ADINA

is. Cümə axşamı, həftənin dördüncü günü. Adna günü. Adına axşamları.
– Burada oğlan anası qudasına cavab verəcək ki, biz adına günü toy başlayırıq. R.Əfəndiyev.

Синонимы

  • ADINA ADINA (həftənin 4-cü günü) [Cavad:] Bu gün təkdir, sabah yox biri gün adınadır.. (Ə.Vəliyev); CÜMƏ AXŞAMI Bir cümə axşamı işin axırında Mirmehdi Həmid

Этимология

  • ADINA Həftənin IV gününə (cümə axşamına) qabaqlar “adına” demişik, fars sö­zü­dür. Poeziyada çox işlədilib: Rəbiəl - axirdə adına günü, / Şamidan eylədi həm
ADIGEYCƏ
ADINALIQ
OBASTAN VİKİ
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. == Tarixi == Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
Givi Kiladze adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Heydər Əliyev adına Saray
Heydər Əliyev Sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən konsert salonu. Heydər Əliyevin adını daşıyır. Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. 2022-ci il 17 iyun tarixindən 2023-cü il 25 noyabr tarixinə qədər müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilmişdi. 2023-cü il 25 noyabr tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsinə İlham Qasımov təyin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı aparılan təmir-bərpa işləri nəticəsində indiki görünüşünə qovuşmuşdur. Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir. Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub. Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir işıq və səs texnikası qurulmuşdur.
Heydər Əliyev adına stadion
Heydər Əliyev adına stadion və ya Heydər Əliyev adına İmişli şəhər stadionu — Azərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8.500 nəfər olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur. "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirir. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə «MKT-Araz» komandası Moldovanın «Tiraspol» komandası ilə İntertoto kubokunun ev oyununu keçirib. İmişli şəhər stadionu Azərbaycanın Ulu Öndəri, Heydər Əliyevin adını daşıyır. == İstinadlar == == Xarici keçidlər == "İmişli şəhər stadionundan - FOTOREPORTAJ" (az.). https://futbolpress.az/. 05.12.2022 tarixində arxivləşdirilib. Emil Nəsirov. "Bakıdan Ağdama qədər: Azərbaycanın futbol arenaları – VİDEO" (az.).
Humboldt adına Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Adına günü
Adına günü (az.-əski. آدینا گونو‎), Adna günü və ya Ata-baba günü — Azərbaycan təqvim inanclarında cümə axşamı və ya cümə üçün istifadə edilən gün. Ölülərin yad edilmə günüdür. == Mənası və icrası == Adına axşamı, cümə günü və ya cümə axşamı qədim dövrlərdə "ayna günü" də adlandırılmışdır. Bu gün ruhlarla əlaqələndirilərək Azərbaycanın bəzi yerlərində "ata-baba günü" adlandırılır. Adına günündə evlərdə xüsusi yemək bişirilir və qəbir üstünə gedilir, ölülər yad edilir. Azərbaycan xalq inanclarına görə, ölülərin ruhları adına günündə, hava qaralanda öz evlərinə ziyarətə gəlirlər. Adına günü Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilanda 4-cü gün olaraq, Gədəbəy və Tovuzda 5-ci gün olaraq qeyd edilir. Gəncədə ölən adam üçün dördüncü gün verilən ehsan "adnalıx" ("adnalıq") adlanır. Adına ertəsi (adınadan sonra gələn gün mənasında) Gədəbəydə 6-cı gün kimi istifadə edilir.
ADıNA günü (film, 2010)
ADıNA günü qısametrajlı sənədli televiziya filmi rejissor Bəhruz Qədirov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır. == Məzmun == El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var: duz, xas, adına və s. Bir qismi yaddan çıxıb. Adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də elə bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı.
