akut
akvaaerobika
OBASTAN VİKİ
Akva alta
Akva alta ( – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir. Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar. Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma — ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80–109 santimetr daha artıqdır; daha intensiv qabarma — ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110–139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar — ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur. Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti — ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil.
Akva İbom ştatı
Akva İbom ştatı (ing. Akwa Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat.
Akvadaq
Akvadaq — qrafitin suda suspenziyası. Elektron-şüa borusunun iç səthində elektriki keçirən təbəqə yaratmaq üçün işlədilir. Qrafitin suda suspenziyasını sabitləşdirmək üçün bir üsul olan akvadaq 1906-cı ildə ABŞ kimyaçısı və sənayeçisi Edvard Açeson tərəfindən patentləşdirilmişdir və əvvəlcə sürtkü kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. "Akvadaq" sözü "Aqueous Deflocculated Acheson Graphite" ("suda deflokulyasiya edilmiş Açeson qrafiti") ifadəsinin qısaltmasıdır. İxtiraçı daha sonra ixtirasını 23 sənayeləşmiş ölkədə patentləşdirdiyindən və məhsul ixtiraçının rəhbərlik etdiyi "Acheson Industries" tərəfindən eyniadlı ticarət nişanı altında istehsal olunduğundan, ad qısa müddətdə məşhurlaşmış və dünyanın bütün dillərinə daxil olmuşdur. Аквадаг // Большая Энциклопедия Нефти Газа Аквадаг // Большой энциклопедический политехнический словарь. — 2004. // Большой энциклопедический политехнический словарь. 2004.
Akvafina
Nora Lum (2 iyun 1988, Nyu-York, Nyu-York ştatı) — əsasən Awkwafina ləqəbi ilə tanınan ABŞ aktrisası, repçisi və komediyaçısı.
Akvafobiya
Akvafobiya və ya Hidrofobiya ifrat və əsassız su qorxusu ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Tipik olaraq, bu fobiya, bu yerlərdə mövcud olan çox miqdarda su səbəbindən, çimərliklərdən və ya hovuzlardan qorxmaqla əlaqədardır. Bununla birlikdə hidrofobiya yalnız suya girmək, üzmək və ya çimmək qorxusu ilə məhdudlaşmır. Bu ifrat qorxudan əziyyət çəkən insan, su ilə təmasda olduğu hər hansı bir vəziyyətdən qorxa bilər. Bu hallara krandan axan su və sairə daxildir.
Akvakultura
Akvakultura (latın akua – su, + kultus – yetişdirmək, becərmək) – su mühitində faydalı orqanizmlərin – yosunların, xərçənglərin, molyuskaların, balıqların və s. yetişdirilməsi. Akvakultura həm də dəniz və şirin su ekosistemlərinin bərpası və reabilitasiyası üçün istifadə edilən bir təcrübədir. Dəniz əkinçiliyi kimi tanınan dənizçilik, şirin su akvakulturasından fərqli olaraq dəniz suyu yaşayış yerlərində və laqonlarda akvakulturadır. Balıqçılıq, balıq məhsullarını qida kimi əldə etmək üçün balıq yetişdirməsindən ibarət olan akvakultura növüdür. Akvakultura həmçinin suda əkinçilik kimi tanınan balıq və digər su bitkilərinin, yetişdirilməsi və yığılması kimi də müəyyən edilə bilər. Bu, daha sağlam yaşayış mühitini yaxşılaşdırmağa kömək edən və nəsli kəsilməkdə olan su növlərinin populyasiyasını bərpa etmək üçün istifadə edilən ekoloji qida və kommersiya məhsuludur. Texnologiya dəniz məhsullarına artan tələbat səbəbindən sahilyanı dəniz sularında və açıq okeanlarda balıqların böyüməsini artırdı. Yaşayış şəraitinin suyun keyfiyyəti (oksigen), yem, temperatur kimi insan nəzarətindən asılı olduğu balıq çənləri, gölməçələr, akvaponikalar və ya yollarda olduğu kimi quruda tikilmiş tamamilə süni obyektlərdə (quruda akvakulturada) akvakultura aparıla bilər. Alternativ olaraq, onlar becərilən növlərin nisbətən daha təbii mühitlərə məruz qaldığı su hövzəsinin sahilinə yaxın yaxşı qorunan dayaz sularda (sahil akvakulturasında) aparıla bilər; və ya növlərin qəfəslərdə, dayaqlarda və ya torbalarda becərildiyi və su axınları (okean axınları kimi) kimi daha müxtəlif təbii şəraitə məruz qaldığı sahildən kənarda hasarlanmış/qapalı açıq su hissələrində (dənizdə akvakultura), Diel şaquli miqrasiya və qida dövrləri.
