zirehli

sif. 1) blindé, -e ; cuirassé, -e ; ~ qatar train m blindé ; ~ maşın voiture f blindée ; ~ qapı porte f blindée ; ~ alay hərb. régiment m blindé ; ~ diviziya hərb. division f blindée ; 2) zool. testacé, -e ; ~ heyvanlar testacés m pl ; ~ onurğasızlar invertébrés m pl testacés

zirehlənmək
zirə
OBASTAN VİKİ
Altıqurşaqlı zirehli
Altıqurşaqlı zirehli (lat. Euphractus sexcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Argentina, Boliviya, Braziliya, Uruqvay, Paraqvayda və Surinamda ayrı-ayrı populyasiyalar mövcuddur. Bədəni sarımtıl rənglidir, bəzən tünd və ya açıq qırmızı qəhvəyi olur. Monotipik Euphractus cinsinə aiddir. Bir çox biotoplarda, yağışlı meşələrdən çəmənliklərə qədər olan ərzilərdə yayılmışdır. Əsasən açıq ərazilərdə, Serrado savannasında müşahidə olunurlar. Hər şey yeməsi ilə seçilir, müxtəlif bitki və heyvanlarla qidalanır. Şikarını yuvasında parçalayır. Əksər zirehli növlərindən fərqli olaraq, əsasən gündüz həyat tərzi keçirir.
Nəhəng zirehli
Nəhəng zirehli (lat. Priodontes maximus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Fəsilənin ən iri nümayəndəsidir. Bu növ nəsli kəsilməyə həssas hesab olunur. Bədən uzunluğu 75 ilə 100 sm, çəkisi 18 ilə 32 kq arasındadır (qapalı vəziyyətdə 60 kq-a qədər). Nəhəng zirehli hazırda yayılmış ən böyük zirehlidir. Onların zirehi yüksək dərəcədə hərəkətlidir və çoxsaylı seqmentlərə bölünür. Uzunluğu 50 sm-ə qədər olan quyruq beşbucaqlı pulcuqlarla örtülmüşdür. Canlının zirehi qəhvəyi bir rəngə malikdir, qarnı isə nisbətən açıq rəngdədir. Boruya bənzər ağzında 100-ə qədər diş vardır.
Qısaburun zirehli
Qısaburun zirehli (lat. Lepisosteus platostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Xallı zirehli
Xallı zirehli (lat. Lepisosteus oculatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Zirehli-alliqator
Missisipi zirehlisi və ya Zirehli-alliqator (lat. Atractosteus spatula) — atractosteus cinsinə aid heyvan növü. Amerika qitəsindəki iri çaylarda yaşayır. .
Zirehli balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Zirehli durnabalıqları
Zirehli durnabalıqları (lat. Lepisosteidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Zirehli dəbilqə
Zirehli dəbilqə müharibə üçün hazırlanmış xüsusi bir dəbilqə növüdür. Döyüş şəraitində başı güllə, zərbə və partlayışlardan qoruyur. Qabaqcıl modellərdə qulaqlıq və mikrofon kimi avadanlıqlar ola bilər. Məlumdur ki, dəbilqə ilk dəfə eramızdan əvvəl 900-cü ildə Aşşurlular tərəfindən istifadə edilmişdir. Qədim Yunanıstanda və Qədim Romada; Orta əsrlərdə və 1600-cü illərin sonuna qədər bir çox ordu tərəfindən istifadə edilmişdir. SPECTRA Fransa - Fransız Ordusu, Danimarka Ordusu, BMT Sülhməramlı Qüvvələri tərəfindən istifadə olunur. MICH TC-2000 ABŞ - ABŞ ordusu tərəfindən təkmilləşdirilmişdir. Hafifsıklet Miğfer ABŞ - ABŞ Hərbi Donanması tərəfindən istifadə olunur. Mk. 6 Birləşmiş Krallıq - Britaniya Ordusu tərəfindən istifadə olunur.
Zirehli maşın
Zirehli avtomobil tarixi kəşf, daxili təhlükəsizlik, silahlı müşahidə və digər sub-müharibə missiyaları üçün istifadə olunan yüngül təkərli zirehli döyüş nəqliyyat vasitəsidir..
