aşağı

is. inférieur, -e ; bas (basse) ; ~da en bas ; ~ qiymətlər les bas prix ; ~ düşmə descente f ; ~ düşmək descendre vi (ê) ; ~ keyfiyyət qualité f inférieure ; ~ gərginlikli cərəyan tex. courant m de basse tension ; ~ mərtəbə rez-de-chaussée m (pl invar) ; ~ səs voix f basse ; ~ temperatur température f basse ; başını ~ eləmək déshonnorer vt ; dégrader vt ; diffamer vt ; Arazın ~ axını cours m inférieur de l’Araz ; qiyməti ~ salınmış mallar marchandises f pl soldées (vendues au rabais) ; qiyməti ~ salmaq abaisser le prix ; dəniz səviyyəsindən ~ au dessous du niveau de la mer ; əhalinin ~ təbəqələri les basses couches de la population ; yuxarıdan ~ya qədər de fond en comble ; de haut en bas ; sifətin ~ hissəsi le bas du visage ; həyat səviyyəsinin ~ düşməsi baisse f du niveau de vie ; ~ hissə bas m

aşağı-yuxarı
OBASTAN VİKİ
Aşağı Adyaman
Aşağı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Adyaman çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Adyaman kəndindən köçənlər yeni yaşayış yerlərinə Aşağı Adyaman qoymuşlar. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Nerkin Getaşen (Aşağı Çaykənd) qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyənin Alaşkerd bölgəsindəki Topraqqala kəndindən köçürülmüşdür.
Aşağı Adıqca
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Aşağı Amburdərə
Aşağı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun Qosmalyan inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Aşağı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponim == r.Amburdərə Anbar dərəsi adının təhrif olunmuş formasıdır kənd ərazisində böyulük bir anbar olmuşdur , türk kəndidir 1933 ci ildə sadəcə Amburdərə yazılışında qeyd olunmuşdur . Elave etdi Lerik_tanitim_seifesi == Tarixi == 1933-cü ildə kənd sadəcə Amburdərə yazılışında qeydə alınmışdır. == Coğrafiyası == Kənd Gəncəvü çayının sahilində, Peştəsər silsiləsinin ətəyində yerləşir.
Aşağı Apu
Aşağı Apu — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 115 nəfərdir. Peştəsər silsiləsinin yamacında yerləşir. == Toponimiyası == Oykonim "aşağıda yerləşən Apu kəndi" deməkdir. talış dilində abı/abu/apu paralelləri "xəlvət guşə; təcrid olunmuş yer; gizli yer; dincəlmək üçün sakit yer", "papaq; dağ başı" mənalarını ifadə edir. Bu da həmin kəndin yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlıdır. == Coğrafiyası == Şimaldan Daşdatük kəndi, cənubdan və qərbən meşə sahələri, şərqdən Bəşəru çayı ilə həmsərhəddir.
Aşağı Aralıq
Aşağı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi keçmiş Aralıq Başkənd (indiki Yuxarı Aralıq) kəndindən çıxmış ailələr tərəfindən salınmış və Aşağı Aralıq Başkənd adlandırılmışdır. Sonralar toponimin tərkibindəki Başkənd komponenti ixtisara uğramış və indiki formada rəsmiləşdirilmişdir. Oykonim "aşağıda yerləşən Aralıq kəndi" deməkdir. 29 mart 2005-ci ildə Aşağı Aralıq kəndi Aralıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Aralıq kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1077 nəfərdir. === Tanınmış şəxləri === Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.
Aşağı Astanlı
Aşağı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Astanlı Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. Bolqar çayından bir qədər aralı, Buravar silsiləsinin ətəyindədir. Keçmiş adı Astanlı olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini bildirməklə yanaşı, onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. "Astanlı kəndinin Aşağı hissəsi" deməkdir.
Aşağı Atuc
Aşağı Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin sonlarında Atuc kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsi əvvəlki kənddən bir qədər aşağıda yerləşdiyi üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2236 nəfər əhali yaşayır. Əhalisini tatlar təşkil edir.
