Ac dovşan hücum edir (film, 2011)
Ac dovşan hücum edir (ingiliscə orijinal adı: Seeking Justice, Azərbaycan dilində: Ədalət axtarışında) 2011-ci ildə Rocer Donaldsonun rejissorluq etdiyi və Tobey Maguire və Ram Bergman tərəfindən istehsal olunan filmdir. Çəkilişləri Nyu Orleanda aparılmışdır. Rusiyada premyerası 12 yanvar 2012-ci ildə baş tutmuşdur.
== Süjet xətti ==
Baş qəhrəman Nik Cerardın həyat yoldaşı Laura təcavüzə məruz qalır, vəhşicəsinə döyülərək, başından güllə yarası alır. Sağ qalmaq şansı demək olar ki, sıfıra bərabər olsa da, möcüzəvi şəkildə sağ qalır. Həyat yoldaşını zorlayan şəxsin yaxalanmasında hüquq mühafizə orqanları heç bir nəticəyə nail olmadığından, alternativ variantlar axtarır. İş elə gətirir ki, gizli fəaliyyət göstərən və seksual manyakları öz gücləri hesabına cəzalandıran və ya zərərsizləşdirən dəstənin başçılarından biri ilə tanış olur. Həmin qrupun nümayəndəsi cinayətkarı öldürərək, morqa zəng vurur və "Ac dovşan hücum edir" ifadəsini işlədir. Ancaq təcavüzkar heç də təmənnasız olaraq cəzalandırılmayıb. Bunun müqabilində Nik dəstə üçün bir neçə tapşırıq yerinə yetirməlidir.