Zirehli molyusklar
Zirehli molyusklar (lat. Polyplacophora) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. İkitərəfli simmetrik yumşaq bədən yarımdairəvi başdan, daxili kisədən və enli ayaqaltıyabənzər ayaqdan ibarətdir. Tənəffüs ibtidai molluskalara xas olan çoxsaylı qoşa qələsəmələr vasitəsilə həyata keçirilir. Yumşaq bədən üst hissədə zirehlə mühafizə olunub. Xitonlar zirehi kirəmit kimi bir-birinin üzərinə yatan mütəhərrik bir-birinə bağlanmış hamar və ornamentli səkkiz lövhədən ibarətdir. Xitonlar evriqalin formalar olub, əsasən, dayazlıqda məskunlaşırlar, lakin bəzən 4000 m-dək dərinlikdə rast gəlinir. Xitonlar yosunlarla və ya foraminiferlərlə, nadir hallarda süngərlərlə qidalanır. Xitonlar qazıntı halında gec kembridən məlumdur, müasir nümayəndələri Qara dənizdə, Şimal və Uzaqşərq dənizlərində yaşayır.
Zirehli transportyor
Zirehli transportyor (ZTR) piyada qoşun hissələrinin döyüş ərazisinə təhlükəsiz şəkildə çatdırılması məqsədilə hazırlanmış zirehli döyüş maşını növüdür. Zirehli transportyoru piyadanın döyüş maşınından fərqləndirən əsas cəhət onların daşıya bildikləri silah sistemləridir. Əsas etibarilə müxtəlif çaplı pulemyotlarla təchiz olunan bu kimi döyüş maşınları bəzi hallarda geri təpməsiz top, tank əleyhinə idarəolunan raket və ya minaatanla da silahlana bilər. Birbaşa döyüş əməliyyatları üçün dizayn olunmayan bu maşınlar əsasən daşıdıqları hərbçiləri şrapnel yaralanmasından və düşmən pusqusu zamanı atəşdən qorumaq vəzifəsi daşıyır. Bu nəqliyyat vasitəsinə nisbətən daha möhkəm zirehlə örtülü olan zirehli döyüş maşınları isə birbaşa döyüşdə iştirak etmək üçün yaradılmışdır. Müasir dövrdə bir çox ölkənin silahlı qüvvələrində istismar olunan ZTR-lərə ABŞ istehsalı M113, Rusiya istehsalı BTR-60, BTR-70, BTR-80 və s. misal göstərmək olar.
Zirehli qüllə
Turret — gəmilərdə və ya qalalarda topun maşın hissəsini və topçuları qoruyacaq şəkildə düzəldilmiş zirehli qüllə. Burada bir və ya daha çox silah ola bilər. Günümüz döyüş gəmilərində bu bölüm dönərək hərəkət edə bilməkdədir. turret quruluşu, ilk boynuna götürdüyü personalı və silaharı qoruma funksiyasının yanında, yağışlı havalarda da üstünlük təmin etməkdədir. turret qurğusu, ümumiyyətlə gəminin göyərtəsinə fiziki olaraq bağlı olmayıb; yalnız bir oyuq üzərində hərəkət edəcək şəkildə nəzərdə tutulmuşdur. Bu da, gəminin Alabora olması vəziyyətində taretin düşə biləcəyi mənasını verər. Capt. S. W. Roskill, RN, HMS Warspite, Classics of Naval Literature, Naval Institute Press, 1997 ISBN 1-55750-719-8 The Nelson design was an adaption of an earlier planned battleship with two turrets before the bridge and a single one behind the bridge but in front of the aft superstructure.
Zirehli tibb maşını
Zirehli tibb maşını - silahlı qüvvələrin tibbi xidməti ilə xüsusi təchiz olunmuş zirehli texnikası. Zirehli tibb maşınlarının köməkçi vasitələri kateqoriyasına aiddir. Yaralılar və xəstələr üçün güllələrdən və kütləvi qırğın silahlarının zərərverici amillərindən qorunmasını təmin edir. Konfiqurasiyadan asılı olaraq dizayn edilə bilər. döyüş bölgəsindən yaralıların axtarışı və təxliyəsi üçün (tibbi konveyer); hərbi hissənin tibbi bölməsi (ilkin tibbi yardım); mobil (səyyar) soyunma otağı (ilk yardım, azaldılmış həcmdə ixtisaslı tibbi yardım). Hücumlar zamanı yaralanmaların nəticəsi tibbi xidmətin vaxtı və keyfiyyətindən asılıdır. SSRİ-də, 1937-ci ildə zirehli bir sanitar evakuasiya maşınının ilk modeli (GAZ-AAA əsasında BA-22) yaradıldı. Böyük Vətən Müharibəsi illərində hərbi həkimlər birbaşa döyüş bölgəsində, yaralıların 84,4% -nə, tibb mərkəzlərində isə 15,6% nə ilk tibbi yardım göstərdilər. Döyüş bölgəsində yaralıların axtarışı, tibbi yardımın göstərilməsi, tibbi müəssisələrə toplanması və təxliyəsi çətin bir şəraitdə aparılır və həyat üçün böyük təhlükə ilə müşayiət olunur. 20-ci əsrin müharibələri və hərbi qarşıdurmalarda kiçik tibb işçilərinin itkiləri ilk yerlərdən birini tutdu.
