ÇANAQ

ÇANAQ I is. anat. İnsanın taz sümüyü, çanaq sümüyü.

ÇANAQ II is. Taxta kasa. Çanağı başında sındı (Ata. sözü).

ÇANAQ III is. köhn. Təxminən 5 kq-a bərabər ağırlıq çəki vahidi.

ÇANAQ IV is. Musiqi alətinin hissəsi. Qorxuram çanağı partlaya tarın, Bu təzə guşənin hay-harayından (B.Vahabzadə).

ÇALMAQ
ÇAP
OBASTAN VİKİ
Adsız sümük (çanaq)
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Bud-çanaq oyanağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Bud-çanaq oynağı
Bud-çanaq oynağı (lat. articulátio cóxae) — bud sümüyünün başı ilə çanaq sümüyünün sirkə kasası arasında yaranan kürəşəkilli, çoxoxlu oynaq. Sirkə kasası kürə səthinin 170°-180°-li kəsiyini təşkil edir və əyrilik radiusu 2,5 sm-ə bərabərdir. Gialin qığırdaq təbəqəsi ancaq aypara səthini örtür, lat. fossa acetabuli və lat. incisura acetabuli sinovial zar ilə örtülmüşdür. Sirkə kasası oymasının üstündə qısa və möhkəm bir bağ — lat. ligamentum transversum acetabuli çəkilmişdir. Bu bağın altında sirkə kasasının kiçik damar və sinirləri keçir. Sirkə kasasının kənarına və köndələn bağa 5–6 mm hündürlüyündə oynaq dodağı — lat.
Təzəkənd-i Çanaq (Biləsuvar)
Təzəkənd-i Çanaq (fars. چناق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (19 ailə).
Çanaq (Kəleybər)
Çanaq (fars. چناق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (22 ailə).
Çanaq (anatomiya)
Çanaq ya çanaq qurşağı (lat. Pelvis) — insan gövdəsinin aşağı: bel qurşağı ilə aşağı ətraflar arasında yrləşmiş nahiyə. Çanaq onurğa sütununun əsasında yerləşməklə aşağı ətrafların bədənə birləşməsində əss funksiya daşıyaraq, dayaq istinadı təşkil edir, eyni zamanda digər həyati vacib üzv və orqanlar üçün "yuva" və ya yataq təşkil etmiş olur. == Çanaq boşluğu == Çanaq boşluğu lat. cavitas pelvis çanağın bir cüt adsız sümüklərinin arxadan (14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən) oma sümüyü və öndən simfiz - qasıq bitişməsi (lat. symphisis pubica) vasitəsi ilə bir-biriləri ilə bitişmələrindən yaranmış boşluq olub, iki hissəyə bölünür: yuxarı, geniş hissə - böyük çanaq (lat. pelvis major); aşağı dar hissə - kiçik çanaq (lat. pelvis minor). Böyük və kiçik çanaqlar arasındakı səd oma sümüyü dimdiyindən (lat. promontory), qalça sümüyünün qövsi xəttindən, qasıq sümüyünün yuxarı ayağının və qasıq bitişməsinin (lat.
Çanaq (dəqiqləşdirmə)
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Çanaq (Əhər)
Çanaq — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsində, Gərmadüz kəndistanında, Kəlibər qəsəbəsindən 36 km simal-şərqdədir.
Çanaq sümüyü
Çanaq sümüyü ya adsız sümük (lat. os coxae / os innominatum ) — çanağı təşkil edə bir cüt adsız sümük, 14-16 yaşadək adətən üç ayrı: qalça, oturaq və qasıq sümüklərinin müvafiq qığırdaqlar vasitəsilə bir-biriləri ilə bitişməsindən yaranmışdır. Sonrakı yaşlarda, sümükləşmə prosesi nəticəsində qığırdaq bitişmələr yox olaraq sözü gedən bir cüt adsız sümük kimi formalaşmış olur.