Akvalanq
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Akvamarin
Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü. Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər. Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir və həmçinin Fe2+ ehtiva edir. Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir. Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də, mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər. Akvamarin qiymətli daşdır. Akvamarin adı latınca "su" mənasını verən aqua və "dəniz" mənasını verən marina sözlərindən yaranmışdır. "Aquamarine" sözü ilk dəfə 1677-ci ildə istifadə edilmişdir. Akvamarinin dəyəri onun çəkisi, rəngi, kəsimi və parlaqlığı ilə müəyyən edilir. Mineral nisbi bolluğuna görə adətən zümrüd və ya biksbit (qırmızı beril) kimi beril qrupuna daxil olan digər qiymətli daşlarla müqayisədə nisbətən daha ucuz, mavi topaz kimi oxşar rəngli qiymətli daşlardan isə daha bahalıdır.
Akvamen
Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir. Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir. Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir.
Akvamen (film)
Akvamen eyniadlı DC personajı əsasında 2018-ci ildə çəkilmiş Amerika superqəhrəman filmidir. Warner Bros. Pictures tərəfindən birgə istehsal edilən və yayımlanan film, DC Genişləndirilmiş Kainatının (DCEU) altıncı filmidir. Filmin rejissorluğu Ceyms Vana, ssnarisi isə Devid Lesli Conson-McQoldrik və Vil Beylə aiddir.
Akvamen (film, 2018)
Akvamen eyniadlı DC personajı əsasında 2018-ci ildə çəkilmiş Amerika superqəhrəman filmidir. Warner Bros. Pictures tərəfindən birgə istehsal edilən və yayımlanan film, DC Genişləndirilmiş Kainatının (DCEU) altıncı filmidir. Filmin rejissorluğu Ceyms Vana, ssnarisi isə Devid Lesli Conson-McQoldrik və Vil Beylə aiddir.
Akvarimlər
Akvarimlər (özlərini çvi adlandırırlar) - Qananın cənubunda akan qrupundan xalq. Akvarimlərin sayı 470 min nəfərdir (2000). Akan dilinin dialekti olan çvi kasa dilində danışırlar. Bu dil Qananın rəsmi dillərindən biridir. Dindarların əksəriyyəti xristian, digər hissəsi müsəlmandır.XVII əsrin əvvəllərində Akvarimlərin əsdadları Akvarim omanlığını yaratmışdılar. 1640-1730-cu illərdə Akvama tabe olan bu omanlıq, 1742-1826-cı illərdə Aşanti konfederasiyasının tərkibinə daxil idi. Əsas məşğuliyyətləri toxa əkinçiliyi, maldarlıq və quşçuluq olmuşdur. Hazırda Avvarimlərin əksəriyyəti kakao və qəhvə plantasiyalarında çalışırlar. Ənənəvi məişətləri, maddi mədəniyyətləri və sosial institutlarına görə aşantilərə çox yaxındırlar. Azərbaycan Milli Ensiklopediyası.
Akvarium
Akvarium — balıqların və müxtəlif dəniz və şirin su hövzələrində yaşayan canlılar və bitkiləri saxlamaq üçün nəzərdə tutulmuş qablar və ya hovuzlar. Çinlilərin balıqlara münasibəti də maraqlıdır. Şüşə qablarda çay və dəniz balıqlarını saxlamışlar. Birinci dəfə 1500-cü ildə Yaponiyaya akvarium çinlilər tərəfindən gətirilmişdir. Buradan da akvariumun dünya səyahəti başlamışdır. Amerika və başqa ölkələrə birinci dəfə buradan yol almışdır. Əldə olunan məlumata görə, bir amerikalı admiral Yaponiya imperatorunun ona bağışladığı iki cüt şələquyruq qızıl balığı Amerikaya gətirmək üçün hərbi gəmidən istifadə etmişdir. Amerikalı varlılar bu balıqları admiraldan almaq üçün çoxlu pul təklif etsələr də, admiral onları satmamışdı. Balıqların oğurlanmasından ehtiyat edən admiral xüsusi mühafizə dəstəsi düzəltmişdi. O, yalnız bir neçə ildən sonra, nəsil verib artıb çoxaldıqdan sonra balıqların hər birini çox baha qiymətə satmışdı.
