlarına dair təqdim edilmiş sənədlər əsasında aparılan audit. Audit məcburi ola bilər, yəni qanunla müəyyən edilmiş müəyyən müddətlərdə, təşəbbüskar isə müəssisə (təşkilat) rəhbərliyinin qərarı ilə həyata keçirilə bilər. Auditor mühasibat balansı məlumatlarının və müəssisənin maliyyə nəticələrinin etibarlılığını təsdiq etdikdə auditin nəticələri müsbət, təsdiq etmədikdə isə mənfi ola bilər. == Auditlərin mərhələləri və xüsusiyyətləri == Auditin mərhələlərlə aparılmasının üstünlüyü ondan ibarətdir ki, müştəri cari hesabat dövrünə dair rəy almaq və cari maliyyə ilinin sonunadək dəyişikliklər etmək imkanına malikdir. === Auditor qiymətləndirir === müştərinin biznesinin xüsusiyyətləri təşkilati və daxili nəzarət nəzərdən keçirilən dövrdə mühüm hadisələr müştərinin fəaliyyətini tənzimləyən qanunlara uyğunluq ən böyük əməliyyatlar üçün: təsdiqedici sənədlərin yoxlanılması əməliyyatların mühasibat uçotu registrlərində və maliyyə hesabatlarında əks etdirilməsi anbarlardakı malların əhəmiyyətli qalıqlarının inventarlaşdırılmasında iştirak === Auditi kim aparır === Audit fəaliyyəti audit təşkilatları və ayrı-ayrı auditorlar tərəfindən həyata keçirilir.

Digər lüğətlərdə