Çanaq (ölçü vahidi)
Çanaq — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Çanaqdan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Təxminən 12 kq tutumu olmuşdur. "Bir çanaq arpa", "bir çanaq pendir" anlayışları çanağın tutumu ilə bağlı yaranmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da ölçü qabı kimi istifadə olunmuşdur. Bu qablardan ölçü məqsədilə istifadə olunmasına dair folklorumuzda və yazılı ədəbiyyatımızda çoxlu misallar var. Və yaxud: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Çanaq-i Süfla və Ülya (Biləsuvar)
Çanaq-i Süfla və Ülya (fars. چناق سفلي وعليا‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 180 nəfər yaşayır (40 ailə).
Aşağı Çanaqbulaq (Marağa)
Aşağı Çanaqbulaq (fars. چناقبلاغ سفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 35 km simal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (16 ailə).
Bakirə Məryəm kilsəsi (Çanaqçı)
Bakirə Məryəm kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Tarixi == Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib. Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Memarlıq xüsusiyyətləri == Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.
Bənövşəyi çanaqlı yastıca
Koliforniya çanaqlı yastıcası
Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)
Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır. == Memarlıq xüsusiyyətləri == Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir. Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.
Oleandr çanaqlı yastıca
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tut çanaqlı yastıca
Yuxarı Çanaqbulaq (Marağa)
Yuxarı Çanaqbulaq (fars. ‎‎‎چناقبلاغ عليا‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (10 ailə).
Çanaqlı (Urmiya)
Çanaqlı (fars. ‎‎چناقلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsində, Nazlı kəndistanında, Urmiya şəhərindən 18 km simal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 317 nəfər yaşayır (89 ailə).
Çanaqlı amöblər
Çanaqlı amöblər (lat. Testacealobosia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. Zərif sitoplazmatik bədəni qorumaq üçün birkameralı çanaq quran amöbşəkilli orqanizmlərdir. Çanaqlı amöblərin sitoplazması iki təbəqəyə bölünür: şəffaf, törəməsiz ektoplazma və dənəvər endoplazma. == Həyat tərzi == Hərəkət və qidanın tutulması lobopodiyalar (məs., Arcellidae, Dittlugiidae, Centropyxidae fəsilələri), fillopodiyalar (Englyphidae fəsiləsi), retikulopodiyalar (Polystomidae, Microgromiidae fəsilələri) şəklində olan psevdopodiyaların köməyilə həyata keçir. == Quruluşu == Çanaqlı amöblərin əksəriyyəti birnüvəlidir. Ancaq ikinüvəlilərə də rast gəlinir. Yığılıb-açılan vakuol bir və ya bir neçədir. Çanağın düzəldiyi materialdan asılı olaraq amöblər üç böyük qrupa bölünür: keratin tipli zülaldan ibarət (Arcella), ekzogen mənşəli mineral hissəciklərdən ibarət – ksenosom (Difflugiidae, Centropyxidae, Plagiopyxidae fəsilələri) və nəhayət, endogen mənşəli materialdan – indosomdan (Diffugiidae fəsiləsi) təşkil olunmuşlar. Çanaqlı amöblərdə ağız (psevdopodiyaların çıxması üçün deşik) birdir, ancaq bir neçə cins üçün 2 və ya 3-5 ağızcığın olması da səciyyəvidir.
Çanaqlı xərçənglər
Çanaqlı xərçənglər (lat. Ostracoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. == Ümumi xrakteristikası == Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədən və buğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.
Çanaqlı yastıcalar
Çanaqlı yastıcalar (lat. Coccinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinə aid olan fəsilə. == Xarici görünüşü == Koksidlər yastıcıları və çanaqlı yastıcaları, o sıradan, yalançı yastıcaları və uzunsov çanaqlı yastıqçaları birləşdirir. Koksidlər çox xırda ölçülü (0,5 mm-3mm), az hərəkətli və hərəkətsiz həşəratlar olub, aydın şəkildə cinsi demorfizmə malikdir. Dişi fərdlər, sürfələr və erkək fərdlərin pronimfalarının bədəni çanaqla örtülü olur. Çanaq bədənin üstünü ortür, lakin bədənə birləşmir. Uzunluğu 1-12 mm-dir. Kəskin cinsi dimorfizm səciyyəvidir. Dişilər qanadsız, bir çox çanaqlı yastıca hərəkətsiz, mumabənzər qalxancığın mühafizəsi altındadır. Bədəni baş, döş və qarıncığa bölünməmişdir.
