çəkmə
çəkmək
OBASTAN VİKİ
Əli Əhmədov (çəkməçi)
Əli Davud oğlu Əhmədov (7 avqust 1934, Nuxa – 4 mart 2016, Bakı) — çəkməçi, "Əməkdar mədəniyyət işçisi" (19. sentyabr 1991) Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub. Adını nənəsi qoyub. Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur. 1952-ci ilə qədər burada çalışmışdır. Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin "Xəmsə"sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir.

Digər lüğətlərdə