Aşağı Avşar
Aşağı Avşar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Aşağı Avşar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Xocavənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşağı Avşar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Ağcabədi rayonunun Aşağı Avşar kəndi Xocavənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşağı Avşar kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd əhalisinin əsas tərkibini Nərgiztəpədən köçüb gələn Avşarlar təşkil etdiyinə görə kənd Aşağı Avşar adlanmışdır. == Tarixi == Kəndin əsası XX əsrin əvvəllərində Kirov deyilən bu ərazidə 5–10 ailədən ibarət maldar obalar halında qoyulmuşdur. Kəndin əsasını qoyan ilk sakin Kərbəlayi Bağır olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi 9.0 kv.km-dir. == Əhalisi == Əhalisi 1756 nəfərdir (2009). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik və heyvandarlıq təşkil edir.
Aşağı Axta
Hrazdan və ya Razdan (1959-cu ilədək Aşağı Axta) — Ermənistan Respublikası ərazisində yerləşən şəhər. Hrazdan rayonunun mərkəzi. Zəngiçay sahilində yerləşən kiçik şəhərdir. 1959-cu ildən respublika tabeli şəhərdir. == Tarixi == Aşağı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Hrazdan) rayonunda kənd. Zəngiçayın yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirmə mənasını bildirən aşağı sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən axta etnoniminin birləşməsindən əmələ gəlmiş etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyun 1959-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Hrazdan qoyulmuşdur.
Aşağı Axtala
Aşağı Axtala / Gümüşxana , Axtala (erm. Ախթալա) — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1939–cu ildə işçi qəsəbəsi, 1995–ci ildə isə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən yaxınlığındaki kurort kəndi ilə birlikdə "Axtala bələdiyyəsi"ni (erm. Ախթալայի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 2.092 nəfərdir, şəhərdən 3 km aralıda yerləşən və onunla eyni bələdiyyəyə daxil olan (adsız) kurort kənddə isə cəmi 14 nəfər əhali yaşayır.
Aşağı Aybasanlı
Aşağı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Hacılı camaatı Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləçməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi.
Aşağı Ayrım
Aşağı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Aşağı Ayrım Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Kənd Ayrım çayının Aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Digər məlumatlara görə Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin türk ayrım tayfalarının adı ilə bağlıdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
Aşağı Ayıblı
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.
Aşağı Aza
Azadkənd (əvvəlki adı: Aşağı Aza) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Aza kəndi Azadkənd adlandırılmışdır. Düzənlikdədir.Araz və Gilançayın birləşdiyi ərazidə yerləşir. Oykonim "Aşağıda yerləşən Aza kəndi" mənasındadır. 2003-cu ildən kəndin adı Azakənd kimi rəsmiləşdirilmişdir..Kənddə əsasən əkinçilik,meyvəçilik və maldarlıq inkişaf etmişdir. Kənddə 510 yerlik məktəb, kitabxana, mədəniyyət evi və tibb məntəqəsi fəaliyyət göstərir. == Tarixi == == Əhalisi == Əhalisi 1095 nəfərdir.
Aşağı Ağasıbəyli
Aşağı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Aşağı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağasıbəyli kəndi mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yuxarı Ağasıbəyli oykoniminin qarşılığıdır. Ağasıbəyli XIX əsrin ortalarında maldar elatlardan birinin adını əks etdirir. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 460 nəfərdir.
Aşağı Ağbaş
Aşağı Ağbaş — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Çatmadağın ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir. «Aşağı» fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Arevşat qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci illərdə İranın Salmas və Xoy bölgələrindən köçürülüb yerləşdirilmişdir.
Aşağı Ağcakənd
Aşağı Ağcakənd (əvvəlki adı: Şaumyanovsk) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Goranboy rayonunun Şaumyanovsk qəsəbəsinin tarixi adı özünə qaytarılaraq Aşağı Ağcakənd qəsəbəsi adlandırılmışdır. == Toponimikası == 1938-ci ildən 1992-ci ilədək Şaumyan adlandırılmışdır. Qarabağ yaylasında yerləşən Ağcakənd yaşayış məntəqəsinin adının qarşılığıdır. == Tarixi == Sovetlər dönəmində, 1938-ci ildə Goranboyun sözügedən hissəsi ayrılaraq, mərkəzi Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilmişdi. Elə o illərdə Aşağı Ağcakəndin adı 26-lardan biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. 1991-ci ildə keçirilən Halqa əməliyyatından sonra Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edildi və həmin ərazi yenidən Goranboya birləşdirildi. 1992-ci ilin iyun ayında Ermənistanın işğalçı qoşunları tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. Aşağı Ağcakənddə bərpa işləri indiyə qədər davam edir. Hazırda Xocalı köçkünləri Aşağı Ağcakənddə və ona yaxın kəndlərdə məskunlaşdırılıb.
