şair-yazıçı

şair-yazıçı
şair-jurnalist
şairanə
OBASTAN VİKİ
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur. == Növlər == Yazıçılar bir çox ədəbiyyat janrı arasından öz fikirlərini ifadə etmək üçün ən əlverişli olanı seçirlər.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Anar (yazıçı)
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). == Həyatı == Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib.
Qismət (yazıçı)
Qismət Elçin oğlu Rüstəmov (15 mart 1986, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. Prezident təqaüdçüsü. == Həyatı == Qismət Elçin oğlu Rüstəmov 1986-cı il martın 15-də Bakı şəhərində anadan olub. 1991–2002-ci illərdə Bakı şəhərindəki 70 saylı məktəb-liseydə təhsil alıb. == Təhsili == 2003–2007-ci illərdə Odlar Yurdu Universitetinin "Jurnalistika" fakültəsində təhsil alıb. 2007–2009-cu illərdə həmin fakültənin magistratura pilləsini bitirib. 2018-ci ildən Azərbaycan Dillər Universitetinin "Xarici ölkələr ədəbiyyatı" kafedrasının dissertantıdır. == Fəaliyyəti == Qismət Rüstəmov müxtəlif illərdə Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, sim-sim.az ədəbiyyat saytının baş redaktoru, Azərbaycan Dillər Universitetinin dissertantıdır. == Kitabları == 2010-cu ildə "525 kitab" seriyasından "Vitrin" şeirlər kitabı çap edilib.2011-ci ildə isə "Qanun" nəşrlər evinin "Ən yeni ədəbiyyat" seriyasından "Meqapolis hüznləri" adlı şeir kitabları çapdan çıxıb.2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası seriyasından "Gələcəyin tarixi" adlı esselər kitabı çap olunub.2020-ci ildə Türkiyədə "Geleceğin tarihi" adlı seçmə esselər kitabı çapdan çıxıb.
Yazıçı (nəşriyyat)
Yazıçı nəşriyyatı Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi.
Yazıçı Qor
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Yazıçı nəşriyyatı
Yazıçı nəşriyyatı Yazıçı” nəşriyyatı əvvəl “Kommunist” – indiki “Xalq qəzeti”nin, “AzərTAc”ın binasında yerləşirdi.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. == Həyatı == Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır.Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi.Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. == Həyatı == Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədi ilə Osmanlı imperiyasına köçüb.Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub.Xəlil 1485-ci ildə İznikdə vəfat edib. == Yaradıcılığı == Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib. 1334 beytdən ibarət və müxtəlif üslubda (qəzəl, müxəmməs, mürəbbe və s.) şeirləri özündə əks etdirən "Fürkat-namə" (Fürkatnâme, Firkat-nâme və ya Firak-nâme) (1471–1472) məsnəvisi ilə məşhurdur. "Fürkat-namə"nin lirik qəhrəmanı Xəlilinin özü olmasına baxmayaraq, şeirin əsl qadın sevgisindən, yoxsa mistik məhəbbətdən bəhs etdiyi barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur: Bu mənə biçarə dərvişi dilruş Qərib bikəs biyar bihuş Onun cəsədi çarmıxa çəkilərək yarğılanıb Qəlbi Hicran əlindən təmizlənir Əcəm mülkündə idum elmlə məşğuldur Mən gah fiqh, gah məkul oxuyurdum Tarixi zuhdi muxtarı oldum Ey sülh əhli, mənə lütf edin Yurdum gah mədrəsə gah məscid Hikmət nuru dilimdə ləmi oldu Məgər, kimə nə etdim?
Şair Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Şair Alxasov
Şair Balaşərif oğlu Alxasov (1958, Qusar rayonu) — Qusar Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. == Həyatı == Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir.Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır. Şeirlərində təbiət, sevgi, ayrılıq kimi mövzular üstünlük təşkil edir.
Şair Ağacan
Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi. == Həyatı == Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar.
Şair Heydərov
Şair Camaloviç Heydərov (4 sentyabr 1998; Mucuq, Qusar rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Şair Heydərov 4 sentyabr 1998-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olmuşdur. Ailəli idi. 26 noyabr 2022 tarixində qız övladı dünyaya gəlib. == Hərbi xidməti == Şair Heydərov 23 mart 2022-ci ildən 31 may 2022-ci ilə qədər “Komando” Dağ Təlim Mərkəzində keçirilən 5-ci qəbul “Komando başlanğıc kursu”nu bitirmiş və “Komando başlanğıc döş nişanı”na layiq görülmüşdür. Həmin tarixdən Quru Qoşunlarının tərkibindəki Komando Briqadasında kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi, kəşfiyyatçı və snayper vəzifəsində iştirak edən Şair Heydərov 13 sentyabr 2022-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Şair Həsənov
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985). == Həyatı == Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur.Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur. Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır. 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir.Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının, 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" (1982) fəxri adına layiq görülmüş, "Şərəf nişanı" (1982), "Qırmızı əmək bayrağı" (1986) ordenləri və bir yubiley medalı ilə təltif edilmişdir. 2014-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Şair Həsənov 2017-ci ildə vəfat etmiş, martın 15-də Bakı şəhərində dəfn olunmuşdur.
Şair Məmmədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair. == Həyatı == Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır. Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. == Həyatı == Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.