Çanaqqala
Çanaqqala — Şimal-qərbi Anadoluda,eyniadlı boğazın sahilində yerləşən şəhərdir.2015-ci ilin statistik göstəricilərinə nəzərən əhalisi 122.613 nəfərdir.Troya qalıqlarının aşkar edildiyi yerdir. == Tarixi == Antik dövrə məxsus olan Troya qalıqları şəhərin sərhədləri daxilindədir. === Osmanlı dövrü === Ərazinin qədim mərkəzi Biqa olmuşdur.Cümhuriyyət zamanında Çanaqqala döyüşlərində qazanılan qələbədən dolayı,ərazinin adı və mərkəzi Çanaqqala olaraq dəyişdirilmişdir.Bu adın mənşəyi burada çox inkişaf edən dulusçuluq sənəti ilə bağlıdır.Şəhərin ilk simvolu sayılan Sultaniyyə qalası ilə yanaşı,dulusçuluq da tanındıqca şəhər ``Çanaqqala``adlanmağa başlamışdır. === Çanaqqala döyüşləri === 1915-ci ildə Osmanlı dövləti ilə Antanta ölkələri arasında Çanaqqala döyüşlərinə şahidlik etdi.Antantanın birləşmiş qüvvələri dəniz döyüşlərində texniki vasitələr və insan itkisi verərək məğlub oldu və boğazları keçə bilmədi.Daha sonra Antanta qüvvələri qurudan hücuma keçdi.Bu döyüşlərdə podpolkovnik Mustafa Kamalın uğurları sayəsində qarşı Antantanın irəliləyişi dayandırıldı.İki qüvvə bir-birinə üstün gələ bilmədi və quru hücumları da uğursuzluqla nəticələndi. == Demoqrafiya == Çanaqqala şəhəri əhali sayı baxımından Mərmərə bölgəsində bir çox şəhərdən sonra gəlməkdədir.Mərkəz ərazinin 1927-ci ildə 8515 nəfər olan əhalisi 1990-cı ildə 53.995,2000-ci ildə 75.180,2007-ci ildə 86.544 və 2008-ci ildə 90.563-ə çatmışdır. Cədvəldə müvafiq olaraq İllər,həmin illərə görə əhalinin ümumi sayı,daha sonra isə şəhərdə və ətraf ərazilərdə yaşayan əhalinin sayı göstərilmişdir. == Mədəniyyət == Çanaqqala minillər boyu fərqli cəmiyyətlərin hegemonluğunda olmuş,həm memarlığında,həm də yaşam tərzində onlardan izlər daşımaqdadır.1970-ci illərdən etibarən həyata keçirilən maliyyə yatırımlarından ərazidə ənənəvi cəmiyyət quruluşu özünü sürətli şəkildə müasir şəhər quruluşu ilə əvəzləmişdir.Maliyyə yatırımları ilə nəqliyyat inkişaf etmiş və şəhərin görünüşünün dəyişməsi də beləcə başlamışdır.Bu gün Çanaqqala Türkiyənin ən müasir ərazilərindəndir.Cəmiyyətdə nüvə ailə anlayışı geniş yayılmışdır.Cəmiyyət manavlar,türkmənlər,pomaklar,yörüklər,Bolqarıstan miqrantları,az sayda kumık türkləri,çərkəz və bosniyalıdan ibarətdir.Bosniyalılar və yörüklər adətən kənd təsərrüfatı ilə məşğul olurlar.Lakin,xalq etnik baxımdan ayrılmamış,birlik içində yaşamaqdadır.Buna baxmayaraq,hər toplum özünün mədəni quruluşunu qoruyur.Vilayət və mahal mərkəzlərində geniş miqyasda müasir geyim nümunələri mənimsənilmişdir.Kənd seqmentindən gələn qadınlar bəyaz yəməni adlanan şal və enli şalvar ilə neylon qumaşdan palto geyinərlər.Kənd seqmenti kişiləri isə ənənəvi geyim tərzi şalvar,pencək və papaqdır.Bölgədə kişilərin enli şalvar geyinməyinə çox da rast gəlinmir.Çanaqqalada istehsal edilən başlıca qida məhsulları şərab,zeytun,sardalya balığı,pendir halvası,keşkəkdir. == Turizm == Çanaqqala və digər mahallar tarixi və təbii gözəlliklər baxmdan olduqca zəngin olsa da,lazımından az turist cəlb etməkdədir.Turizmə edilən maliyyə yatırımı azdır.Hər il 25 apreldə təşkil edilən Anzac günündə Avstraliya və Yeni Zellandiyadan gələn minlərlə turist bölgəyə axın etməkdədir.