Aşağı Əndəmic
Aşağı Əndəmic (əvvəlki adı: Aşağı Əndəmiç) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Əndəmiç kəndi Aşağı Əndəmic kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılmışdır. Aşağı Əndəmiç oyk., mur. Ordubad rayonunun Nüsnüs inzibati ərazi vahidində kənd. Ordubad çayının sahilindədir. Yaşayış məntəqəsini XIX əsrin əvvəllərində keçmış Əndəmiç kəndindən çıxmış ailələr salmış və Aşağıda, çökəkdə yerləşdiyinə görə belə adlanmışdır. Xalq danışıq dilində əndə "eniş-yoxuş"; "cala-cuxur", mış "su yığılan yer" mənalarını ifadə edir. Beləliklə, oykonim "su yığılan cala, cuxur yer" mənasındadır. 2003-cu ildən kəndin adı Aşağı Əndəmic kimi rəsmiləşdirilmişdir..
Aşağı Ərmik
Aşağı Ərmik - İrəvan quberniyası, İrəvan qəzasının Ararat rayonunda kənd adı. == Tarixi == Ərmik kəndindən çıxmış ailələrin yaratdığı məntəqədir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Aşağı Əskipara
Aşağı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kənd 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. == Tarixi == Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3. minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir. 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılığa gəlinib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Aşağı Manhetten
Aşağı Manhetten (ing. Lower Manhattan, Downtown Manhattan), həmçinin Aşağı Nyu-York (ing. Downtown New York) kimi də tanınır — Manhettenin ən cənub hissəsi. Ərazi 2010-2020-ci illərdə Nyu-Yorkun ən sürətlə inkişaf edən yeri olmuşdur.
Aşağı Qazanış
Aşağı Qazanış (qum. Тёбен Къазаныш, Тюпдеги Къазаныш, Уллу Къазаныш, rus. Нижнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Yuxarı Qazanış kəndinin yaxınlığında yerləşir. == Tarixi == Keçmiş adı Böyük Qazanış olmuşdur (qum. Уллу Къазаныш, rus. Большое Казанище).
Aşağı Xatunarxı
Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1670–80-ci illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur == Əhalisi == Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir.
Aşağı Şənəstəq
Aşağı Şənəstəq və ya Kiçik Şənəstəq (az.-əski. کیچیک چینسته، آشاغێ چینسته‎, fars. شنستق سفلی‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 296 nəfər yaşayır (103 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Hüseynabad (Aşağı Tarım)
Hüseynabad (fars. حسین‌آباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 222 nəfər yaşayır (72 ailə).
Həsənabad (Aşağı Tarım)
Həsənabad (fars. حسن‌آباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 132 nəfər (42 ailə) yaşayır.
Kəngavər (Aşağı Tarım)
Kəngəvər (fars. کنگاور‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (17 ailə).
Macar (Aşağı Tarım)
Macar (fars. ماجار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Niyərik qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 67 nəfər yaşayır (19 ailə).
Milli futbol komandalarının ən yüksək-ən aşağı FİFA reytinqi
== Milli futbol komandaların ən yüksək-ən aşağı FİFA reytinqi (1993-2024) ==
Mönster (Aşağı Reyn)
Mönster (fr. Munster) – Fransanın şimal-şərqində yerləşən şəhər.
Niderland aşağı sakson dili
Aşağı alman dili (aşağı alman ləhçəsi; Nedderdüütsch, Plattdütsch, Plattdüütsch, Plattdütsk, Plattdietsch, Plautdietsch; alm. Niederdeutsch, Plattdeutsch‎) — Danimarkada olduğu kimi Almaniyanın şimalında və Niderlandın şimal-şərqində yayılan ləhcələr toplusu olan dil. Hind-Avropa dillərinin Alman filialının Qərbi Alman qrupuna aiddir. Fonetik olaraq, ədəbi Alman dilindən çox fərqlidir, lakin Holland dilinə yaxındır (sonuncusu bəzən tərkibinə, Aşağı frank qrupu daxilində daxil edilir). Hal-hazırda ədəbi dil (geniş yayılmamışdır) Almaniya və Niderlandda ayrıca inkişaf edir. Arxeoloq Henrix Şlimanın ana dili idi.
