20 manatlıq əsginas
20 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 2 dəfə (2005 ve 2021-ci illərdə) dövriyyəyə buraxılmışdır.
== Tarixi ==
20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır.
== Mövzusu ==
Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur.
== Təsviri ==
Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.
Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.
== Ölçüləri ==
20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir.
== Mühafizə elementləri ==
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.