Ümumiyyətlə,turizm Çanaqqala döyüşlərinin yaşandığı Gelibolu,Truva döyüşünə ev sahibliyi edən Truva antik şəhəri və Assos antik şəhəri üzərinə yönəlmişdir.Dəniz turizminə uyğun olmasına baxmayaraq,bu istiqamətdə bir iş yoxdur.Çanaqqala vilayətində 5 ulduzlu mehmanxana sayı bir ədəddir.Çanaqqalada yerləşən Gökçedada və Bozcaada turist cəlb etməkdədir.1963-cü ildən etibarən hər il avqust ayında Çanaqqalada Beynəlxaq Troya Festivalı həyata keçirilir,müxtəlif sənət fəaliyyətləri həyata keçirilir.Hər iki ildə bir təşkil edilən Beynəlxalq Çanaqqala Bienalı da Çanaqqala vilayətinin mədəniyyət,sənət və turizminə qatqılar əlavə edən fəaliyyətdir. == Təhsil == Vilayətin tək universiteti olan Çanaqqala On səkkiz mart Universitetinin (ÇOMÜ) Çanaqqala üçün xüsusi bir əhəmiyyəti vardır.Şəhərin mərkəz əhalisi 100.000 civarında olan Çanaqqalada universitet tələbəsi sayı 33.500-ü,personal sayı isə 3000-i keçməkdədir.Personal ailəsi ilə birgə hesablandıqda Universitetin tələbələr və ailələr ilə birlikdə vilayətdə 45000 əhalisi olduğu görülür.Bundan əlavə,universitet 12 fakültə və 20-dən çox ali məktəb institutu ilə vilayətin ən vacib ictimai qurumu və məşğulluq mərkəzidir.Universitetin hər mahalda ən az bir ali məktəbi yerləşməkdədir.Çanaqqala Fənn Liseyi,Çanaqqala Sosial Elmlər Liseyi,Vahid Tuna Anadolu Liseyi başlıca liseylərdəndir. == İdman == Şəhərin tək futbol komandası olan Çanaqqala Dardanelspor 1996-1999 mövsümlərində Super Liqada mübarizə aparmışdır.Daha sonra pilləli şəkildə 1-ci,2-ci və 3-cü Liqada da mücadilə etmişdir.Komanda 2014-2015 mövsümündə 3-cü Liqada mücadilə etməkdə olub şəhərin tək voleybol komandası olan Çanaqqala Bələdiyyəspor (qadınlardan ibarət voleybol komandası),2014-2015 mövsümündə Türkiyə Qadın Voleybolu 1-ci Liqasında mübarizə aparmışdır.
Çanaqqala 1915 körpüsü
Çanaqqala 1915 körpüsü — Çanaqqala ilinin Lapseki və Gelibolu ilçələri arasında qurulacaq olan Dardanel boğazı üzərindəki ilk asma körpü. Ümumilikdə isə Mərmərə bölgəsində 5-ci asma körpüsüdür. Körpü Mərmərə dənizindən 10 km cənubda inşa edilir. Tamamlandıqda bu layihənin bir qolu olan Xınalı-Təkirdağ-Çanaqqala-Balıkəsir avtomobil yolunun bir hissəsi olacaqdır. Bu yolun özü də hazırda inşa edilməkdədir. == Arxa plan == Dardanel boğazı üzərində körpü inşa etmək fikiri ilk dəfə 1984-1989-cu illər arasında ortaya atılmışdır. Daha sonra 1994-cü ildə yenidən gündəmə gələn körpü layihəsi üçün 1995-ci ildə tender başladı. 18 xarici şirkətin qatıldığı tenderdə qalib gələn şirkət, layihənin gerçəkləşdirməyin mümkün olmadığını bildirərək layihəni tərk edir == Layihə == Layihə ilk əvvəl yalnız avtomobillərin hərəkəti üçün nəzərdə tutulur. Nəqliyyat, dənizçilik və rabitə naziri Lütfi Elvanın göstərişi ilə layihə avtomobil nəqliyyat vasitələri və dəmir yolu üçün körpüyə dəyişdirilir. Xınalı - Tekirdağ - Çanaqqala - Savaştəpə avromobil yolu Malkara - Çanaqqala şosesi (1915 Çanakkale Körpüsü daxil olmaqla) İstanbulun Xınalı-1 qovşağı bölgəsindən, Ədirnə şose yolundan başlayacaq.