Potyomkin zirehli gəmisində üsyan
"Potyomkin" zirehli gəmisində üsyan — 1905-ci il iyunun 14-də (27-də) başlanmış üsyan. Üsyan edən zirehli gəmi Odessaya gəldi; bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi. Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər. Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular. On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı.
Zirehli ruh (film, 1995)
«Ghost in the Shell» (攻殻機動隊, Kokaku Kidotay, ing. Ghost in the Shell) — Masamune Şinonun eyniadlı manqasının adaptasiyasısı olan tammetrajlı anime-film. Rejissor — Mamoru Oşii, ssenari müəllifi — Kazunori İto, personajların dizaynerı — Hiroyuki Okiura, bəstəkar — Kenci Kavai. Film Production I.G studiyasında çəkilib. 2004-cü ildı Innocence adlı sikvel çıxdı. Hekayə antiutopik gələcəydə baş tutur. 2029-cu ildə kiber-texnologiyaların və kompüter şəbəkələrinin yayınmasıyla implantatlardan geniş istifadə olunur. Lakin bu texnologiyalar "kiber beyinlərin" qırılması və onlarla bağlı digər problemləri də özləri ilə gətirdilər. Neçə vaxtdır axtarılan Puppet Master adlı haker siyasətə qarışmağa başlayır və 9 bölmə bu işi araşdırmaq və Puppet Masteri tapmaq tapşırığlarını alır. Araşdırma zamanı insanı insan edən və insan və maşın arasında fərqin cüzi olan bu dünyada Puppet Masterin kim olduğu kimi suallar ortaya çıxır.
Zirehli molluskalar və ya xitonlar
Cırtdan zirehli
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Doqquzqurşaqlı zirehli
Doqquzqurşaqlı zirehli (lat. Dasypus novemcinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. == Görünşü == Bədənin uzunluğu 32–57 sm, quyruğu 21–45 sm uzunluqdadır. Çəki 3 ilə maksimum 9,8 kq arasında dəyişə bilər, lakin nadir hallarda 6,5 kq-dan artıq xərdlər müşahidə edilir. Erkəklər dişilərə nisbətəndə bir az ağır çəkili olur. Ensiz, üçbucaqlı bir başa sahibdir. Qulaqlar başla müqayisədə 5.9 sm-ə qədər uzun, böyük, çox hərəkətlidir və ucları yuvarlaqdır. Bütün zirehlilər kimi, bu növ də bel nahiyyəsində üç ayrı hissədən ibarət olan zireh ilə xarakterizə olunur. Zireh bədən çəkisinin təxminən 16% -ni təşkil edir. Zireh ümumiyyətlə qəhvəyi olur.
Uzunburun zirehli
Uzunburun zirehli (lat. Lepisosteus osseus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Uzuntelli zirehli
Uzuntelli zirehli (lat. Chaetophractus vellerosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Bədəninin uzunluğu 25 sm-dir. Zirehi ilə yanaşı, bədənini əhatə edən tellər açıq qəhvəyi rəngdədir. Uzuntelli zirehli Qran-Çako və Argentina, Boliviya, Çili və Paraqvayın pampalarında geniş yayılmışdır. Quraq bölgələrdə, seyrək meşələrdə, subtropik, az bitki örtüyünə və kolluqları olan çəmənli düzənliklərdə yaşayır. Uzuntelli zirehli gecə həyat tərzi keçirir. Hər şey yeyən heyvandır. Qidasını əsasən böcəklər, həmçinin onurğalılar və bitkilər (xüsusilə Prosopis cinsinə aid bitkilər) daxildir. Onurğalılar yayda qidasının 27,7% -ni, qışda isə 13,9% -ni təşkil edir.