Qarxun (Aşağı Tarım)
Qarxun (Aşağı Tarım) (fars. قارخون‎) İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Toponimikası == Kəndin adı hun türklərinin adı ilə bağlıdır. Professor Firudin Cəlilovun sözlərniə görə türk soylu Hunlar iki dəstəyə bölünərmişlər: Ağ Hunlar və Qara Hunlar ki Qarxun adıda Qara Hunlardan alınmışdır.Həmçinin qara azərbaycan dilində böyük və sıx anlamındada istifadə edilir ki kəndin adı qara hun yəni böyük hun kimi də çəkilə bilər.Qeyd etmək lazımdır ki Azərbaycan respublikasının Quba və Şərur rayonlarında da eyni adlı kəndlər var. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 196 nəfər yaşayır (68 ailə). === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan dilində danışırlar.
Raça-Leçxumi və Aşağı Svaneti
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Aşağı Svaneti diyarı
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Raça-Leçxumi və Aşağı Svaneti mxaresi
Raça – Leçxumi və Aşağı Svaneti diyarı (gürc. რაჭა-ლეჩხუმის და ქვემო სვანეთის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996-cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Ambrolauri şəhəridir.
Sikkələrin dəyərinin aşağı salınması
Sikkələrin dəyərinin aşağı salınması, qiymətli metalların içərisinə daha az qiymətli olanları əlavə edərək həqiqi dəyərinin azaldılması prosesidir. Beləliklə də, üzərində yazılan dəyəri eyni qalsa da, faktiki dəyəri azalır. Məsələn, qızıl üçün "Ayar" anlayışına daxil olan xarici metalların nisbətini də ifadə edir. Ayar nə qədər yüksək olarsa, qızılın nisbəti də bir o qədər yüksəkdir. (24 ayar ən yaxşı keyfiyyətdir.) Qızıla adətən mis əlavə edilir. Ancaq bu vəziyyət, qızılın rəngini dəyişərək qırmızıya çevrilməsinə səbəb olur. Dəyəri aşağı salınmış olan Sikkələrin əsl dəyəri bu gün nəzərə alınmır. Çünki onlar nisbətən dəyərsiz metallardan hazırlanırlar. Əhəmiyyətli olan onun üzərindəki nominal dəyərdir. Osmanlı İmperiyasında XIX əsrə qədər metal pul və sikkələrdən istifadə edilmişdir.
Səma aşağı enir
Səma aşağı enir (ing. The Sky Is Falling) — Sidni Şeldonun 2001-ci ildə yazdığı romandır.
Səmanın aşağı sərhədi (film, 2013)
Ulduzlar aşağı parlayırlar
Ulduzlar səmadan parlayır (ing. The Stars Shine Down) — Sidni Şeldonun 1992-ci ildə yazdığı romandır.
Ultrasəs aşağıtezlikli disperqator
Ultrasəs aşağıtezlikli disperqator — motor yağlarıının özlülük stabilliyinin təyini üçündür. == Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu == Motor yağlarıının özlülük stabilliyinin təyini üsulu — Yağın istismarı zamanı tərkibində olan polimer aşqarların mexaniki parçalanması (destruksiyası) səbəbindən özlülüyün nisbi aşağı düşməsini ultrasəs aşağıtezlikli disperqator qurğusunda səslənmədən sonra ГОСТ 6794–75 (bənd 3.6) üsulu ilə təyinidir. == Qurğu == Ultrasəs aşağıtezlikli disperqator disperqatorunun komplektinə ultrasəsləndirici generator, 22 kHz və 44 kHz tezlikli eksponensial qatılaşdırıcı olan maqnit şüalandırıcıları, ştativ və reaksiya qabı daxildir. == Sınağa hazırlıq == Reaksiya qabı Б-70 markalı benzinlə, toluol və ya aseton ilə yuyulur və qurudulur. Sonra Ultrasəs aşağıtezlikli disperqator – 2T generatoru işə salınır, şüalandırıcı köynəyə su verilir, 1 dəq. az olmayaraq lampaların qızması gözlənilir. Reaksiya qabına 15 sm3 yağ tökülür və ştativə bərkidilir, sonra termostat işə salınır, generatorda 22 kHz tezliyi qeyd edilir. == Sınağın aparılması == "Müntəzəm tezlik" və "maqnitləşdirmə" variatorları ilə sınaq yağının maksimal kavitasiya səsinin rezonansına uyğun sistem quraşdırılır. Yağ 15 dəqiqə müddətində ultrasəs qurğusunda səsləndirilir. Səsləndirmə qurtardıqdan sonra yağın kinematik özlülüyü 1000 C-də ГОСТ-33–82-yə görə təyin edilir.
Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları
Yuxarı və Aşağı Kanadada 1837-1838-ci illər üsyanları — 1837-ci ilin payızında Yuxarı və Aşağı Kanadada inqilabi şərait yetişdi. Ümumi mitinqlər keçirildi, əhali küçələrə yığışdı.Bu illərdə yüzlərlə silahlı vətəndaş idarəçi elitalara öz etiraz və tələblərini bildirdi. Rəhbərlik öz siyasətində və iqtisadiyyatında dəyişikliklər tələb etdi. 1836-cı ilin zəif kənd təsərrüfatı məhsulları gələcək il üzrə toxum, vəsait almaq üçün kafi deyildi. Uiliam Layon Makkenzi Yuxarı Kanadada 1837-ci ilin yazında siyasi birlik və ehtiyat komitələri və islahat yığıncaqları təşkil etdi. O, Cənubi Ontarioda inqilabçıları təşkilatlandırdı və Aşağı Kanadadakı vəziyyətdən faydalanmağa hazırlaşırdı. Makkenzi Sent-Denidəki hadisələri eşidincə öz üsyanını Torontodan başlamağa qərar verdi. Yuxarı Kanadada üsyan dekabrın əvvəlində başladı.Makkenzi və silahdaşları olan Piter Metyu, Samuel Launt qərarlı şəkildə hərəkət etdilər,amma,burada da Aşağı Kanadada olduğu kimi rəhbərlər arasında ikitirəlik, ziddiyyət müşahidə olunurdu.Konfliktin gedişini silah və güc müəyyən etdi.Burada isə üstünlük hakimiyyətin tərəfində idi.Bərabər olmuyan döyüşlərdən sonra üsyançılar ABŞ sərhədlərinə çəkildi. Makkenzi Buffaloda özünə sığınacaq tapdı.13 dekabrda isə o, Niaqara şəlaləsindən 2-3 mil aralıda olan Sent-Neviyə gəldi.Yuxarı Kanada respublikasını və Müvəqqəti Hökumət yaratmaq istədi.ABŞ-nin mövqeyi isə buna fərqli idi. Belə ki,ingilislərlə münasibətlər kəskinləşdikdən sonra ABŞ Kanada vətənpərvərlərinə kömək göstərilməsini qadağan etdi.Üsyançılar ərazini tərk etmək məcburiyəttində qaldılar.
Yuxarıda və aşağıda (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Çəmən (Aşağı Tarım)
Çəmən (fars. چمن امیرآباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 169 nəfər yaşayır (61 ailə).
Əliabad (Aşağı Tarım)
Əliabad (fars. علی‌آباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 173 nəfər yaşayır (56 ailə).
Aşağı Sorb gimnaziyası
Aşağı Sorb gimnaziyası (a.sorb Dolnoserbski gymnazium Chóśebuz, alm. Niedersorbisches Gymnasium Cottbus‎) — Almaniyanın Kottbus şəhərində yerləşən orta təhsil müəssisəsinin adıdı. Almaniyada tədrisin tamamilə Aşağı sorb dilində aparıldığı yeganə orta məktəbdi. == Tarixi == Aşağı Sorb Gimnaziyasının əsası 1952-ci il sentyabrın 1-də Kottbus şəhərində qoyulub. Sorb ictimai xadimi Frido Metçkanın təşəbbüsü ilə yaradılmışdır. Əvvəlcə "Serbska wuša šula" (Sorb Liseyi) adlanırdı. Gimnaziyada təhsilin birinci ilində 76 şagird oxumuş və Yuxarı Sorbiyadan olan 8 müəllim dərs demişdir. İlk buraxılışı 1954-cü ildə olub. 1959-cu ildə məktəbin bazasında Sorb Genişləndirilmiş Orta Məktəbi yaradılmışdır. 2015-ci ilin aprel ayına olan məlumata görə, 5-12-ci siniflərdə 500-ə yaxın orta məktəb şagirdi qeydiyyatdan keçmişdi.