Akvarium (film, 1983)
Akvarium filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır. Uşaq rolunda Əmir Tağıyev çəkilib. 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir. "Akvarium" poetik applikasiya filmidir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.
Akvarium balıqları
Akvarium balıqları (ing. Aquarium fishery) — Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar. Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-dək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə aid balıqlardan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular kimi dəniz balıqları yetişdirilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq 3–5, bəziləri 15 ilədək yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Akvatoriya
Akvatoriya (lat. aqua — su, territorium — ərazi) — dəniz, buxta, körfəz, yaxud portda müəyyən sərhəd daxilindəki su sahəsi. Məsələn, Bakı körfəzi akvatoriyası və s.
Con Stiven Akvari
Con Stiven Akvari (1938 və ya 1942) - tanzaliyalı yüngül atlet, 1968 Yay Olimpiya Oyunlarının iştirakçısı. 1968-ci ilin olimpiadasının marafonunda 75 atlet iştirak edirdi. Qaçışın başlamasından biraz sonra dizini və budunu zədələyir. Amma distansiyanı tərk etmədi, qaçışa davam etdi. Marafon qalibi Mamo Volde oldu, distansiyanı 2 saat 20 dəqiqə 26 saniyəyə. Con Stiven Akvari məsafəni 3 saat 25 dəqiqə 27 saniyəyə qət etdi. Məsafəni qət edənədək artıq qaliblərin təltif olunma mərasimi, günəş batması və azərkeşlərin çoxunun dağılışması baş verdi. Akvari axrıncı, finişə çatan 57-ci atlet oldu. İntervyuda ondan sorüşdular ki, niyə yıxılandan sonra qaçışı davam etdi, Akvarinin cavabı: Mənim ölkəm 5000 mil məsafəyə məni finişə çatmağım üçün göndərib, yarışa başlamaq üçün yox. 1968-ci ilin Olimpiadasından sonra on ildə yarışlarda iştirak edib.
İstanbul Akvarium
İstanbul akvarium — dünyanın ən böyük tematik akvariumudur. İstanbul şəhərində yerləşir. Akvariumun içində 16 ayrı bölüm 64 ədəd hovuz var.
Kamo Akvariumu
Kamo Akvariumu (加茂水族館, Kamo Suizokukan) – Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərində yerləşən akvarium. Dünyada ən böyük meduzariumudur. Dünyanın ən zəngin meduza kolleksiyasına malik yer kimi 2012-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür. 1930-cu ildə Yamaqata Prefektura Akvariumu kimi açılmışdır. Populyar yerlərdən birinə çevrilən akvarium ildə 200 mindən çox ziyarətçi cəlb edirdi. 1960-cı illərin ikinci yarısında akvarium yeni binaya köçürülmüş və Kamo Akvariumu adı ilə yenidən açılmışdır. Lakin 1990-cı illərin ikinci yarısında ziyarətçi sayı 100 minə düşmüşdür. Asiya dırnaqsız samuru və digər populyar dəniz canlılarının sərgilənməsi əvvəlki populyarlığı qaytara bilmirdi. 2000-ci illərdə akvarium meduzaların sərgilənməsinə əhəmiyyət verməyə başladıqdan sonra yenidən tanınmağa başlanmışdır. 2003-cü ildə meduzaların çoxaldılması üçün Tsuruoka Meduza Laboratoriyası yaradılmışdır.
Meduza akvariumu
Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü. Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur. ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.
Akvamasiya
Akvamasiya (həmçinin resomasiya, alovsuz kremasiya, su ilə kremasiya, biokremasiya və ya qələvi hidroliz) insan və heyvan qalıqlarının dəfnə və ya kremasiyaya altenativ olaraq su və qələvi qarışığında həll edilərək utilizasiyası prosesi. Proses qələvi hidrolizə əsaslanır: bədən su və kalium hidroksid qarışığı ilə doldurulmuş təzyiqli çəlləyə yerləşdirilir və təxminən 160 °C temperatura qədər qızdırılır, yüksək təzyiq qaynamağın qarşısını alır. Bədən 4–6 saat sonra ilkin kimyəvi komponentlərinə qədər parçalanır. Proses daha aşağı temperatur (98 °C) və təzyiqlə də aparıla bilər, lakin daha uzun müddət (14–16 saat) çəkir. Prosesin əvvəlində qarışıq qələvi, pH səviyyəsi təxminən 14 olur; Sonda pH 11-ə düşür, lakin son pH səviyyəsi ümumi proses müddətindən və bədəndəki yağ miqdarından asılıdır. Xristian ölkələrində və mədəniyyətlərində kremasiyaya tarixən mənfi yanaşılıb. Allahın surətini ləkələmək və müqəddəs kitabda əks olunan ölülərin dirilməsinə müdaxilə kimi baxılıb. İndiki dövrdə bəzi məzhəblər üçün məqbuldur. Keyptaunun keçmiş Anqlikan arxiyepiskopu Desmond Tutu öz istəyinə uyğun olaraq akvamasiya olunub. Şərqi pravoslav kilsəsi kremasiyaya icazə vermir.