Alekseev adına qızlar gimnaziyası
Alekseev adına qızlar gimnaziyası — Taqanroq şəhərinin ərazisində, Çexov küçəsi, ev 22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1911–1917-ci illər ərzində qızlar gimnaziyası olaraq fəaliyyət göstərmişdir. == Məktəbin tarixi == Alekseev adına qızlar gimnaziyasının tarixi öz başlanğıcını 1905-ci ilin sentyabrından götürür. Bu zaman şəhər dumasına Pavel Petroviç Filevski tərəfindən məktub göndərilir. Bu məktubda Taqanroqda yeni qızlar gimnaziyasının yaradılmasına ehtiyac olması vurğulanır. XX əsrin əvvəllərində Mariin gimnaziyası həddindən aryıq dolmuş olur. Burada artıq hər sinifdə 50 şagird oxuyurdu. Şəhər duması bunlsrı nəzərə alaraq Filevskinin təşəbbüsünü dəştəkləyir və Taqanroqda ikinci qızlar gimnaziyasını açmağı qərara alır. Nəhayət 1906-cı ildə ikinci qızlar gimnaziyası açılması plana alınır. Şəhərdə ikinci qızlar gimnaziyasının açılışı 1911-ci ilin noyabrına təsadüf edir.
Anatoli Banişevski adına stadion
Anatoli Banişevski adına stadion — Masallı şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 7,500 nəfərdir. "Viləş Masallı" FK ev oyunlarını bu stadionda keçirir.
Humbolt adına Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Maksim Qorki Adına Kinostudiya
Maksim Qorki adına kinostudiya — Rusiyada ən böyük kinostudiyalardan biri. 1915-ci ildə yaradılmışdır. 1948-ci ildən Maksim Qorkinin adını daşıyır.
Mixail Mesxi adına stadion
Mixail Mesxi adına stadion (gürc. მიხეილ მესხის სახელობის სტადიონი) — Gürcüstanın Tbilisi şəhərində yerləşən və "Lokomotiv Tbilisi" klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion futbol və reqbi üzrə yarışları qəbul edə bilir. "Lokomotiv Tbilisi" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Futbol üzrə Gürcüstan yığması da bəzən ev oyunlarını burada keçirir. Stadion milliyətcə gürcü, məşhur sovet futbolçusu Mixail Mesxinin şərəfinə adlandırılıb. Stadion Gürcüstanda böyüklüyünə görə ikincidir, birincilik isə həmçinin Tbilisidə yerləşən Boris Payçadze adına Dinamo Arenaya məxsusdur, onun tutumu 55 min tamaşaçı həcmindədir.
Nizami adına Ədəbiyyat Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
Nizami adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Nəsimi adına Dilçilik İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
Oktyabr İnqilabı adına park
Oktyabr İnqilabı adına park — Rostov-na-Donu şəhərində yerləşən parklardan biri. Şəhərin mərkəzində, Teatralnı meydanı yaxınlığında qərarlaşır. Əhali arasında əsas istirathət yerlərindən biridir. Park ilk dəfə 1926-cı ildə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin arasında park zonası kimi salınmışdır. Sonrakı inkişaf mərhələsi 1928-ci ildən başlayır. Bu il Naxçıvan-na-Donu Rostov şəhərinə birləşdirilir. Park artıq 1970-ci illərdə şəhər əhalisinin sevimli istirahat güşəsinə çevrilir. Parkda idman meydançaları, atraksionlar, uşaq istirahət yerləri, kafe və müstəüil köşklər vardır. Parkın kənarları və daxili ilə piyada yolları vardır. Burada mini-futbol, peytbol və s idman növləri ilə məşğul olmaq üçün xüsusi yerlər belə ayrılmışdır.
Ramaz Şengeliya adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Seçeni adına Milli Kitabxana
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər. 1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır. 1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü.
Yaşar Məmmədzadə adına stadion
Yaşar Məmmədzadə adına stadion — Mingəçevir şəhərində fəaliyyət göstərən idman obyekti. 1953-cü ildə tikilib. Tutumu 5,000 nəfərdir. Mingəçevir FK ev oyunlarını bu stadionda keçirir. 2010-cu ildə əsaslı təmir edilmişdir Mingəçevir şəhərində fəaliyyət göstərən futbol stadionu şəhid — Yaşar Məmmədzadənin adını daşıyır. Yaşar Məmmədzadə adına stadionda şəhidin büstü yerləşdirilib.