Üçqurşaqlı zirehli
Üçqurşaqlı zirehli (lat. Tolypeutes tricinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Braziliyada yayılmış endemik bir zirehli növüdür. Braziliyada tatu-bola kimi tanınır . Bir top kimi yuvarlana bilən iki növ zirehlidən biridir. Son 10 ildə fərdlərin sayı 30% azalıb. Üçqurşaqlı zirehlilər əsasən açıq savannalarda və seyrək meşələrdə yaşayır. Əsas qida mənbəyi qarışqa və termitlərdir. Burunu yerə sıxaraq ov axtarır. Şikarını tapdıqda, bir çuxur qazmağa başlayır.
Şarabənzər zirehli
Şarabənzər zirehli (lat. Tolypeutes matacus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Cənubi Amerikanın endemik canlısıdır. Argentina, Boliviya, Braziliya və Paraqvayda rastlanılır. Bədəni üç hərəkətli qurşaqdan ibarətdir. Bədənin bu quruluşuna görə, təhlükə anında başı və bədənin həssas hissələrini qorumaq məqsədilə top kimi bükülə bilir. Belə bir topu açmaq son dərəcə çətindir. Zireh keratinlərdən, insan dırnaqlarını meydana gətirən eyni zülallardan ibarətdir. Zireh sarı və ya qəhvəyi rəngdədir. Quyruq qısa və qalındır.
Tufan zirehli maşını
Tufan zirehli maşını- Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən dizayn və istehsal edilən zirehli döyüş maşını. Tufan zirehli maşını ilk dəfə ADEX-2016 ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilib, lakin avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Zirehli maşını yalnız aqreqat və şassi hissələrində donor detallardan istifə olunmuşdur. Tufan zirehli maşını 100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreat fikirləri və təcrübəsi ilə istehsal olmuşdur. Tufanın ağırlığı 12,3 tona çatır və zirehli maşın 10 nəfərlik şəxsi heyəti tam təhlükəsiz şəraitdə 3 tona qədər faydalı yük ilə daşımaq qabiliyyətinə malikdir. Maşın NATO-nun STANAG 4569 ballistik qoruma standartının 3-cü səviyyəsinin tələblərinə uyğundur. Şosedə saatda 85 kilometr sürətinə çatan maşın həm də 65 sm dərinlikdəki xəndəkləri və 1,2 metr su maneələrini keçmə qabiliyyətini malikdir, məlumatda bildirilir. Tufanın dəf edilən eniş və yoxuşunun səviyyəsi 30 dərəcə, yamacı isə 18 dərəcədir. Zirehli maşının yerində dönmə radiusu 20 metrə çatır və onun uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. Tufanın gövdəsi universal formatda layihələndirilib ki, maşının güc aqreqatı sırasına 8 və ya 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel müharrikləri və transmissiyalar tətbiq oluna bilər.
Bokser (zirehli döyüş maşını)
Bokser, Almaniya və Hollandiyanın müştərək istehsal etdiyi zirehli döyüş maşınıdır. Maşın, zirehli maşınların növbəti nəslini istehsal etməyi hədəfləyən müştərək bir Avropa dizayn layihəsidir və mərkəzi Almaniyada yerləşən Krauss-Maffei Wegmann GmbH və Rheinmetall MAN Military Vehicles GmbH (RMMV) və mərkəzi Hollandiyada yerləşən Rheinmetall MAN Military Vehicles Nederland B.V. müştərəkliyindəki ARTEC GmbH şirkəti tərəfindən istehsal olunur. Əməliyyat mənzili 1100 km, maksimum sürəti 103 km-dir.
Florida zirehlisi
Florida zirehlisi (lat. Lepisosteus platyrhincus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinin kayman balığı cinsinə aid heyvan növü.
Kuba zirehlisi
Kuba zirehlisi (lat. Atractosteus tristoechus) — atractosteus cinsinə aid heyvan növü.
Missisipi zirehlisi
Missisipi zirehlisi və ya Zirehli-alliqator (lat. Atractosteus spatula) — atractosteus cinsinə aid heyvan növü. Amerika qitəsindəki iri çaylarda yaşayır. .