Akvamu
Akvamu — Qananın cənubunda, Birim, Densu və Volta çayları arasında, Akra şəhərinin şimalında yaşayan xalq. Sayları 70 mindən çoxdur. İqtisadiyyatda kiçik maldarlıq və əkinçilik üstünlük təşkil edir; Əsas bitkilər qarğıdalı, darı, sorqo, banan, yams, manyok, düyü və kakaodur . Ənənəvi sosial təşkilat kənd və böyük ailə icmalarıdır. Ənənəvi həyat, maddi mədəniyyət və sosial institutlar Aşanti xalqınındakına yaxındır. Qohumluq hesabı patrilateralizm izləri ilə matrilinealdır. Akvapim kimi Akvamu da akan dillərinə daxil olan çvi-fanti idiomlarından birini danışır. Hazırda akvamuların əksəriyyəti protestantlığı qəbul edir, bəziləri katolikliyə, bəziləri isə ənənəvi inanclara sadiqdirlər. Попов В. А. Акваму // Народы и религии мира / Глав. ред.
Akvapim
Akvapim (hərfi mənada "min qul") — Qanada yaşayan xalq. Sayları 650 min nəfərdir (1992-ci ilə qədər). Akvim, aşanti və açem dillərində (çvi dilinin dialektləri) danışırlar. Akvapim dili Qananın rəsmi dillərindən biridir. Onlar Qananın cənubunda, Akkranın şimalındakı Akvapim təpələrində, Volta və Denvu çayları arasında üstünlük təşkil edirlər. Qananın Akvapim təpələri regionunda bölgəsindəki XIX əsrdə fəaliyyət göstərmiş Avropa missionerləri sayəsində hakim din xristianlıqdır (presviterian və metodist). Попов В. А. Аквапим // Народы и религии мира / Глав. ред. В. А. Тишков. М.: Большая Российская Энциклопедия, 1998.
Sekstin Akvası
Sekstin Akvası (lat. Aquae Sextiae – "Sekstin suları") — e.ə. 122-ci ildə əsası qoyulmuş Fransanın Eks-en-Provans şəhərinin latınca adı. Roma konsulu Qay Sekstin Kalvin sallüvilərin məğlub ölkəsində bir Roma yaşayış məntəqəsi kimi və onun şərəfinə "Sallüvilərin Sekstin Akvası" (lat. Aquae Sextiae Salluviorum ) adlandırılmışdır. Bu, "Sallüvilərin Sekstin suları (bulaqları)" mənasını verir. Qəsəbə Massiliyadan (indiki Marsel) 26 km məsafədə yerləşirdi və Romaya gedən yolda forpost kimi xidmət edirdi. E.ə. 102-ci ilin yayında Sekstin Akvası yaxınlığında, Roma konsulu Qay Mari 30–40 min nəfərlik ordu ilə say azlığına baxmayaraq tevtonları məğlub etmiş və bununla da "barbarlar"ın Romaya hücumunun ilk dalğasını dəf etmişdir.
Sekstin Akvası döyüşü
Sekstin Akvası döyüşü — e.ə. 102-ci ildə Qay Marinin rəhbərliyi altında olan Roma qüvvələri ilə nəhayət, tevtonlar və ambronlar arasında Sekstin Akvası kəndində baş tutmuş döyüş. "Barbarlar" Alp dağları üzərindən İtaliyaya irəliləməyə çalışarkən məğlub olmuşdular. Sağ qalan əsirlərin bəzilərinin Üçüncü Kölə müharibəsində üsyan edən qladiatorlar arasında olduqları bildirilmişdir.