akkordeon
akkredetiv
OBASTAN VİKİ
Akkra
Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir. == Tarixi == Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi.