afta 2021

afta
afşarlar 2021
aftab 2021
OBASTAN VİKİ
Afta
Afta – bozumtul rəngli fibrinoz-ekssudativ ərplə örtülmüş və kənardan qırmızı rəngli haşiyə ilə əhatə olunmuş oval formalı eroziya. Aftanın əmələ gəlməsi ilə müşahidə olunan stomatitlərə aftoz stomatitlər deyilir. Adətən ağrılı xroniki gedişə malik və residivləşməyə meyilli olur. Etiologiyası tam aydın deyil, lakin buna səbəb olaraq stresslərin və psixo-emosional gərginliklərin, autoimmun və yüksək həssaslıq reaksiyalarının, xroniki resdiviləşən septiko-allergik vəziyyətlərin, hamiləliyin, infeksiyaların, xüsusilə də streptokok və stafilakokların böyük rolu göstərilir.
Aftafa
Aftafa (fars. آفتابه‎) — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Yaxın və Orta Şərq ölkələrində geniş yayılmışdı. Afatafalar, adətən, qızlara cehiz verildiyi və məclislərdə işlədildiyi üçün zərif naxışlarla bəzədilirdi. Azərbaycanda, xüsusilə Lahıcda misgərlərinin düz əltdikləri aftafalər xarici ölkələrdə də şöhrət qazanmışdı.
Aftafa (Kövsər)
Aftabə (fars. افتابه‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsinin Gəncgah kəndistanında, bölgənin mərkəzindən 15 km. qərbdə, Xalxal-Ərdəbil avtomobil yolunun 5 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (28 ailə).
Aftafa (dəqiqləşdirmə)
Aftafa — Əsasən, misdən hazırlanan və əl-üz yumaq üçün istifadə edilən məişət əşyası. Aftafa (Kövsər) — İranın Ərdəbil ostanında kənd.
Aftandil Babayev
Aftandil Qasım oğlu Babayev (1957, Marneuli) — Azərbaycan Respublikası Mərkəzi Bankın sədrinin müavini. == Həyatı və fəaliyyəti == 1957-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq Təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil almışdır. Əmək fəaliyyətinə 1978-ci ildə "Azkolxoz xüsusi tikinti" Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 1979–1980-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir. 1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
Aftandil Hacıyev
Aftandil Hacıyev Sabir oğlu (13 avqust 1981, Bakı) — Azərbaycan futbolçusudur. Azərbaycan milli futbol komandasında 22 oyun oynamışdır. Aftandil Hacıyev azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, "Səbail" PFK-nın baş məşqçisidir. 7 yaşında karyerasına başlayan futbolçunun mövqeyi müdafiəçi olub. 184 sm boyunda olan baş məşqçi, müxtəlif illərdə "Şəfa", "Turan", "Neftçi", "Qarabağ", "Sumqayıt" klublarının heyətində oynayıb. == Nailiyyətləri == Azərbaycan çempionu: 2004/2005 Azərbaycan çempionatının gümüş mükafatçısı: 2006/2007 Azərbaycan çempionatının bürünc mükafatçısı: 2005/2006 Azərbaycan Kubokunun qalibi: 2000/2001, 2008/2009 == Müsahibələri == "Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi". Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafikdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq.
Aftandil İsrafilov
Aftandil Eynulla oğlu İsrafilov (24 yanvar 1941, Bakı – 29 aprel 2023, Bakı) — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) == Həyatı == Aftandil İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib. A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edir. Aftandil İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2 dekabr 2022-ci il tarixində reanimasiya yerləşdirilib.
Aftandil Ələkbərzadə
Aftandil Ələkbərzadə (azərb. Ələkbərzadə Aftandil Vaqif oğlu; rus. Алекберзаде Афтандил Вагиф оглы; d. 2 sentyabr, 1970. Bərdə, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru. İvan Mixayloviç Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tibbi‑profilaktika fakültəsinin cərrahiyyə kafedrasının professoru. == Həyatı == Ələkbərzadə Aftandil Vaqif oğlu 1970-ci il sentyabrın 2-də Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1993-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini "müalicə işi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993–1995-ci illərdə M. A. Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitutunda "cərrahiyyə" ixtisası üzrə kliniki ordinatura keçib. Aftandil Ələkbərzadə 1996–1999-cu illərdə M. A. Topçubaşov adına Respublika Elmi-Cərrahiyyə Mərkəzində "cərrahiyyə" ixtisası üzrə aspiranturada təhsil alıb.
Alber Aftalon
Alber Aftalon (fr. Albert Aftalion; 21 oktyabr 1874, Ruse – 6 dekabr 1956, Cenevrə) — əslən Bolqarıstandan olan fransız iqtisadçı, Paris Universitetinin professoru, 1909-cu ildə ilk dəfə makroiqtisadiyyatda akselerator terminini yaratmışdır. == Bioqrafiyası == 21 oktyabr 1874-cü ildə Bolqarıstanın Ruse şəhərində Sephard mənşəli bir Yəhudi ailəsində anadan olub. Ailə 1876-cı ildə Fransaya, Nensiyə köçdü. 1898-ci ildə Paris Universitetində hüquq doktoru və 1899-cu ildə iqtisadiyyat doktoru dərəcəsini almışdır. 1900–1922-ci illərdə Lill Universitetində, 1922–1934-cü illərdə Paris Universitetinin Statistika kafedrasında professor və 1934–1940-cı illərdə Paris Universitetində Siyasi İqtisadiyyat kafedrasının professoru kimi dərs demişdir. 1940–1944-cü illərdə Yəhudi statusuna görə universitetdəki işindən müvəqqəti təxirə salındı ​​və bu dəfə Tuluzada keçirmişdir. Sorbonna bərpa edildikdən sonra və 1944–1950-ci illərdə 1950-ci ildə təqaüdə çıxana qədər çalışmışdır. 1950–1951 — Fransa İqtisadi Elmlər Birliyinin ilk prezidenti olmuşdur. == Elmə töhfələri == 1909-cu ilin fevral-aprel ayları arasında Siyasi iqtisadiyyat jurnalında (fr.