ƏBDÜLƏZƏL

Ərəbcə “əzəli, daima olanın (yəni Allahın) qulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏBDÜLBAQİ
ƏBDÜLƏZİZ
OBASTAN VİKİ
Əbdüləzəl Dəmirçizadə
Əbdüləzəl Dəmirçizadə (1909 – 1979) — Azərbaycan filoloqu, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Əbdüləzəl Dəmirçizadə Məmmədoğlu 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə "Həqiqətül-maarif" adlanan yeni tipli məktəbdə, sonra isə "Şəki nümunə zəhmət" məktəbində oxumuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ilin sentyabrından 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə "Yeni Məktəb" məcmuəsində dərc edilmişdir. Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şerlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi təhqiqat sahəsinə istiqamətləndirmişdir. O, 1929-cu ildə Bakı şəhərinə gəlmiş və ADU pedaqoji fakültəsinə daxil olmuşdur. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y. V. Çəmənzəminli, A. Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. Həmin fakültəni bitirdikdən sonra Şəkiyə qayıdıb, böyük rəğbətlə yanaşdığı müəllimliyini davam etdirmişdir.

Значение слова в других словарях