Çingiz Fərzəliyev
Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).
== Həyatı ==
1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub. Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.
== Fəxri adları ==
"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı, 2006;
Rusiya Rəssamlıq Akademiyasının Fəxriüzvü, 2009;
Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri professoru, 2012;
Beynəlxalq Bioqrafik Mərkəzinin Fəxri professoru, Kembric Universiteti, Böyük Britaniya, 2015;
Tbilisi Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, 2015;
V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun Fəxri professoru, 2017;
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, 2019;
Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə "Avropanın fəxri elm və mədəniyyət xadimi", Avropa Təbiət Elmləri Akademiyası, Hannover, Almaniya, 2021;
Özbəkistan Rəssamlıq Akademiyasının Fəxri akademiki, 2022;
== Orden və mükafatları ==
"Ölkə gəncliyi" Ümumittifaq sərgisində II mükafat, Gümüş medalı, SSRİ, 1976;
"70-ci illərin Korçaginləri" Ümumittifaq müsabiqəsinin I mükafatı, SSRİ, 1977;
MDB ölkələri Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının diplomu, 1998;
Beynəlxalq Bioqrafik Mərkəzinin "İncəsənətdə görkəmli şəxsiyyət" mükafatı, Kembric Universiteti, Böyük Britaniya 2014;
Avstriya Respublikası qarşısındakı xidmətlərinə görə "Böyük Şərəf Ordeni", 2015;
Avropa Nəşr Mətbuat Evinin "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi" qızıl medalı, 2015;
"Humay" Milli Mükafatı Akademiyasının "Humay" mükafatı, 2015;
MDB ölkələrinin "Art-kitab" nomenasiyalı XIII Beynəlxalq müsabiqəsinin I dərəcəli diplom, 2016;
"Şəfəq" Prezident Ordeni, Gürcüstan, 2016;
Türk dünyası incəsənətinin təbliğinə verdiyi töhfələrə görə TÜRKSOY-un xatirə medalı, 2018;
Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni, 2018;
Azərbaycan Mədəniyyət Assosiasiyasının "Simurq" medalı, 2019;
Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalı, 2019;
Ədəbiyyat və İncəsənət sahəsində göstərdiyi xidmətlərə görə "İncəsənət və Ədəbiyyat" ordeni (L’Ordre des Arts et des Lettres), Fransa, 2019;
"Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Atatürk Beynəlxalq mükafatı", Türkiyə, 2019;
Türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl ulduz" medalı, Türkiyə, 2019;
İncəsənət sahəsindəki xidmətlərinə görə "Qafqaz-Media" İctimai Birliyinin "İlhamlı Azərbaycan" döş nişanı, 2020;
Dünya elminə və mədəniyyətinə verdiyi töhfəyə görə Avropa Təbiət Elmləri Akademiyasının "Leonard Eyler medalı" beynəlxalq mükafatı, Hannover, Almaniya, 2021;
Özbəkistan Bədii Akademiyasının gümüş medalı, Özbəkistan, 2022;
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi medalı, 2022;
Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə"Şərəf" ordeni ilə təltif edilib, 2023
== Nəşr fəaliyyəti ==
"Natürmort haqqında hər şey", Bakı (2004)
"Portret haqqında hər şey", Bakı (2005)
"Mənzərə haqqında hər şey", Bakı (2006)
"Azərbaycan Rəngkarlığı.