ŞİRİNDİLLİ

ŞİRİNDİL(Lİ) Sən bəlkə çox mehriban şirindilli gözəlsən (M.Rahim); DİLİŞİRİN [Vahid:] Ana, nə bir yerə getmək lazımdır, nə də soraqlaşmaq, gəl elə bu kəndçi qızını al mənə. Üzügülər, dilişirin (M.İbrahimov); XOŞZƏBAN Bu yerin xəlqi cümlə zirək olur; Xoşzəban, xoşmizacu göyçək olur (S.Ə.Şirvani); ŞİRİNZƏBAN “Buyurun oturun, haradan belə!"; Gəldi şirinzəban o bülbül dilə (M.Rahim).

ŞİRİNDİL
ŞİRİNZƏBAN

Digər lüğətlərdə