Nəhəng zirehlilər
Nəhəng zirehlilər (lat. Pampatheriidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin armadillər dəstəsinə aid heyvan fəsiləsi.
Osmanlı İmperiyasının zirehli döyüş gəmilərinin siyahısı
Osmanlı İmperatorluğunun zirehli döyüş gəmiləri siyahısı — Osmanlı İmperiyasına aid olan və olması planlanan döyüş gəmiləri.Millətçi türklərin 1908-ci ildə Osmanlıda güc qazanmasından sonra İttihad və tərəqqi partiyası iqtidara gəldi; güclü bir Osmanlı Donanması hazırlamaq üçün planlara başlandı . 1910-ci ildə edilən Osmanlı Donanması keçid mərasimində ciddi əskiklik açıqca görülmüşdü.Girişilən zirehli gəmi inşa işləri Abdül Kadirdə olduğu kimi müvəffəqiyyətsizliklə nəticələnmişdi, bunun üçün Donanma Cəmiyyəti quruldu; yerli ianələr toplanması yolu ilə gəmi alışını hədəfləməktəydi. Bu səylərə baxmayaraq donanma pis vəziyyətdə qaldı. Donanmanın qeyri-kafiliyi, Birinci Balkan müharibəsinda qəti olaraq görüldü. Bu döyüşdə Osmanlı Donanması, Yunan Donanması tərəfindən İmroz və Mondros Dəniz Müharibəsində iki dəfə məğlubiyyətə uğradıldı. Balkan müharibələrinin bitməsinin ardından, donanma mövzusunda Osmanlı İmperatorluğu ilə Yunanıstan Krallığı arasında bir yarış başladı. Donanmanın müvafiq hala gələ bilməsi üçün Donanma Cəmiyyətinin səyləri ilə Birləşmiş Krallıqdan Sultan I. Osman gəmisi və özü [[Reşadiye sinifi zirehli döyüş gəmiləri]]ndən iki gəmi daha sifariş edildi. Lakin Birləşmiş Krallıq, Birinci Dünya Müharibəsinin təhlükəsini səbəb göstərərək pulu verilmiş olan gəmiyə əl qoydu.Zırhlılardan Sultan I. Osman , HMS Agincourt ; Sultan Rəşad , HMS Erin adını aldı. Onların düzəltdikləri ianələr ilə bu döyüş gəmilərini maraqla gözləyən Osmanlı xalqı, gəmilərə əl qoyulduğunu eşidəndə qəzəbi alovlandı. Almaniya İmperiyası, bu hadisə üzərinə SMS Goeben müharibə kruvazörü ilə SMS Breaslau yüngül kruvazörünün Osmanlının paytaxtı İstanbula 1914-ci ildə göndərdi, iki döyüş gəmisi də Osmanlı Donanmasının mülkiyyətinə keçdi.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Zirehlikimilər
Zirehlikimilər (lat. Lepisosteiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bədəni qərni lövhələrdən ibarət qalın qalın zirehlə örtülüdür. Pota, yöndəmsiz heyvandır. Qərni lövhələrin xeyli hissəsi müvafiq sümük lövhəsinin üzərində yerləşir (dəri sümükləşməsi). Adətən qurşaq şəklində düzülən qərni lövhələrdəki bəzi sıraların bir-birilə elastik birləşdirici toxuma ilə birləşməsi zirehə hərəkətlilik verir. Bədəninin uzunluğu (quyruqsuz) 1 metrədəkdir. İri caynaqlıdır. 28—40 (nəhəng. zirehlilərdə isə 90-dək) dişi var.
Zirehlilər
Zirehlilər (lat. Dasypodidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin armadillər dəstəsinə aid heyvan fəsiləsi. Bədəni qərni lövhələrdən ibarət qalın qalın zirehlə örtülüdür. Pota, yöndəmsiz heyvandır. Qərni lövhələrin xeyli hissəsi müvafiq sümük lövhəsinin üzərində yerləşir (dəri sümükləşməsi). Adətən qurşaq şəklində düzülən qərni lövhələrdəki bəzi sıraların bir-birilə elastik birləşdirici toxuma ilə birləşməsi zirehə hərəkətlilik verir. Bədəninin uzunluğu (quyruqsuz) 1 metrədəkdir. İri caynaqlıdır. 28—40 (nəhəng. zirehlilərdə isə 90-dək) dişi var.

Digər lüğətlərdə