ZALIMLIQ

ZALIMLIQ (zülm etmə, əziyyət vermə) [Nadir:] Siz özünüz bizim ilə qonşu olan Rəhim xanın zalımlığını və onunla bərabər nə qədər qüvvətli olduğunu bilirsiniz (C.Cabbarlı); BİRƏHMLİK Hacı Nuru: Görərsiniz ki, o vaxt ləzgilər nə qədər sizin babalarınızın başına gətiriblər, nə birəhmlik onların haqqında ediblər (M.F.Axundzadə); CƏLLADLIQ Səlimə Belə də cəlladlıq olar?! (İ.Əfəndiyev); İNSAFSIZLIQ Səlimə: Əgər mən bu insafsızlığın qabağını ala bilmirdimsə, başqa neyləyə bilərdim? (İ.Əfəndiyev); QANSIZLIQ (məc.) Qərib: Bu nə işdir, bu nə ədavətdir, bu nə qansızlıqdır (Mir Cəlal); QƏDDARLIQ Məsimov: Canlı insana qəsd etmək, arvadına güllə atmaq! Bu on böyük qəddarlıqdır (H.Abbaszadə); AMANSIZLIQ, DAŞÜRƏKLİLİK, ƏZAZİLLİK (məc.), XUNXARLIQ, MƏRHƏMƏTSİZLİK, MÜSTƏZADLIQ, RƏHMSİZLİK, SİTƏMKARLIQ, YIRTICILIQ (məc.), ZÜLMKARLIQ

ZALIM
ZALOQ

Digər lüğətlərdə