Çingiz Mustafayev adına Fond
Çingiz Mustafayev adına Fond — 1999-cu ildə təsis edilmiş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan qeyri-hökumət və qeyri-kommersiya təşkilatı. Fond mükafat təqdimatları, müsabiqələr, festivallar, moto-yürüşlər, kitab nəşrləri və digər layihələr həyata keçirərək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə xidmət edir. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan fond 1999-cu ildən fəaliyyət göstərir. Fondun ilk prezidenti Milli Qəhrəmanın atası Fuad Mustafayev, hazırkı prezidenti isə qardaşı Seyfulla Mustafayevdir. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond media işçilərinin savadının və peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan-Amerika Jurnalist Akademiyasını yaradıb. Fond, həmçinin "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirir, Azərbaycanın hərb və müstəqillik tarixi və ilə bağlı bədii filmlərə ("Bulağıstan", "Yaddaş", "Xoca", "Qanlı Yanvar" və s.), sənədli filmlərə, seriallara, animasiya filmlərinə sponsorluq edib. Çingiz Mustafayev adına Fond 2018-ci ildə KİV əməkdaşları arasında hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə" müsabiqəsi elan edib. Bu müsabiqəyə 100-dən çox yazı müəllifi qatılıb. Fond 2020-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə", "Ən yaxşı videoçarx", "Ən yaxşı rəsm", "Ən yaxşı foto", "Ən yaxşı mahnı" müsabiqələri elan edib.
Şövkət Orduxanov adına stadion
Şövkət Orduxanov Stadionu — Qusar şəhərində yerləşən stadion. Şahdağ Qusar futbol klubu ev oyunlarını burada keçirir. Stadion Olimpiya stadionudur. Tamaşaçı tutumu 4,000 nəfərdir..
Kuinci adına İncəsənət Muzeyi
Kuinci adına İncəsənət Muzeyi (ukr. Художній музей імені Куїнджі) – Ukraynanın Mariupol şəhərində yerləşmiş keçmiş incəsənət muzeyi. Mariupol şəhərində anadan olmuş rəssam Arxip Kuincinin həyat və yaradıcılığına həsr olunub. Muzeyin açılışı 30 oktyabr 2010-cu ildə baş tutsa da, onun yaradılması XX əsrdə təklif edilmişdir. Muzey 21 mart 2022-ci ildə Mariupolun mühasirəsi zamanı hava hücumu nəticəsində dağıdılmışdır. Hava hücumu zamanı Kuincinin üç orijinal əsəri muzeydə olmasa da, digər rəssamların əsərləri var idi. == Tarixi == Mariupol şəhərində Arxip Kuinciyə həsr olunmuş muzeyin yaradılması ilk dəfə 1914-cü ildə təklif edilmişdir. Muzey üçün ilkin əsərlərin Kuinchi Rəssamlar Cəmiyyəti tərəfindən verilməsi planlaşdırmış, lakin Birinci Dünya Müharibəsi qərarın qəbul edilməsini gecikdirmişdir. 1960-cı illərdə muzeyin yaradılması ideyası bir daha müzakirə olunmuş, lakin muzey üçün maliyyə vəsaiti tapılmamış, nəticədə, bunun əvəzinə Kuinci Sərgi Mərkəzi açılmışdır. 1997-ci ildə muzeyin yaradılması üçün işlərə başlanılmış və 2008-ci ildə bərpa işlərinə start verilmişdir.
Vatslav Havel adına mükafat
Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatı — Avropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində tədqim olunur. Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub. Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb. Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir. Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri: 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır). 2011 – İşgəncələrə Qarşı Komitə (rus. Комитет против пыток), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub. Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər.
