AĞ-QARA

s. black-and-white (attr.)

AĞA
OBASTAN VİKİ
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Ağ-qara çəkçəki
Ağ-qara çəkçəki (lat. Saxicola jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Ağ-Qara Dünya (1991)
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Ağ-qara dünya (film, 1991)
Ağ-qara gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır. Filmin əsas obrazı bədbəxt qadındır.
Ağ-qara notlar (film, 2010)
Ağ-qara notlar qısametrajlı sənədli televiziya filmi rejissor Elşən Məmmədov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film EL televiziyasında istehsal edilmişdir. Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. == Məzmun == Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. Onun indi sayseçmə yetirmələri vardır. Filmdə pedaqoqun özü həyatını və sənət yolunda atdığı addımları nəql edir.
Ağ-qara payız (film, 1996)
Ağ-qara payız qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vəli Səyyadi tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmin müqəddiməsində qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib. == Məzmun == Film yaxın planda profildən gənc kişinin nəqli ilə başlayır, o, tez-tez əlləri ilə üz-gözünü ovuşdurur: “Mən deyə bilmərəm. İndi nəyisə xatırlamaq çox çətindir. Çox illər keçib o vaxtdan. Ümumiyyətlə, çətindir, insan üçün keçmiş haqda danışmaq.
Ağ-qara reportaj (film, 2006)
Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. == Məzmun == Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Ağ və Qara Şəhər (1908)
Ağ və qara şəhər qısametrajlı sənədli filmi Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin üzərində işləyən == Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ağ və qara (film, 1998)
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Ağ və qara şəhər (film, 1908)
Ağ və qara şəhər qısametrajlı sənədli filmi Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin üzərində işləyən == Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ağ amerikalılar
Ağ amerikalılar (ing. White American) — Özdərini ağ hesab edən ABŞ vətəndaşları və ABŞ-də yaşayan adamlar.
Ağ amur
Ağ amur (lat. Ctenopharyngodon idella) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Uzunluqları 120 sm, çəkiləri isə 40 kq çatır. Bədəni uzunsovdur, qalın pulcuqlarla ilə örtülüdür. Çox sürətli böyüməyi ilə fərqlənir. Amur hövzəsində yaşayır 68–75 sm uzunluğundadır və 9–10 yaşda yetginləşir Otla qidalanırlar. Əsas kürüləmə zonaları Ussuri çayında, Sungari çayı, Xanka gölü, Çin çayları, Volqada (aşağıya doğru), Don (orta və aşağı səviyyədə) və Dnepr-Bug hövzəsində yerləşir.1960-cı illərdə çəmən sazişi nəticəsində SSRİ-nin Avropa hissəsində yerləşdirildi. Hazırda Ukrayna, Rusiya, ABŞ, Qazaxıstan (İlı çayı, Balxaş gölü) və bir çox Avropa ölkələrində bir balıqçılıq əhəmiyyətio daşıyır. Ağ sazanlarının karp ilə birlikdə yetişdirilməsi balıq yetişdirməsinin məhsuldarlığını artırır.
Ağ arpa
Ağ arpa — Azərbaycanın qədim payızlıq arpa sortu. Sünbülləri ağ, altıcərgəli, seyrəkdənli və qılçıqlıdır. Küləşi sarı, dəni aq, azca yaşılaçalan, uzunsov və iri olur. Ağ arpanın 1,000 dəninin çəkisi 39–50 qramdır. Dəni tökülmür, yerə az yatır. Orta müddətdə yetişir. Soyuğa, quraqlığa (orta dərəcədə), sürmə xəstəliklərinə davamlıdır. Sentyabrın 2-ci, oktyabrın 1-ci yarısında torpağa səpilir. Vegetasiya dövrü 230–250 gündür. 1 hektardan 20–35 sentner məhsul yığılır.
Ağ asırqal
Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü. Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir.
Ağ ayı
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Ağ ağa
== Toponimik izah == Ağ ağa - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. == Həmçinin bax == Zəngəzur Ağavyer == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Ağ balıqlar
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Ağ batbat
Ağ batbat (lat. Hyoscyamus albus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.

Digər lüğətlərdə