Çanaqqala Bələdiyyəspor QVK
Çanaqqala Bələdiyyəspor Qadın Voleybol Klubu — 1987-ci ildə təsis edilmiş komandadır. Klub eyniadlı Çanaqqala şəhərini təmsil edir. 2013-cü ildən bu yana Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparan komanda ev oyunlarını Anafartalar idman sarayında oynayır. Bu meydança ən çoxu min beş yüz voleybolsevəri qonaq edə bilmək qabiliyyətinə malikdir.
Çanaqqala döyüşü
Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915–1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşmiş, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Erik Bolc tərəfindən yazılan döyüş əleyhdarı mahnısı "And The Bant Played Waltzing Matilda" bu döyüşlə əlaqədardır. == Başlanğıc səbəbləri == Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı.
Çanaqqala ili
Çanaqqala ili (türk. Çanakkale) — Türkiyənin Mərmərə regionunda il.
Çanaqqala müharibəsi
Çanaqqala müharibəsi — Birinci dünya müharibəsi əsnasında 1915–1916-cı illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşü. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşmiş, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş bu döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Erik Bolc tərəfindən yazılan döyüş əleyhdarı mahnısı "And The Bant Played Waltzing Matilda" bu döyüşlə əlaqədardır. == Başlanğıc səbəbləri == Osmanlı dövləti 21 avqust 1914-cü ildə Almaniya ilə müqavilə imzalamışdı. Ancaq bu müqavilə Osmanlı dövlətinin döyüş hazırlığı zəif olduğu üçün gizli saxlanılırdı.
Çanaqqala şəhidləri abidəsi
Çanaqqala Şəhidləri Abidəsi - Çanaqqala ilçə sərhədləri daxilində Gelibolu yarımadasında, Dardanel boğazının ucunda, Morto Koyu qarşısındakı Hisarlık Təpə üstündə yerləşən abidə. Çanaqqala Şəhidləri Abidəsi 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Çanaqqala dyüşlərində həlak olan türk əsgərlərinin xatirəsinə inşa edilmişdir. Dörd sütun və bir qübbədən ibarət, 41,7 metr hündürlüyündə olan abidə Feridun Kip, İsmayıl Utkular və Doğan Ərginbaş tərəfindən dizayn edilmişdir. Abidənin təməli 19 aprel 1954-cü ildə qoyulmuş və 21 avqust 1960-ci ildə açılmışdır. Ətrafında Mehmetçik Abidəsi, Türk Baxçası, Mustafa Kamal Çanaqqlada Abidəsi, Yaralı Əsgər Abidəsi, Məçhul Əsgər Qəbri və Türk Şəhidliyi var. == Arxa plan == Birinci Dünya müharibəsində Gelibolu yarımadası tarixin gördüyü ən qanlı savaşlardan birinə şahid oldu. İngilislərin 205 min, fransızların isə 47 min itki verdiyi müharibədə türklərdə itki məsələsində fərqli rəqəmlər ortaya çıxmışdır. Ordu komandanlığının Baş Prokurorluğa təqdim etdiyi itki sənədlərinə görə türklərin itki sayı ümumi 231.882-dir. İtki sayının çox olması səbəbilə ölən əsgərlərin dəfn edilməsi hər iki tərəf üçün ciddi problem olmuşdu. Dar ərazidə yığılan ölülər tək qəbirlərdə deyil, kütləvi qəbirlərdə dəfn edilmişdir.
Çanaqçı
Kəndlər Çanaqçı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çanaqçı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Çanaqçı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. (əvvəlki adı: Ağamalı) Çanaxçı (Vedibasar) — Ermənistanın Vedi rayonunda kənd.

Digər lüğətlərdə