Aşağı Talın qalası
Aşağı Talın qalası — Ermənistanın Araqatsotn mərzinin Aşağı Talın kəndinin cənub kənarında yerləşən, Şəddadilər dövrünə aid qala. == Tarixi == Aşağı Talın kəndindən 1.7 km (1.1 mil) cənubdakı qəbiristanlıqda VII əsrə aid Müqəddəs Kristofer kilsəsi yerləşir. Qalanın ətrafını səkkizguşəli divar əhatə edir və XIX əsrin əvvəllərində tikilmişdir. Səkkiz dənə qala və pərdə divarlarından ibarət davamlı xətt daxili istehkamları əhatə edir. Şimalda yeddi dənə müntəzəm çoxbucaqlı istehkam, bir dənə yarımdairəvi və ya "aypara" qala yerləşir. Aşağı Talın kəndində yerləşən yarımdairəvi və nizami istehkamlar arasındakı pərdə divarları birincisi bitişik çıxıntılı istehkamlarla qorunsun deyə bir qədər bucaqlıdır. Əsas darvaza şimal bastionun şərqindən sağ bucaq altında daxil olmağı tələb edir. Bu dizayn süvarilərin girişi doldurmasına mane oldu. Əsas darvaza şimal istehkamının şərqindən sağ bucaq altında daxil olmağı tələb edir. Bu dizayn süvarilərin girişi doldurmasına mane olmuşdur.
Holokosta aşağıdan-yuxarıya yanaşma
Holokosta aşağıdan-yuxarıya yanaşma — Holokostun səbəblərinə baxış zamanı istifadə olunan yanaşma. Bu yanaşma adətən Holokostu başa düşmək üçün funksionalizmə qarşı intensionalizm müzakirəsi kimi tanınan ümumi müzakirələr çərçivəsində aparılır. Funksionalistlər yəhudilərin öldürülməsi qərarının zamanla "kumulyativ radikallaşma" adlı konsepsiya ilə inkişaf etdiyi arqumentini təmsil edirlər. İntensialistlər, digər tərəfdən, Son həllin başdan-başa baş verməsi üçün nəzərdə tutulduğuna inanırlar və bu fikri sübut etmək üçün antisemitizm mövzusundan istifadə edirlər. Funksionalizmə qarşı intensionalizm mübahisəsində aşağıdan yuxarıya yanaşma funksionalist baxış bucağından yaranmışdır. Bu yanaşma Holokostu izah etmək üçün istifadə edilən çoxsaylı arqumentlərdən biri kimi ən yaxşı şəkildə müəyyən edilmişlərdən biridir. Bu mülahizə əsasən aşağı rütbəlilərə və onların Son həll adlanan planı həyata keçirmək üçün daha yüksək rütbələrə təzyiq göstərməsinə yönəlmişdir.
Aşağı Ağcakənddə bir gün
Aşağı Ağcakənddə bir gün qısametrajlı sənədli televiziya filmi Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Xocalı köçkünlərinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin bir günündən bəhs edir. == Məzmun == Film Xocalı köçkünlərinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin bir günündən bəhs edir.
Yuxarıda olduğu kimi aşağıda da
Yuxarıda olduğu kimi aşağıda da — VIII əsrin sonu və ya IX əsrin əvvəllərində ərəbcə mənbədə aşkar edilmiş qısa hermetik mətn olan "Zümrüd Lövhə"nin ikinci misrasının məşhur müasir parafrazı. Parafraz "Zümrüd Lövhə"nin bir neçə mövcud latınca tərcümələrindən birinə əsaslanır, burada ikinci misra aşağıdakı kimidir: Quod est superius est sicut quod inferius, et quod inferius est sicut quod est superius. That which is above is like to that which is below, and that which is below is like to that which is above. Yuxarıda olan aşağıdakı kimi, aşağıda olan da yuxarıdakı kimidir. Parafraz bu latınca versiyaya xasdır və orijinalı olan ərəbcədən fərqlidir. Yelena Blavatskaya və "Kibalion"un anonim müəllifi kimi görkəmli müasir okkultistlər tərəfindən istifadə edildikdən sonra məşhurlaşmağa başladı və Nyu-eyc dairələrində tez-tez istinad edilən bir şüar oldu. == İstinadlar == === Ədəbiyyat === Kraus, Paul. Jâbir ibn Hayyân: Contribution à l'histoire des idées scientifiques dans l'Islam. I. Le corpus des écrits jâbiriens. II. Jâbir et la science grecque.

Значение слова в других словарях