Şəhriyar adına mədəniyyət evi
DTX Mədəniyyət Mərkəzi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evi və ya Şəhriyar adına mədəniyyət evi (keçmiş Dzerjinski adına mədəniyyət sarayı) — Bakı şəhərində Stalin ampiri üslubunda tikilmiş mədəniyyət və incəsənət abidəsi. Bina hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin mədəniyyət mərkəzi kimi xidmət göstərir. == Tarixi == 1949-cu ildə Həsən Məcidovun layihəsi əsasında tikilmiş və hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət mərkəzinin yerləşdiyi bina XX əsr memarlığının nümunəsidir. Bina Stalinist memarlıq üslubunda inşa edilib. İlkin olaraq binanın yerləşdiyi ərazidə tanınmış polyak memarı İosif Ploşkonun layihəsi əsasında 1909-1912-ci illərdə inşa edilmiş Müqəddəs Bakirə Məryəmin kosteli yerləşib. Alman kosteli adlanan dini abidə 1931-ci ildə bolşeviklərin əmri ilə dağıdılıb. Ötən əsrin 30-cu illərində o zaman vahid bir qurum olan dövlət daxili işlər və təhlükəsizlik orqanları üçün Bakıda mədəniyyət klubunun yaradılması qərarına gəlinir. 1938-39-cu illərdə sonralar "Dzerjinski klubu" kimi tanınan binanın inşası aparılsa da, II Dünya müharibəsinin başlanması ilə əlaqədar tikinti işləri yarımçıq qalır. 1947-ci ildə Azərbaycan Dövlət Layihə İnstitutunun layihəsinə əsasən binanın tikintisi tamamlanır. 1951-53-cü illərdə baş mühəndis Həsən Məcidovun rəhbərliyi altında müəyyən tikinti-tamamlama işləri aparılan binada uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan ilk özəl, ödənişli musiqi məktəbi. == Haqqında == 2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda mərkəzin tədris zalında Xocalı soyqırımına həsr olunmuş və tələbələrlə ilk konserti olub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilə çıxış edib. Hətta tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib. 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənib. 09 avqust 2017-ci ildə Fidan Hacıyeva öz tələbəsi Elçin Əliyevi mərkəzə direktor təyin edir. Bundan sonra mərkəzin adı "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt)
Fikrət Əmirov adına Musiqi Məktəbi — Sumqayıtda musiqi məktəbi. == Ümumi məlumat == 1991-ci ildə fəaliyyətə başlamışdır. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. == Tarixi == Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti — Gürcüstanın Elm və Təhsil Nazirliyində və Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçmiş rəsmi tədris universiteti. == Məzmun == Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir. == Professor-müəllim heyəti == Universitetin rektoru, professor Novruz Bayramovdur. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır. === Universitetin professorları === Novruz Bayramov Konstantin Ramişvili Həsən Həsənli == Fəxri doktorları == Zəlimxan Yaqub — 2010.
Heydər Əliyev adına Hərbi Lisey
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir. 1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir.
Heydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi — özündə bağça-məktəb fəaliyyətini birləşdirən Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biri. 2001-ci il sentyabr ayının 1-də Heydər Əliyevin iştirakı ilə açılmışdır. Təhsil ocağı üç hissədən — uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə — Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. İngilis bölməsində dərslər "Cambridge" proqramı əsasında keçirilir. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. 15 may 2018-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Heydər Əliyev adına bağ (Tbilisi)
Heydər Əliyev adına bağ (gürc. ჰეიდარ ალიევის სახელობის სკვერი) — Tbilisi şəhərində yerləşən skver tipli park. 15 iyun 2004-cü ildə açılmışdı. Bağ Tbilisinin tarixi rayonlarından birində, Abanotubanidə yerləşir. Bağın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev tərəfindən hazırlanmış və postamentin hündürlüyü dörd metrdir. == Tarixi == === Bağın salınması === 2004-cü il iyunun 14-də Gürcüstan və Azərbaycan prezidentləri Mixail Saakaşvili və İlham Əliyev ilk ağacları əkməklə. gürcü paytaxtının tarixi mərkəzində bağın əsasını qoydular. Tbilisi meriyasının məlumatına görə, Heydər Əliyev adına bağın abadlaşdırılması üçün, şəhər büdcəsindən 75000 lari (təxminən, 45 min ABŞ dolları) ayırılıb. === Bağın və Heydər Əliyevin büstünün açılışı === 12 may 2007-ci ildə "Caspian Service" şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycanın üçüncü Prezidentinin büstünün rəsmi açılış mərasimi olmuşdur.
Heydər Əliyev adına beynəlxalq aeroport
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.

Значение слова в других словарях