ŞÜUR

\[alm. Bewusstsein; fr. Conscience; ing. Consciousness; lat. Conscientia; yun. Syn-eidesis = birlikdə bilmə; osm. tr. şüur; ər. شؼىس \] – 1. Insanın özü, yaşadıqları və dünya haqqındakı məlumatı. Bundan başqa düşünmək və özünü tanımaq qabiliyyəti. Fəlsəfi ensiklopediyada qeyd olunur ki, şüur obyektiv gerçəkliyin yalnız insana xas yüksək formasıdır və insan tərəfindən obyektiv aləmin və öz xüsusi varlığının başa düşülməsində, dərk edilmə-sində fəal iştirak edən psixi proseslərin vəhdətindən ibarətdir. Şüursuzluq – Səbəbi şüura hələ gəlib çatmamış \[məs. müdafiə reaksiyası və s.\] həmçinin şüur təbii və ya süni olaraq dayandırıldıqda \[yaxud, hipnoz altında, möhkəm sərxoş olduqda, lunatizm zamanında və s. hallarda\] avtomatik, qeyri-ixtiyari baş verən fəaliyyət.
ŞOVİNİZM
TABU

Digər lüğətlərdə