aerodinamika
aerofotoqrafiya
OBASTAN VİKİ
Aerodrom
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Uilkins (aerodrom)
Uilkins (ing. Wilkins Runway) — Antarktidanın şərqində, Cənub okeanından 65 km aralıda, Mouson dənizinin şərq sahillərindən bir qədər aralıda yerləşən aerodrom. Aerodrom Antarktida üzərindən ilk uçuş təşkil edən Corc Qubert Uilkinsin şərəfinə adlandırılmışdır. Bir uçuş-eniş zolağına malikdir. Sərt buz qatı üzərində yerləşir. Uzunluğu 4000 metr təşkil edir. Uçuş-eniş zolağı Avstraliya Antarktika ərazisi hələ 1950-ci illərdə planlaşdırılırdı. Texniki, siyası və ekoloji problemlər səbəbindən imtina edilirdi. Tikinti ancaq 2005-ci ildə başa çatmışdır. Uçuş-eniş zolağı Yuxarı Peterson buzlağı üzərində qurulmuşdur.
Hərbi aerodrom
Hərbi aerodrom və ya aviabaza — mövcud aviasiya hissələrinə xidmət göstərən təmir və təchizat orqanı. Təmir sexləri və anbardan ibarətdir. Səyyar aviabazaların təmir sexləri xüsusi uyğunlaşdırılmış "Foks-Arbel" qatar vaqonlarında yerləşir və təyyarələrin, mühərriklərin, avtomobillərin və bəzi silahların və bort avadanlıqlarının kiçik və lazım gəldikdə orta həcmli təmirini yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Daimi aviabazaların emalatxanaları xüsusi uyğunlaşdırılmış binalarda təşkil olunur və yuxarıda sadalanan əmlakın orta və bəzi hallarda əsaslı təmirini həyata keçirmək üçün nəzərdə tutulmuşdur == İstinadlar == == Əlavə ədəbiyyat == Воздушный кодекс Российской Федерации — России, утверждён 19.03.1997 года, № 60-ФЗ. Федеральные авиационные правила производства полётов государственной авиации.
Nataxtari Aerodromu
Nataxtari Aerodromu (gürc. ნატახტრის აეროდრომი) və ya Nataxtari Hava Limanı (gürc. ნატახტრის აეროპორტი) (IATA: yoxdur, ICAO: UGSA) — Gürcüstanın Msxeta-Mtianeti diyarının ərazisinə daxil olan Nataxtari kəndində kiçik aerodrom. Aerodromun uçuş-enmə zolağının uzunluğu – 948 metr (0.589 mil), qalınlığı isə – 18 metr (0.011 mil). Aerodromun Gürcüstanın paytaxtı Tbilisi şəhərindən olan uzaqlığı – 31 kilometr (19 mil), Msxeta şəhərindən olan uzaqlığı – 13 kilometr (8.1 mil), Qori şəhərindən olan uzaqlığı – 62 kilometr (39 mil). Aerodrom hər uçuşda 30–50 nəfərə xidmət göstərir. Nataxtari Aerodromu Ambrolauri, Batumi, Kutaisi və Mestia şəhərlərinə uçuşlar keçirir.
Sarmanovo Aerodromu
Sarmanovo Aerodromu (rus. Аэродром Сарманово) — Rusiya Federasiyasının subyektlərindən biri olan Tatarıstan Respublikasında yerləşən asfalt uçuş-enmə zolağı olan kiçik bir aerodrom. Aedrom Sarmanovo kəndindən 2 kilometr (1.2 mil) uzaqlıqda yerləşir. Aedrom "Altair-Aero" Aeroklubu və Tatarıstan Respublikasına aid olan "Super-İşıq Birləşmiş Aviasiya Federasiyası"nın təşkilatçılığı tərəfindən təşkil olunan, 2016 Rusiya Paraqlaydinq Kubokuna ev sahibliyi etmişdir. Yarışa 4000-5000 arası tamaşaçı gəlmişdir.
Sitalçay aerodromu
Sitalçay aerodromu — Azərbaycan Respublikasının Xızı rayonunda, Bakıdan 70 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşən hərbi aerodrom. Sovet dövründə tikilib. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda Sovet hərbi aviasiyasına məxsus 30 SU-25 qırıcısı xidmət edirdi. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.
Səngəçal aerodromu
Səngəçal aerodromu – Azərbaycanın Qaradağ rayonundakı Səngəçal qəsəbəsində yerləşən aerodrom. SSRİ süqut etdikdən sonra Səngəçal aerodromu MDB aviasiya hissəsinin bazası olmuşdur. 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb müsadirə etmək tələblərinə baxmayaraq, rus hərbçiləri mümkün olan hər bir şeyi ölkədən çıxarmağa, şəxsi adamlara satmağa, məhv etməyə çalışırdılar. Bu təxribatlardan biri də Səngəçal qəsəbəsindəki aerodromda hərbi vertolyotları yandırmaq cəhdi olmuşdur. Buna baxmayaraq, aerodromda evakuasiyaya hazırlıq görən 14 vertolyot azərbaycanlı silahlılar tərəfindən tərksilah edilərək, qənimət götürülmüşdü. Həmçinin, burada xidmət edən azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24 vertolyotunun hamısı respublikada qaldı. Hərbi aerodrom 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişinə əsasən Dövlət Sərhəd Xidmətinə verilmişdir. 2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuş, həmçinin bir polkovnik və bir kapitan yaralanmışdır. Azərbaycan tarixi (PDF).

Digər lüğətlərdə